Böhtana düşən odsuz yanar.

Slander hurts more than fire. Клевета больней огня жжёт. / Клевета что уголь: не обожжёт, так замарает.
böhtan atmaq
böhtana salmaq (nahaqdan üstünə qoymaq)
OBASTAN VİKİ
Mikayıl Yanar
Mikayıl Yanar (Rəhimov Mikayıl Binnət oğlu; 15 may 1938, Qovlar, Tovuz rayonu) — Azərbaycan Yazıçılar Birliyinin (2000), Azərbaycan Jurnalistlər Birliyinin (1986) üzvü, şair-publisist. Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yeddiillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktəbində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəblərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəllim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümumtəhsil məktəbində mü-əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzifəsində işləmişdir (1992-1999).
Yanar dağ
Yanardağ — Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi. Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir. Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir.
Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır. Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Düşən Pul (teleoyun)
10 milyon televiziya oyunudur.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml 1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Analar yanar ağlar (film, 1990)
Analar yanar ağlar televiziya tamaşası 1990-cı ildə Azərbaycan televiziyasında istehsal edilmişdir.
Yanar qəlbin ritmləri (film, 1989)
Film məşhur musiqiçi, cazmen Vaqif Mustafazadəyə həsr olunmuşdur. Burada onun caz kompozisiyaları səslənir. Filmdə V.Mustafazadə barəsində anası Zivər xanım, arvadı Elza xanım, həkim Ələkbər Nəzərov, yazıçı və rejissor Rüstəm İbrahimbəyov, daşkəndli musiqiçi Sergey Qilev, bioloq Tamaz Kuraşvili, xarici ölkə musiqiçiləri onun barəsində söz deyirlər. Filmdə V.Mustafazadənin sağlığında çəkilmiş kinoxronikadan, fotoşəkillərdən, şəxsi arxiv sənədlərindən istifadə edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar
Azərbaycanın Qırmızı kitabına düşən balıqlar — Qırmızı kitaba aşağıdakı balıq növləri daxildir.
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar
Azərbaycanın Qırmızı kitabına düşən həşəratlar Azərbaycanda ümumilikdə 15000-ə qədər həşərat yayıldığı müəyyən olunmuşdur. 2013-ci ildə yeni təşkil edilən Qırmızı kitaba 74 həşərat daxil edillmişdir. Onlardan 40-ı nadir növdür.
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər
Azərbaycanın Qırmızı kitabına düşən məməlilər — bura 14 növ məməli daxil edilmişdir.
Azərbaycanın Qırmızı kitabına düşən quşlar
Azərbaycanın Qırmızı kitabına düşən quşların siyahısı — bura 34 növ quş daxil edilmişdir. Azərbaycan SSR Qırmızı Kitabı 1989 "Azərbaycanın heyvanlar aləmi". Tom III. Onurğalılar, 2000 il.
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Azərbaycanın Qırmızı kitabına düşən sürünənlər
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar — Azərbaycanda xeyli sayda qeyri-ənənəvi yanacaq faydalı qazıntılar mövcuddur (təbii bitum, yanar şistlər, daş və qonur kömür). Bunlardan ən mühümləri böyük ehtiyata malik olan təbii bitum və yanar şistlərdir. Abşeron yarımadasında, Qobustanda və Aşağı Kür rayonlarında 50-dən çox təbii bitum yataqları və təzahürləri mövcuddur. Bitum yığımları müxtəlif yaşlı çöküntülərdə (Eosen-Alt Pliosen) toplanmışdır. Onlar mikroelementlərlə (Mg,Ni,Cu,Mo,Zn və s.) zəngindir. Respublikada təbii bitumun ehtiyatları 2 milyon tondan artıqdır. Təkcə Abşerondakı Qırmaki yatağında 50 milyon ton bitumlu qum-ağır neft ehtiyatı vardır. Bəzi bitum təzahürləri palçıq vulkanları (Ayrantökən, Qırlıq, Axtarma-Paşalı, Şorbulaq, Xıdırzindi və s.) ilə əlaqədardır. Abşeron yarımadasında qədim neft yataqları ərazilərində (Balaxanı, Binəqədi, Lökbatan və s.) neft hopmuş torpaq sahələri vardır. Hesablamalara görə, təqribən 10 mədə sahəsindəki həmin torpaqlardan 63 milyon ton neft emal etmək mümkündür.
Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar
Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar — Ermənistan–Azərbaycan müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. == Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası == Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudun Sadıqovun sözlərinə görə, 2008-ci ilin sonunda 170-ə qədər insanın da taleyinə aydınlıq gətirilib və onların sağ olduğu aydınlaşıb: "Onlar Şuşa, Şuşanın ətraf kəndləri, Kəlbəcər, Laçın işğal olunan zaman ermənilərin əlinə keçmiş insanlardır. Bu il həmin insanlarla bağlı kitabın və CD–nin buraxılacağı da planlaşdırılır".
Adambaşına düşən ÜDM (AQP) üzrə ölkələrin siyahısı
Adambaşına düşən ümumi daxili məhsul (alıcılıq qabiliyyəti paritetinə üzrə) ölkədə orta hesabla bir nəfər ( alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) müəyyən il ərzində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyərini əks etdirən makroiqtisadi göstəricidir. Adambaşına düşən ÜDM (AQP üzrə) ölkənin iqtisadi inkişaf səviyyəsini müəyyən edən xüsusiyyətdir. Müqayisə üçün bütün göstəricilər vahid valyutada - ABŞ dollarında ifadə olunur. Milli valyutalardan hesablaşmalar, beynəlxalq iqtisadi müqayisələrdə adət olduğu kimi, bazar məzənnələri ilə deyil, alıcılıq qabiliyyəti pariteti ilə həyata keçirilir. Bir çox Avropa ölkələrində kölgə iqtisadiyyatının payı əhəmiyyətlidir və ÜDM-in 10 faizdən 40 faizindən çoxunu təşkil edir. 2014-cü ildən Avrostat, Rəsmi statistika orqanı, AB üzv dövlətləri bəzi qeyri-qanuni fəaliyyətlərə qoşulmağa çağırır. Adambaşına düşən ÜDM-in (AQP) yurisdiksiyaya görə dəyişə bilməsinin bir çox təbii iqtisadi səbəbləri var (məsələn, böyük neft və qaz ehtiyatlarına malik olan ölkələrdə adambaşına düşən ÜDM yüksək olur). Bəzi iqtisadçılar hesab edirlər ki, ofşor zonalar və ya korporativ vergi cənnətləri iqtisadi məlumatları təhrif edir, nəticədə adambaşına düşən ÜDM (PPP) rəqəmləri süni şəkildə şişirdilir . Dünya yurisdiksiyalarının 15% - dən çoxu vergi cənnəti olduğu təxmin edilir. BVF-nin araşdırmalarına görə, müxtəlif yurisdiksiyaların ÜDM-ə güclü təsir göstərən birbaşa qlobal xarici investisiya axınlarının təxminən 40% - i "fantom" əməliyyatlar kimi təsvir olunur.
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar
Azərbaycanın Qırmızı kitabına düşən suda-quruda yaşayanlar