Tefik Bıyıklıoğlu
Mehmet Tefik Bıyıklıoğlu (1 yanvar 1891, Çanaqqala – 24 noyabr 1961, Ankara; türk. Tevfik Bıyıklıoğlu) — Türkiyə siyasətçisi, diplomatı, Türk Tarix Qurumunun ilk prezidenti və qurucu üzvü.
Tefik Bıyıklıoğlu 1905-ci ildə Hərbi Məktəbə daxil olub. 1908-ci ildə artilleriya zabiti rütbəsi ilə məktəbi yüksək nəticələrlə bitirdi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsində iştirak edib. 1914-cü ildə Hərbi Akademiyanı yüksək nəticələrlə başa vurub. Bıyıklıoğlu 1915-ci ildə peşəkar zabit oldu. Birinci Dünya müharibəsində müxtəlif vəzifələrdə xidmət edib. 1920-ci ilin iyulunda Anadoluya gedib Türkiyə İstiqlaliyyət müharibəsi qatıldı. Qərb Cəbhəsinin Əməliyyatlar Şöbəsinin Müdiri vəzifəsinə təyin edildi.