Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aslan bacanaq
Aslan Bacanaq filmi rejissor Zəki Alasya tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Komediya, macəra, döyüş, musiqili film "Ərmanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Zəki Alasya, Mətin Ağpınar, Gölgən Bəngü, Cavad Qurtuluş, Pərran Qutman ifa edirlər. == Məzmun == Məhəlləyə təzə köçən avtobus sürücüsü Səlim, yaşadığı yerin qoçusu Həlimin bacısını sevməyə başlayır. Bunun fonunda hadisələr maraqlı şəkildə cərəyan edir. == Film haqqında == Film aktyor, rejissor Zəki Alasyanın quruluşçu rejissor kimi filmdə ilk işidir.
Aslan Bacanaq (film, 1977)
Bacanaqlar (film, 2009)
Bacanaqlar — 2009-cu ildən 2019-cu ilə kimi Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı. == Məzmun == Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur. === I və II mövsümlər === Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində). Lakin onlar təkcə bacanaq deyillər, həm də Talehlə Qismətin ailələri bir-birilərinin kəndçiləridir, yerlidirlər. Məsələn, seriyada Yuxarı Çəngəlli, Aşağı Çəngəlli, Çatanaqoyanlar kimi həqiqətdə Azərbaycanda mövcud olmayan kənd/qəsəbə adları səslənir. Şərhçilərin fikrincə, danışdıqları ləhcələri və ailədaxili adət-ənənələri onların təxminən Xankəndi-Tərtər bölgəsindən olduğuna eyham verir. Onlar Bakıya köçməzdən əvvəl (daha doğrusu əvvəl Qismət ailəsiylə, sonra Yediyarın ailəsi və onunla birgə yaşayan Talehgil) eyni kənddə yaşamışdırlar, Qismət əvvəllər məktəbdə əmək-idman müəllimi olub və qohum-əqraba arasında ən savadlı insan məhz odur.
Bacanaqlar (teleserial, 2009)

Bacanaqlar serialının personajlarının siyahısı
Bu siyahıda Bacanaqlar serialında iştirak edən aktyorların siyahısı göstərilmişdir.
Bacanaqlar serialının seriyalarının siyahısı
"Bacanaqlar" serialı 2009-cu ildən ATV-də yayımlanır. Serialda hadisələr iki bacanaq — Taleh (Elməddin Cəfərov) və Qismət (Elnur Hüseynov) üzərində cərəyan edir. 1-ci və 2-ci mövsümlərdə onlar kasıblıq şəraitində yaşayırdılar. Taleh fırıldaqçılıq edərək bir çox adamlardan, yaxınlarından, bacanağı Qismətdən pul alırdı. Onlar Şıdırğı qəzet-redaksiyasında redaktor vəzifəsində çalışırdılar. Əvvəllər baş vəzifə Xansuvara (Tərlan Nur-Yaşara) məxsus idi. Daha sonra isə baş vəzifə Teymur müəllimə (Teymur Məmmədova) keçdi. 2-ci mövsümün son seriyalarında Taleh etdiyi fırıldaqlardan peşman olaraq Moskvaya gedir. 3-cü mövsümdə artıq Taleh Moskvadan qayıdır və varlanır. Məhəbbət (Ramin Hacıyev) Talehin bacısı Sevda (Nigar Tofiqqızı) ilə evlənir.
Bacanaqlar (teleserial)
Bacanaqlar — 2009-cu ildən 2019-cu ilə kimi Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı. == Məzmun == Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur. === I və II mövsümlər === Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində). Lakin onlar təkcə bacanaq deyillər, həm də Talehlə Qismətin ailələri bir-birilərinin kəndçiləridir, yerlidirlər. Məsələn, seriyada Yuxarı Çəngəlli, Aşağı Çəngəlli, Çatanaqoyanlar kimi həqiqətdə Azərbaycanda mövcud olmayan kənd/qəsəbə adları səslənir. Şərhçilərin fikrincə, danışdıqları ləhcələri və ailədaxili adət-ənənələri onların təxminən Xankəndi-Tərtər bölgəsindən olduğuna eyham verir. Onlar Bakıya köçməzdən əvvəl (daha doğrusu əvvəl Qismət ailəsiylə, sonra Yediyarın ailəsi və onunla birgə yaşayan Talehgil) eyni kənddə yaşamışdırlar, Qismət əvvəllər məktəbdə əmək-idman müəllimi olub və qohum-əqraba arasında ən savadlı insan məhz odur.
Bakanas
Bakanas (adın mənşəyi məlum deyil) — İli çayının qədim deltası, bu deltada quru bir qol. İlinin bir neçə quru qolu olduğundan, ümumiyyətlə çoxluqda - bakanalarda istifadə olunur. Qədim delta, müasir mərkəzdən 340 km məsafədə, regional mərkəz Bakanasın keçmiş şimalında başlamış və Sarıesik-Atıra və Bestas səhralarının ərazisinin yarısına qədərini işğal etmişdir. Eyni zamanda Şet-Bakanas qolu Balxaş gölünün şərq hissəsinə axdı. == Haqqında == Digər böyük quru kanallar — Ortabakanas, Narınbakanas və bir zamanlar ən böyük Janatas - səhra bölgəsində bərəkətli suvarılan bir fan konusu yaratdı ki, bu da orta əsrlər əkinçilik mədəniyyətinin mərkəzinə çevrildi, burada Tuqay meşələrində ov etmək və İli çayının sularında balıq ovu və Balxaş gölü də mühüm rol oynadı. IX—XIII əsrlərdə qədim deltada bir-birindən 40-45 km məsafədə yerləşən bir neçə şəhər inkişaf etdi. İli çayının köhnə yatağındakı Böyük İpək Yolunun ən şimal və ən böyük qədim şəhərlərindən biri də işıqlandırılmış Karamerqen idi. "Qara ovçu" monqol istilasından sonra deltada suvarılan əkinçilik bərbad vəziyyətə düşdü. . Vaxt keçdikcə çayın intensiv allyuvial fəaliyyəti səbəbindən köhnə şimal deltası həddindən artıq böyüdü və cazibə qüvvəsinin təsiri altında çayın suları şərqə doğru aşağıya doğru irəlilədi. Bu prosesdə seysmik dəyişikliklərin də müəyyən rol oynadığı mümkündür.
Bananal
Bananal (port. Ilha do Bananal) — çay yatağında yerləşən ada olaraq Araquaya çayının yatağında yerləşir. Adanın sahəsi 19 162 km²-dir. Ada 300 km uzunluğa, 160 km enə malikdir. Dünyada çay yatağında yerləşən ən böyük adadır (Marajo adası Amazon çayının deltasında yerləşsədə bir sahili Atlantik okeanın suları ilə yuyulur). Bananal adası inzibati cəhətdən Braziliyanın Tokantins ştatına daxildir. Adadan qərbdə Matu-Qrasu ştatı vardır. Adanın cənubu 1973-cü ildə hindu əraziləri qəbul edilmişdir (Terra Indígena Parque do Araguaia). Adanın şimalı isə Araquaya milli parkı yaradılmışdır. Ada çayın digər sahili ilə heç bir körpü vastəsi ilə birləşmir.
Bayanay
Daranaq
DARANAQ — Arsakda məntəqə adı ("Albaniya tarixi"). == Toponimikası == Xristian dininin Albaniyada yayılması ilə əlaqədar olaraq Suriya dilində daira "kilsə", "monostır" (ərəb dilində — "kilsə", "məbəd") və fars dilində bir şeyin olduğunu bildirən naq şəkilçisindən ibarətdir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Dizaqnaq (Yuxari Qarabagda Dizaq, əsli Ditzək mahal adı), YII əsrə aid mənbədə Ermənistanda Darnaq mahal adı ilə quruluşca eynidir. Darahir- Arsakda məntəqə adı. "Arsak vilayətinin Darahır kəndi" ("Albaniya tarixi", I kitab, 28-ci fəsil). Həmin mənbənin başqa yerində Dparahor kimidir. ("Albaniya tarixi" I kitab, 33-cü fəsil). Suriya dilində (Albaniyada xristianlığı Suriyanın mişeldxerləri təbliğ edirdilər) dairə "monostır", "kilsə" (ərəb dilində deyir sözü ilə mənaca eynidir) sözündəndir.
Mancanaq
Mancanaq — Orta Əsrlərdə şəhərlərin mühasirəsində istifadə edilən ağır daşlar atan hərbi texnika. Müharibələrdə mühasirəyə qlınməş qalaıların divarlarını dağıtmaqdan ötrü mancanaq vasitəsilə daş, yanar maye ilə dolu çəlləklər və s. atarmışlar. Daşatan mancanaq adından məlum olduğu kimi, 100 kq və daha artıq yükə malik qısa qola və daş ya qaya parçalarını atmaq üçün uzun çömçəli qola malik ağacdan hazırlanmış hərb qurğusudur. Qısa qolun uzun qol olan nisbəti 3 : 1 olur. Xidmətci heyət isə 8 nəfərdən ibarət olur. Mancanağın uzun qolu kəməndlərlə yerə qədər tarım dartılaraq, çömçəsinə qaya və daş parçası qoyulduqdan sonra (bu zaman balans yüklü kiçik qolu əksinə olaraq havaya qalxaraq asılı qalmış olur.) kəmənd boşaldırılır. Yüklü kiçik qol ağırlıq qüvvəsi ilə aşağı edir. uzun qol isə yuxarıa atılmış olur. Bu zaman çömçədəki daş önə, irəli atılmış olur.
Tacaraq
Tacaraq (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Tacarıq (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Barana
Noyemberyan, Barana — Ermənistanda şəhər, Noyemberyan rayonunun mərkəzi. Ayrum dəmiryolu stansiyasından 20 kilometr aralıdadır. Barana — Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd və Barana rayonunun mərkəzi. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. == Toponimi == Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V. V. Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.
Bacaq
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Acanq Acanq qrupu
Acanq Acanq qrupu — Filippinin cənubundakı terror təşkilatı olan Əbu Səyyaf qruplaşmasının xüsusi bir qolu. Qrup "Əkiz bombalama" hücumları ilə məşhurluq qazanmışdır. 27 yanvar 2019-cu ildə Sulunun Xolo şəhərindəki Katolik kilsəsində baş vermiş partlayışın arxasından bu qrupun olduğu iddia edilmişdir. Hadisə nəticəsində 18 nəfər həyatını itirmişdir.
Bacabac (Heris)
Bacabac (fars. باجاباج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (67 ailə).
Bacalan dili
Bacəlan dili (Bacəlani), — İran və İraqda danışılan dildir.Şimal qərb iran dillərinin Zaza-Gorani qrupuna aiddir.
Bacarıq Ferması
Yeni istedadlar akademiyası — Zak və Kodinin gəmidəki macəralarının prodüserliyi ilə Den Siqner tərəfindən yaradılmış orijinal Disney Channel serialıdır. 2010-cu ilin noyabr ayının ortasında serialın anonsu verilmiş və çəkilişlər 2011-ci ildə başlanmışdır. Serial 17 iyun 2011 — də ekrana çıxmışdır. Serialın premyerası 6 may 2011-ci ildə Zak və Kodinin gəmidəki macəralarının final hissəsindən sonra olmuşdur.
Mancanaq dəzgahı
Mancanaq dəzgahı — yerdən neft çıxarmaq üçün istifadə edilən nasoslu qurğu. Mancanaq dəzgahı dərinlik nasoslarını işlətmək üçün tətbiq olunan aqreqatdır. Nasosun porşeni dəzgahın →balansiri ilə əlaqələndirilir. Mancanaq dəzgahının rəqs edən qolu-balansir yuxarı-aşağı hərəkət etməklə nasosla mayeni yuxarıya sormağa imkan verir. Dəzgahın mexanizmlərini işə salmaq üçün reduktorun valı ilə əlaqəli olan elektrik mühərrikinə cərəyan verilir. Reduktor öz növbəsində çarxqollu sürüngəc mexanizminin köməyi ilə balansiri yuxarı-aşağı hərəkət etdirir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Tacaraq (Nir)
Tacaraq (fars. تجرق‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (55 ailə).
Tacaraq (Əcəbşir)
Tacaraq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (156 ailə).
Banana Pi
Banana Pi — Müxtəlif əməliyyat sistemləri ilə işləyə bilən (Android 4.2, Android 4.4, Lubuntu, Raspbian, Debian, Fedora, Arch Linux, Gentoo, openSUSE, Berryboot, FreeBSD, OpenWrt, Slackware, Tiny Core Linux) bir-lövhəli kompüterdir. Banana Pi «Lemaker» (Çin) şirkəti tərəfindən ümumtəhsil müəssisələrində STEM (elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı (ing. science, technology, engineering and mathematics)) təbliğ etmək məqsədiylə yaradılıb. == Banana Pi M1 == == Banana Pi M2 == == Banana Pi M3 == == Banana Pi M64 == == Digər modellər == == İstifadə imkanı olan əməliyyat sistemləri == Banana Pi üçün Debian (Linux kernel 3.4.105 & mainline; 2015-01-16) Banana Pi üçün Raspbian (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün Skratç (Boot to Scratch directly) (Linux kernel 3.4.90) Banana Pi üçün Lubuntu (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün openSUSE (openSUSE v1412; Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün ArchLinux (Linux kernel 3.4.103; 2014-12-26) Bananian Linux (Debian əsasında; Linux kernel 3.4.104+; 2015-01-11) Banana Pi üçün Android 4.2.2 & 4.4 (Linux kernel 3.4.39+) Banana Pi üçün Fedora (Linux kernel 3.4.103; 2014-12-26) Banana Pi üçün Kali Linux (Linux kernel 3.4.103; 2014-12-26) == GitHubda mənbə kodu == Bananapi-dev LeMaker Github BananaPI SDK == Raspberry Pi ilə müqayisə == Hərçənd ki, Banana Pi-nin Raspberry Pi ilə oxşar cəhətləri olsa da, bir-biri ilə əlaqəsi olmasan tamami ilə ayrı-ayrı sistemlərdir . «Linux user & Developer» jurnalı onu birbaşa klon oldugunu saymasada, bir çox oxşar cəhətləri olduğunu yazıb , linux.com isə onun daha üstün cəhətli klon olduğunu bildirir . Lövhədə detalların yerləşməsində cüzi fərqlər olsa da, lövhələrin ölçüləri eynidir. Bundan əlavə, bir çox aksesuarları da Raspberry Pi ilə uyğun deyil. == Ədəbiyyat == Daniel Blair. Learning Banana Pi. Packt Publishing.
Barana rayonu
Barana rayonu, Noyemberyan rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası), Dağ Borçalının Loru mahalında rayon. 1937-ci il 31 dekabrda yaradılıb. Mərkəzi Noyemberyan (İncəsu, Barana) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 187 km-dir. Qərbi Azərbaycan - Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana mahalının adı Baranlı sülaləsi ilə bağlıdır. Baranlı sülaləsi Qaraqoyunlular dövlətinin baniləri Qara Mansurun oğlu Bayram Xoca, Qara Yusif (Qaraqoyunlular) və Sultanqulu bəy Baranlı (Qütbşahlar dövlətinin banisi) kimi nümayəndələri ilə tanınır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi qeyd olunur. V.V.Radlovun fikrincə "barana" türk sözüdür və rus dilindəki "baran" sözü də qədim türklərin dilindən keçmişdir. Barana isə qoyunlu yer anlamındadır. Azərbaycan tarixçiləri isə bu toponimi Ağqoyunlu və Qaraqoyunlu tayfaları ilə bağlayır.
Əlvida, Bafana
Əlvida, Bafana (ing. Goodbye Bafana) — Nelson Mandelanın həbsxana həyatından bəhs edən 2007-ci ilin dram filmidir. Film Mandelanın həbsxana şefi olan Ceyms Qreqorinin "Əlvida Bafana: Nelson Mandela, mənim dustağım, mənim dostum" adlı kitabı əsasında ekranlaşdırılmışdır. Filmin çəkilişləri 2006-cı ilin ortalarında Cənubi Afrikada aparılmışdır. Filmin rejissoru danimarkalı Bil Oqast, Nelson Mandela rolunun ifaçısı Denis Heysbert, Ceyms Qreqori rolunun ifaçısı isə Cozef Faynesdir. Film siyasi xadim Nelson Mandelanın 20 illik həbsxana həyatını və buradakı həbsxana şefi Ceyms Qreqori ilə dostluq münasibətlərini əks etdirir.
Babadağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Babadağ (şəhər)
Babadağ — Rumıniyada şəhər == Tarixi == Qədim Osmanlı şəhərlərindən olmuşdur. Baba Dağ Osmanlıların güclü və əmin qalalarından idi. Sultan IV Murad bu torpaqların mühafizəsini gücləndirmək məqsədilə Qoca Kənan paşaya (Sultan Əhmədin damadı, onun qızı Atikə sultanın əri) əmr verir: "başın sənə gərəkdirsə, Baba Dağ qalasını möhkəm bir qalaya çevir". Turla çayı boyunca (müasir Dnestr çayı ətrafı) torpaqlardan keçən Övliya Çələbi şəhərin adıyla bağlı göstərirdi ki, burada Sarı Saltık Sultan (o "piri- Türküstan" kimi tanınan Xoca Əhməd Yasəvinin tələbəsi olmuşdur) dəfn olunduğu üçün bu yer Baba Dağ adlanmışdı. Eyni zamanda onunla yanaşı burada digər çoxlu pirani qəbirlər vardır. Səyyah həm də şəhərdə Sarı Saltık Sultanın təkkəsi və ona bitişik olan gözəl Ulu Cameni ziyarət etdiyini söyləmişdi. Şəhərin görməli-gəzməli yerləri olan Dədə Saltık Sultan meşə qoruğu, Yar Bağları, Böyük meşəlik, Lalə bağçalarını…səyyah aludəliklə təsvir etmişdir. Tarixçi Hammer də yeddi müxtəlif yerdə məzarı olan Sarı Saltık babanın əsas qəbrinin burada olduğunu göstərərək yazırdı: "Övliya Saltıq baba XII əsrin 60-cı illərində yüz min Səlcuq türkü ilə bura gəlmiş, o vaxtdan bu yerlərə Dobruca Tatarıstanı deyilmişdi. Öləndə müridlərinə vəsiyyət etmişdi ki, onun nəşini yeddi yerə bölüb ayrı-ayrı yerlərdə dəfn etsinlər. bununla ziyarətgah halına gələn bu torpaqların İslam imperiyası torpaqlarına çevrilməsinə çalışmışdı." Qala dəfələrlə basqınçı kazakların həmlələrinə hədəf olub; hətta Saltık Sultanın türbəsini zəngin avadanlığını yağmalayıb gedərkən olunmazın zülmünü çəkmişlər.
Babadağ aşırımı
Babadağ aşırımı – Azərbaycan Respublikasının Quba və İsmayıllı rayonları sərhədində dağ keçidi. Baş Qafqaz silsiləsinin cənub-şərqində eyniadlı dağın yamacındadır. Hündürlüyü 3380 metrdir. Qaraçay və Girdimançayın hövzələrini birləşdirən yol bu aşırımdan keçir.
Babadağ qrupu
Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu və ya Şahdağlılar — azərbaycanlıların tərkib hissəsi; Azərbaycanın aborigen əhalisi; etnik azlıqlar. Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər adlanır. Say etibarilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddi etnosun mərkəzi igamətgahları Şahdağ platosunda yerləşir və bir-birinə çox yaxındır. Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı 45 min nəfərdir. XX əsrdə mövcud olmuş Sovet xalqı nəzəriyyəsi digər SSRİ xalqları, o cümlədən Qafqaz xalqları kimi Şahdağ xalqlarına da çox ziyan gətirmiş, bu xalqların bəzi adət-ənənələrinin ləğv olunması, yaxud unudulması ilə nəticələnmişdir. == Ümumi məlumat == Şahdağ xalqları Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca məskən saldıqları üçün "Şahdağ etnik qrupu" və ya "Şahdağ xalqlarının nümayəndəsi" kimi fərqləndirilir. Sayca azlıq təşkil edən bu xalqlar tarixən Buduq, Cek, Əlik, Haput, Xınalıq, Qrız və Yergüc kəndlərində məskunlaşdıqları üçün müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, xınalıqlılar, qrızlılar və yergüclülər adlanırlar. Əcdadları Qafqaz albanları ehtimal olunan bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar.
Babadağ xalqları

Baçacıq (Urmiya)
Baçacıq (fars. بچه جيك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (125 ailə).
Yanoş Baçanyi
Yanoş Baçanyi (mac. Batsányi János; 9 may 1763, Tapolça[d] – 12 may 1845[…], Lins, Ens[d]) — macar şair. 1875-ci ildə ilk əsəri olan "Macarların valoru" adlı vətənpərvər ruhda yazılmış poemasını nəşr etdirdi. Həmin ildə Macarıstanın Koşitse şəhərinin xəzinəsində katib kimi işləməyə başladı və burada digər iki macar patriotu ilə birlikdə 1792-ci ildə hökumət tərəfindən fəaliyyəti dayandırılan Magyar Museum qəzetini redaktə elədilər. Növbəti ildə onu katib işindən kənarlaşdırdılar və 1794-cü ildə İqnaç Martinoviçin sui-qəsdində iştirak etdiyi üçün Kufştayn qalasında yerləşən dövlət həbsxanasına saldılar; burada iki il qaldı. Həbsdən azad edildikdən sonra Magyar Minerva ədəbi qəzetinin səhmlərinin bir hissəsini əldə etdikdən sonra Vyanaya getdi və orada bir bankda vəzifəyə sahib oldu. Qabriel Baumberq ilə ailə həyatı qurdu. Dörd il sonra Napoleonun Macarıstana ünvanladığı müraciətnaməni tərcümə etdi və bu anti-Habsburq hərəkətinin nəticəsi olaraq Parisə sığınmaq məcburiyyətində qaldı. Napoleonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra onu avstraliyalılara təslim etdilər. Onların icazəsi ilə şəhəri heç vaxt tərk etməmək şərti ilə Linz şəhərində məskunlaşdı.
Əlvida, Bafana (film, 2007)