AĞRI-ACISIZ

нареч. азаб (азият) авачиз, асантвилелди, регьятвилелди.
AĞRI-ACI
AĞRIKƏSƏN,
OBASTAN VİKİ
Ağrı
Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab.
Ağrı (Ordubad)
Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var. == Tarixi == Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.. == Əhalisi == Əhalisi 313 nəfərdir.
Ağrı (dəqiqləşdirmə)
Ağrı — tibb. Ağrı (şəhər) — Türkiyənin Ağrı ilinin inzibati mərkəzi. Ağrı ili — Türkiyənin illərindən biri. Ağrı (Ordubad) — Azərbaycanın Naxçıvan MR-nın Ordubad rayonunun kəndi. Ağrı dağı — Türkiyədə dağ. Ağrı (film, 1989) — film.
Ağrı dağı
Ağrı dağı (qərb dillərində: Ararat, kürd. Çiyayê Agirî, erm. Մասիս (Masis)) — Türkiyənin ən yüksək dağı. Türkiyənin şərq ucqarında, Ağrı ilinin ərazisində yerləşir. Dağ İrandan 16 km şimal-qərbdə, Ermənistandan 32 km qərbdədir. Dağın 65% -i İğdır vilayətindədir, qalan 35% -i isə Ağrıdadır. Ağrı dağı 2 yanaşı vulkan konusundan ibarətdir: 5137 metr hündürlüyə malik olan Böyük Ağrı dağı Anadolu yarımadasının və Kiçik Qafqaz dağ sisteminin ən yüksək zirvəsidir. Dağ 4000 metrədək Kaynozoy tipli bazalt, daha sonra andezit süxurlarından təşkil olunmuşdur. 4250 metrdən başlayaraq zirvəsi sayı 30-dan çox daimi buzlaqlarla örtülmüşdür. Ən iri buzlağın uzunluğu 2 km-ə çatır.
Ağrı ili
Ağrı ili — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən il. Adını Ağrı dağından alan Ağrı 1834-cü ildə qəsəbə, 1869-cu ildə ilçə, 1927-ci ildə il statusu almışdır. == Ərazi == İl 11 376 km² ərazini əhatə edir. == Əhali == 1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 215 min nəfər əhalisinin 130 min nəfəri ana dilini türkcə, 85 min nəfəri isə kürtcə olaraq qeyd etmişdi. 31 dekabr 2014–cü il tarixinə olan məlumata əsasən əhalisinin sayı 549.435 nəfərdir. == Coğrafiya == Ağrı ili dağlıq ərazidə yerləşir. Ən böyük dağı Ağrı dağıdır. İqlimi soyuqdur. Yayda havalar sərin, qışda isə soyuq olur.
Ağrı vadisi
Ağrı vadisi — Şərqi Anadolu ilə Kiçik Qafqaz dağlarının arasında yerləşən düzən vadi. Vadi şərqdən Göyçə gölü, şimaldan Alagöz dağı, cənubdan Ağrı dağı ilə sərhədlənir. Düzənlik Araz çayı tərəfindən iki hissəyə bölünmüşdür: şimali (böyük), cənubi (kiçik). Şimali hissə hazırkı Ermənistan ərazisində yerləşir. Cənubi hissə isə Türkiyə ərazisidir. Vadinin orta hündürlüyü 800–1000 metr təşkil edir. Uzunluğu isə 90 kilometrdir. Vadinin dəniz və okeanlardan uzaqlığı onun iqliminə böyük təsir göstərir. Bu səbəbdən iqlimi kontinenraldır. Rütubətli isti yaya malikdir.
Diyadin (Ağrı)
Diyadin (türk. Diyadin) — Ağrı ilinin ilçəsi. Kürt əhali üstünlük təşkil edir. == Tarixçə == Diyadinin adını dövrün sultanı Ziyaəddindən alması barədə şayiələr Fəxri adından bəri bir çox mənbələrdə xatırlanır. Ancaq tarixi mənbələrdə bu adın sultanı yoxdur. Yerli insanlar kürd dilində danışır və Diyadin yox, "Gihadin" deyirlər. İlçədə həddindən artıq adət və aşirətçilik mövcuddur. Həmçinin, şərqdə aşirət siyasətinin ən çox qızışdığı yerdir. Diyadin köhnə bir şəhərdir. Tarixdəki adı Daudyana olmuşdur.
Hamur (Ağrı)
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Ağrı (şəhər)
Adana (keçmiş adı ilə Qarakilsə) (türk. Ağrı) — Türkiyənin Şərqi Anadolu regionunda yerləşən və Ağrı ilinin mərkəzi olan şəhər. Şəhər Ağrı dağının şərəfinə adlandırılmışdır. Şəhərin dəniz səviyyəsindən yüksəkliyi 1.632 m təşkil edir.
Ağrı Respublikası
Ağrı Respublikası (kürd. Komara Agiriyê) və ya Ararat Respublikası (kürd. کۆماری ئارارات/Komara Araratê) özünü elan etmiş və tanınmayan kürd dövləti. Türkiyənin şərqində, mərkəzi Qarakösə vilayətində yerləşirdi. == Tarixi == "Xoybun" partiyasının mərkəzi komitəsinin rəhbərlik etdiyi Ağrı Respublikası 28 oktyabr 1927-ci və ya 1928-ci ild' Türkiyənin cənub-şərqindəki kürdlər arasında üsyan dalğası zamanı müstəqillik elan etmişdir. "Xoybun"un ilk iclasında Ehsan Nuri Paşa Ağrı üsyanının hərbi komandiri elan edildi. 1927-ci ilin oktyabrında Kürd Ava, və ya Ararat Dağı yaxınlığındakı bir kənd olan Kürdəva Kürdüstanın müvəqqəti paytaxtı olaraq təyin edilmişdir. "Xoybun" böyük güclərə və Millətlər İttifaqına müraciət etmiş, eyni zamanda İraq və Suriyadakı digər kürdlərlə əlaqə yaratmaq üçün mesajlar göndərdi. Buna baxmayaraq, Türkiyə tərəfindən edilən təzyiq altında, Britaniya imperiyası və Fransa "Xoybun" üzvlərinin fəaliyyətlərinə məhdudiyyətlər qoymuşdular. Türkiyə Silahlı Qüvvələri sonradan 1930-cu ilin sentyabrında Ağrı Respublikasını məğlub etmişdir.
Ağrı üsyanları
Ağrı üsyanları (türk. Ağrı ayaklanmaları) — 1930-cu ildə Türkiyənin şərqində Ağrı vilayətində kürdlərin Türkiyə hökumətinə qarşı üsyanları. Üsyan zamanı partizan qüvvələrinin başçısı Cıbran qəbiləsindən Ehsan Nuri idi. == Üsyanlar == 1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur. 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.
Ağrı üsyanı
Ağrı üsyanları (türk. Ağrı ayaklanmaları) — 1930-cu ildə Türkiyənin şərqində Ağrı vilayətində kürdlərin Türkiyə hökumətinə qarşı üsyanları. Üsyan zamanı partizan qüvvələrinin başçısı Cıbran qəbiləsindən Ehsan Nuri idi. == Üsyanlar == 1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur. 1928-ci ildə Ağrı Respublikasının dövlət xadimlərinin təşəbbüsü ilə tərtib edilmiş Kürdüstan bayrağı ilk dəfə istifadəyə verilmişdir.
Ağrı (film, 1989)
Ağrı qısametrajlı sənədli filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film müasir dövrümüzün ən aktual problemlərindən birinə-Xəzərin çirklənməsinin qarşısının alınmasına və onun təcili olaraq təmizlənməsinə həsr edilmişdir. == Məzmun == Film müasir dövrümüzün ən aktual problemlərindən birinə-Xəzərin çirklənməsinin qarşısının alınmasına və onun təcili olaraq təmizlənməsinə həsr edilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Sirus Zindadel, Teymur Bəkirzadə Rejissor: Teymur Bəkirzadə Operator: Şərif Şərifov Bəstəkar: Aqşin Əlizadə == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Birinci Ağrı üsyanı
Birinci Ağrı üsyanı — 1924-cü ilin sentyabrında Cəlali Bərhonun başçılığı altında Cəlali, Həsənan, Cıbran və Heydəran tayfalarının Ağrı dağı və ətrafında hazırladıqları üsyanı. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır.
Üçüncü Ağrı üsyanı
Üçüncü Ağrı üsyanı — 1930-cu ildə Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. 11 iyun 1930-cu ildə Türkiyə Silahlı Qüvvələri üsyanı yatırmaq üçün əməliyyata kurmanc kürdlərinin əksəriyyəti rəhbərlik edirdi. Kurmanc kürdləri dərsimlilərdən çox idi. Üsyan nəticədə yatırılmışdır. == Zəmin == 1926-cı ildən 1930-cu ilə qədər Türkiyənin Ağrı ilində müxtəlif üsyanlar qaldırılmışdır. Birinci üsyan 16 may 1926-cı il tarixində Cəlali Barho öndərliyindəki kürd tayfaları tərəfindən Ağrı dağı yaxınlıqlarında qaldırılmışdır. Türkiyə Silahlı Qüvvələri üsyanı bir ay sonra basdırmışdır. Növbəti ilin sentyabr ayında Türkiyə Silahlı Qüvvələri əraziyə yenidən hücum etmiş, yerli əşirətlərin qaldırdıqları ikinci üsyanı basdırmışdır. Bundan sonra Ağrıda yaranan böhran daha da dərinləşmişdir. 1927-ci ilin sentyabr ayında Birləşmiş Krallığın dəstəyi ilə İhsan Nuri tərəfindən Ağrı Respublikası qurulmuşdur.
İkinci Ağrı üsyanı
İkinci Ağrı üsyanı — 1927-ci ilin sentyabrında Ağrı dağında kürd tayfalarının qaldırdığı üsyan. Ordu Müfəttişliyinin tələbi və Baş Qərargahın icazəsi ilə hazırlanan və 13–20 sentyabr 1927-ci il tarixləri arasında həyata keçirilən hərbi əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinə bağlı 3-cü Ordu tərəfindən yatırılmışdır.
Ağrı Dağı Milli Parkı
Ağrı Dağı Milli Parkı — Türkiyənin Ağrı və İğdır vilayətlərində yerləşən milli park. 2004-cü ildə Ağrı dağının ərazisində açılan milli parkın sahəsi 88.014 hektardır. Nuh tufanı, meteor krataeri, Türkiyənin ən yüksək dağı və buzlağı, vəhşi həyatın müxtəlifliyi ilə diqqət çəkir. == Haqqında == Milli park müxtəlif heyvan və bitki növlərinə, gözəl peyzaja, vulkanizm ilə bağlı maraqlı relyefə, geoloji xüsusiyyətlərə, sulaq ərazilərə, turizm imkanlarına malikdir. Milli park Türkiyə, İran, Azərbaycan, Ermənistan sərhədlərinin kəsişməsində yerləşir. Ağrının Doğubəyazid, İğdırın Aralıq və Qaraqoyunlu rayonlarında yerləşir. Ağrıdan 100 km uzaqlıqdadır. Türkiyənin ən yüksək dağı olan 5137 metrlik Ağrı dağı və 3898 metrlik Kiçik Ağrı dağı bu parkdadır. Görməli yerlərdən birisi də Buz mağarasıdır. Mağara Kiçik Ağrı dağının ətəklərində, Doğubəyazidin Hallaç kəndindən 3 km uzaqlıqda yerləşir.

Значение слова в других словарях