BƏRƏKALLAH

[ ər. “bərakəllah”] Əhsən, mərhəba və s. mənasında tərif, bəyənmə ifadə edir.
Bərəkallah, oğlum! – Bərəkallah, qüvvətlicə alabaş; Filin üstə əcəb gedir bir baş. A.Səhhət.

// Bəzən kinayə və ya istehza ilə deyilir.
[Sona xanım:] Bərəkallah, mən də deyirəm bəs oğlan doğrudan pul tapıbdır. M.F.Axundzadə.

BƏRƏÇİLİK
BƏRƏKƏT

Значение слова в других словарях