Толковый словарь азербайджанского языка

  • TEZALOVLANAN

    sif. Tez alışıb-yanan, tez odlanan. Tezalışan maddələr

    Полностью »
  • TEZBAZAR

    dan. tezbazar etmək – 1) bir işi tələsik, keyfiyyətsiz, atüstü görmək. Məsələni tezbazar həll etmək. Tapşırığı tezbazar yerinə yetirmək; 2) tez axırın

    Полностью »
  • TEZBÖYÜYƏN

    sif. xüs. Sürətlə böyüyən, tez boy atan. Tezböyüyən balıq. Tezböyüyən ağac

    Полностью »
  • TEZCƏ

    zərf Tez, tez bir zamanda. Dərənin sinəsi ilə şaqqıldayıb axan sarı köpüklü sel tezcə yavaşıdı. B.Bayramov

    Полностью »
  • TEZDƏN

    zərf 1. Alaqaranlıqdan, hava açılmamışdan, sübh erkəndən. Tezdən tarlaya getmək. – …Məmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çı

    Полностью »
  • TEZDƏYƏN

    sif. Tezyetişən, pişraz. Tezdəyən alça. – Tənəklərdə qoralar ətə-cana dolur, tezdəyən üzümlər xal salırdı

    Полностью »
  • TEZƏRİYƏN

    sif. Az hərarətdə əriyən. Tezəriyən metallar

    Полностью »
  • TEZİS

    [yun. thesis] 1. mənt. Doğruluğu sübut edilməli olan müddəa. Tezis irəli sürmək. Öz tezisini müdafiə etmək

    Полностью »
  • TEZKEÇƏN

    sif. Tez yox olub gedən, uzun çəkməyən, sürəksiz. Tezkeçən yağış (xəstəlik)

    Полностью »
  • TEZLƏNDİRMƏ

    “Tezləndirmək”dən f.is

    Полностью »
  • TEZLƏNDİRMƏK

    bax tezləşdirmək

    Полностью »
  • TEZLƏŞDİRMƏ

    “Tezləşdirmək”dən f.is

    Полностью »
  • TEZLƏŞDİRMƏK

    f. Sürətləndirmək. [Adamlar] qələbə gününü necə tezləşdirməyi fikirləşirlər. M.İbrahimov

    Полностью »
  • TEZLƏŞMƏ

    “Tezləşmək”dən f.is

    Полностью »
  • TEZLƏŞMƏK

    f. Sürəti artmaq, sürətlənmək, daha da sürətli olmaq. [Adamlar] əvvəlcə musiqiyə görə ağır, sonra musiqi tezləşdikcə tez-tez oynayırlar

    Полностью »
  • TEZLİK

    is. 1. Tez vaxt, az zaman; tez. 2. xüs. Hərəkətin, rəqsin və s.-nin vahid zamanda tez-tez olma dərəcəsini bildirən kəmiyyət

    Полностью »
  • TEZSINAN

    sif. Davamsız, asanlıqla sınan, kövrək. Tezsınan qab. Tezsınan ağac. Tezsınan material

    Полностью »
  • TEZYETİŞƏN

    bax tezdəyən. Tezyetişən üzüm. – Kəndin aşağısında tezyetişən qırmızı alma növləri var. S.Rəhman. // Faraş

    Полностью »
  • TƏAM

    is. bax taam

    Полностью »
  • TƏB

    is. [ər.] Şeir demək, musiqi yazmaq, mahnı oxumaq həvəsi, meyli; ilham. [Rüstəm bəy Sofyaya:] Məndə təb əsla yoxdur, bircə dəfə, yadımdadır, bir qıza

    Полностью »
  • TƏB

    is. [ər.] köhn. Çap (etmə), nəşr (etmə). □ Təb etmək köhn. – çap etmək, nəşr etmək. Kitabı təb etmək

    Полностью »
  • TƏBABƏT

    is. [ər.] Xəstəliklər, onların müalicəsi və qarşısının alınması haqqındakı elmlərin məcmusu; tibb. Təbabət elmi

    Полностью »
  • TƏBDİL

    is. [ər.] köhn. 1. Dəyişmə, dəyişdirmə. □ Təbdil etmək – dəyişmək. Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər

    Полностью »
  • TƏBƏDDÜL

    is. [ər.] köhn. Dəyişmə, başqa bir şəklə düşmə

    Полностью »
  • TƏBƏDDÜLAT

    is. [ər. “təbəddül” söz. cəmi] Dəyişiklik. Bu böyük tarixi təbəddülatdan ruhlanan cənubi azərbaycanlılar da azadlıq mübarizəsini gücləndirmişdilər

    Полностью »
  • TƏBƏƏ

    is. [ər. “tabe” söz. cəmi] Bir dövlətə tabe olan, onun vətəndaşı olan əhali, adam. İran təbəəsi. – [Qoca:] Hökmdar ilə təbəələr arasında sədlər çəkild

    Полностью »
  • TƏBƏƏLİK

    bax vətəndaşlıq 1-ci mənada

    Полностью »
  • TƏBƏXXÜR

    is. [ər.] Buxarlanma, buğa çevrilmə. □ Təbəxxür etmək – 1) buxarlanmaq, uçub getmək, buğa çevrilmək. Qaz təbəxxür etdi; 2) məc

    Полностью »
  • TƏBƏQƏ₂

    is. [ər.] Vərəq. Katib canının dərdindən … bərk qorxuya düşdü, bir neçə təbəqə kağız çıxarıb qabağına qoydu

    Полностью »
  • TƏBƏQƏ₁

    is. [ər.] 1. Bir şeyin başqa bir şeyin üstünü örtən kütləsi və ya hissəsi; qat, lay. Buz təbəqəsi. Hava təbəqəsi

    Полностью »
  • TƏBƏQƏLƏŞMƏ

    “Təbəqələşmək”dən f.is. Tez-tez bir dəstə feodal təbəqəsinin hakimiyyəti digər dəstənin hakimiyyətilə dəyişilirdi, ictimai-siyasi təbəqələşmə güclənir

    Полностью »
  • TƏBƏQƏLƏŞMƏK

    f. İctimai, mədəni və s. cəhətdən yekcinsliyini itirərək təbəqələrə bölünmək (adamlar, cəmiyyət və s

    Полностью »
  • TƏBƏRRÜK

    is. [ər.] 1. Dindarlara görə, xoşbəxtlik, uğur gətirən, xəstələri sağaldan müqəddəs torpaq, su, müqəddəs adamın geyiminin kiçik parçası və s

    Полностью »
  • TƏBƏRZİN

    is. [ər.] 1. Baltaya bənzəyən qədim silah. Orta Asiyanın qədim tayfalarının silahları ox, nizə, qılınc və təbərzindən ibarət imiş

    Полностью »
  • TƏBƏSSÜM

    [ər.] 1. is. Gülümsəmə. [Qocanın] sallaq iri dodaqlarında, yanları cizgilərlə bürüşmüş kiçik gözlərində, sümükləri qalxaq, ətli, qırmızı üzündə bir tə

    Полностью »
  • TƏBİB

    is. [ər.] Həkim. Təbib olsam, yaraların bağlaram; Sinəm üstə düyünlərəm, dağlaram. Aşıq Ələsgər. [Padşahın qızı:] Məmləkətdə bir təbib qalmayıbdır ki,

    Полностью »
  • TƏBİBLİK

    is. Həkimlik. [Həkimbaşı:] Mən qırx beş ildir ki, təbiblik edirəm. Ə.Haqverdiyev

    Полностью »
  • TƏBİƏT

    is. [ər.] 1. Yerdə təbii şəraitin (yerin səthi, bitki aləmi, iqlim və s.) məcmusu; üzvi və qeyri-üzvi aləm, yerdə insan, fəaliyyəti ilə yaradılmamış h

    Полностью »
  • TƏBİƏTCƏ

    zərf Təbiətinə görə, xasiyyətinə görə; xasiyyətcə; təbiətən. Mehriban açıqdan-açığa görürdü ki, Səlim əxlaq və təbiətcə ətrafında gəzib-dolaşan, evinə

    Полностью »
  • TƏBİƏTÇİ

    bax təbiətşünas. Gənc təbiətçilər dərnəyi

    Полностью »
  • TƏBİƏTƏN

    zərf [ər.] Xilqətcə, fitrətən, yaradılışında. [Fərman] təbiətən diribaş yaranmışdı. Ə.Sadıq. // Ba x təbiətcə

    Полностью »
  • TƏBİƏTŞÜNAS

    is. [ər. təbiət və fars. …şünas] Təbiətşünaslıqla məşğul olan adam, təbiətşünaslıq alimi; təbiətçi, naturalist

    Полностью »
  • TƏBİƏTŞÜNASLIQ

    is. Təbiət hadisələri və qanunauyğunluqları haqqında elm; təbiət elmləri

    Полностью »
  • TƏBİİ

    sif. [ər.] 1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış

    Полностью »
  • TƏBİİLİK

    is. Təbii, qeyri-süni şeyin halı (sünilik əksi). Qızın səsində bir təbiilik var idi. İ.Əfəndiyev

    Полностью »
  • TƏBİL

    is. [ər.] İri nağara. Səhnənin dalından təbil və sinc səsi gəlir. Ə.Haqverdiyev. [Cavanşir:] Qoy şeypurlar gurlasın, təbil səsləri dağları titrətsin

    Полностью »
  • TƏBİLÇİ

    is. Təbil çalan çalğıçı. Təbilçi Qurban, Qara Məlikin gecələr xəlvətcə Təbrizə gəlib, Rüxsarə ilə görüşdüyünü Nəsrəddinə xəbər verdi

    Полностью »
  • TƏBİR

    is. [ər.] 1. Söz, kəlmə, ifadə. 2. Yozma. □ Təbir etmək – yozmaq, məna çıxarmaq, məna vermək. Məhsəti xanımın hökumət əleyhinə olmasında şeir və sənət

    Полностью »
  • TƏBİYYAT

    is. [ər.] köhn. Təbiət elmləri

    Полностью »
  • TƏBİYYATÇI

    is. köhn. bax təbiətşünas

    Полностью »