1. Təbiətə (yer səthinə, iqlimə, heyvan və bitki aləminə və s.) məxsus olan, təbiət tərəfindən yaradılmış. Ölkənin təbii sərvətləri. Təbii sərhədlər. Təbii otlaqlar.
2. Təbiət qanunlarından irəli gələn, törəyən, onlardan asılı olan. Təbii ölüm.
3. Anadangəlmə, fitri. Üzün təbii rəngi.
4. Adi, normal. Bu iş bizə təbii göründü.
5. Həqiqi, əsil, natural (süni əksi). Təbii ipək. Təbii dəri.
6. Ara s. Əlbəttə, yəqin ki, şübhəsiz ki. Təbii, siz də iştirak edəcəksiniz.
7. Təbiidir, təbiidir ki şəklində ara s. – adi haldır, normaldır, belə də olmalıdır.
◊ Təbii halından çıxmaq (çıxarmaq) – adi halından çıxmaq (çıxarmaq), hirslənmək (hirsləndirmək).
Təbii seçmə biol. – canlı təbiətin elə bir inkişaf prosesidir ki, bu prosesdə həyatın dəyişməkdə olan şəraitinə ən çox uyğunlaşan orqanizmlər yaşayıb öz varlığını saxlayır.