AZİMUT

(ər. əssəmt-istiqamət) 1) göy və ya yer cisminin A.-u müşahidə nöqtəsi meridianının müstəvisi ilə, bu nöqtədən və göy, yaxud yer cismindən kecən şaquli bucaqdır; 2) astronomiyada A. cənub nöqtəsindən qərbə doğru istiqamətdə (00-dən 3600-dək), geodeziyada isə şimal nöqtəsindən şərqə doğru istiqamətdə (00-dən 3600-dək) hesablanır; 3) topoqrafiyada A. üfüq müstəvisi üzərində mə,lum yerin meridianı ilə müşahidəçidən müəyyən nöqtəyə doğru çəkilən xətt arasında əmələ gələn bucağa deyilir. Bu bucaq saat əqrəbinin hərəkəti istiqaməti üzrə 00-dən 360 0-dək hesablanır.
AYSBERQ
AZOR ANTİSİKLONU
OBASTAN VİKİ
Azimut
Azimut (ərəb. السمت‎ əs-simt) — mənası "istiqamət" deməkdir. Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0°-360° arasında dəyişir. Azimutu kompasla, planda isə transportirlə ölçürlər. Planda cəhətləri təyin etmək üçün şimala olan istiqaməti bilmək lazımdır. Şimala olan istiqamət adətən planın kənarında ox vasitəsilə göstərilir. Ox verilmədikdə isə planın yuxarısı şimal, aşağısı cənub, sağı şərq, solu qərb hesab olunur. Tutqun havada kompas olmadıqda cəhətlər aşağıdakı yerli əlamətlərə görə təyin edilir. mamırlar və şibyələr əşyaların şimal tərəfində yaxşı inkişaf edir.
Azimutal proyeksiya
Azimutal proyeksiya — ən mühüm xəritə proyeksiyalarından biri. Azimutal proyeksiyada normal şəbəkənin paralelləri konsentrik dairələrə malikdir, meridianlar isə paralellərin ümumi mərkəzindən uzunluq fərqinə bərabər bucaqlarda ayrılan radiuslarıdır. Xəritədəki hər bir nöqtə orta meridianla eyni azimuta malikdir, eyni nöqtə kürədəki orta meridianla eynidir. Qütb ölkələrinin, Arktika və Antarktidanın xəritələrini tərtib etmək üçün normal azimutal proyeksiyalardan istifadə olunur.
Azimutal qeyri-uyğunluq

Digər lüğətlərdə