BAĞÇA

is.
1. Kiçik bağ, həyət bağı.
Ay çıxıb bağçanı işıqlatmışdı. Ə.Məmmədxanlı.
Şirin bağçada səndəl üstündə oturmuşdu. İ.Əfəndiyev.

2. məc. Güllük, çiçəklik.
Bu otağın pəncərələri … qarşıdakı qızılgül bağçasına açılırdı. S.Rəhimov.

3. Məktəb yaşına çatmamış uşaqlar üçün tərbiyə, əyləncə müəssisəsi (“uşaq bağçası” şəklində də işlənir). Uşağı bağçaya verdim.

Синонимы

  • BAĞÇA güllük — çiçəklik

Омонимы

  • BAĞÇA BAĞÇA I is. Kiçik bağ, güllük, çiçəklik. Getsə bir qapıdan eşqin ayağı; Saralar bağçası, tökülər barı (S

Этимология

  • BAĞÇA Bəzi qaynaqlarda bunu fars mənşəli hesab edirlər. Əslində bağ (сад) sözü zəminində yaranıb. Bağ isə meyvəliyin ətrafının çəpərlənməsi (bağlanması) ilə
BAĞBAŞI
BAĞÇA-BAĞ
OBASTAN VİKİ
Bağça
Bağça (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Bağça (Behi-yi Feyzullah Bəyi) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd.
Bağça (Bukan)
Bağça (fars. باغچه‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (70 ailə).
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Bağça (Mahnişan)
Bağça (fars. باغچه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (64 ailə).
Bağçacik
Bağçacıq — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Bağçacıq (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Bağçacıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.
Bağçacik (Salmas)
Bağçacik (fars. ‎باغچه جيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Şapur bölgəsinin Ətraf kəndistanında, Şapur qəsəbəsindən 6 km. cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 858 nəfər yaşayır (203 ailə).
Bağçacıq
Bağçacıq — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Bağçacıq (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Bağçacıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.
Bağçacıq (Həştrud)
Bağçacıq (fars. باغچه جيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (12 ailə).
Bağçacıq (Maku)
Bağçacıq (fars. باغچه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,738 nəfər yaşayır (393 ailə).
Bağçacıq (Talin)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Bağçacıq (Talın)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Bağçacıq (Vedi)
Bağçacıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22–23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildə və 1728-ci ilə aid mənbələrdə çəkilir. == Toponimi == Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. Bir neçə ildən sonra onun bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır.
Bağçacıq (Ərdəbil)
Bağçacıq (fars. باغچه چيق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (8 ailə).
Bağçada rahat yer (film, 1978)
Arvadım mənim, uşaqlarım mənim — kinoalmanaxı 1978-ci ildə ekranlaşdırılmışdır. Kinoalmanax 3 qısametrajlı film-novelladan ibarətdir: "Toy" (rejissor: Nicat Feyzullayev), "Bağçada rahat yer" (rejissor: Ziyafət Abbasov) və "Arvadım mənim, uşaqlarım mənim" (rejissor: Cəmil Fərəcov). Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Kazım Abdullayev, Hacı İsmayılov, Məlahət Salmanova, Həsən Məmmədov, Ofeliya Məmmədzadə, Şamil Süleymanov, Gülşən Qurbanova və Kamil Məhərrəmov ifa edirlər. == Məzmun == == Film haqqında == == Filmin heyəti == == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bağçadagüllər xalçaları
Bağçadagüllər xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid olan xovlu xalça, == Ümumi məlumat == Qarabağ tipinin Şuşa qrupuna aid olan bu xalçalar XIX əsrin II yarısından Şuşada istehsal olunur. Əvvəllər onu "Gül yaylıq" ("Güllü yaylıq") adlandırırdılar, lakin onlar Qarabağın digər xalçaçılıq məntəqələrində toxunmağa başlandıqdan sonra "Bağçadagüllər" adlanmağa başladı. Lakin Şuşada toxunan xalçalar, digər xalçaçılıq yerlərində istehsal olunan xalçalardan dəfələrlə yaxşı idi. Xalça ticarətinin inkişaf etməsi fərdi işləyən xalçaçıların rəqabətinə səbəb oldu. Lakin bu, bədii yaradıcılıqla əlaqəli deyil, xalça satışı ilə əlaqəli rəqabət idi, buna görə də bu rəqabət xalçanın bədii dəyərinə və texnologiyasına mənfi təsirini göstərdi. Şuşada yun ipliklərin kimyəvi boyaq maddələri ilə rənglənməsi də bu dövrə təsadüf edir. Yeni tipli xalçalar yaranmağa başlayır: "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. == Bədii analiz == Bədii nöqteyi – nəzərdən bu xalçalar əvvəlcə sadə idilər, lakin getdikcə daha da mürəkkəbləşmiş, mükəmməlləşmiş və gündən-günə daha da məşhurlaşmışdır. Bu xalçaların istehsalı Qarabağın bütün xalçaçılıq müəssisələrində yayılmışdı. Deyilənlərə əlavə edək ki, XIX əsrin III rübündən başlayaraq, gül naxışları yalnız kiçik xalçalarda deyil, həm də xalı – gəbə komplektlərində də istifadə olunmağa başladı (bu komplektlər otağın mərkəzi hissəsinə salınmaq üçün əsas xalçadan və onun yanında döşənmək üçün 2 yan xalçadan ibarət olur).
Bağçadagüllər xalçası
Bağçadagüllər xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid olan xovlu xalça, == Ümumi məlumat == Qarabağ tipinin Şuşa qrupuna aid olan bu xalçalar XIX əsrin II yarısından Şuşada istehsal olunur. Əvvəllər onu "Gül yaylıq" ("Güllü yaylıq") adlandırırdılar, lakin onlar Qarabağın digər xalçaçılıq məntəqələrində toxunmağa başlandıqdan sonra "Bağçadagüllər" adlanmağa başladı. Lakin Şuşada toxunan xalçalar, digər xalçaçılıq yerlərində istehsal olunan xalçalardan dəfələrlə yaxşı idi. Xalça ticarətinin inkişaf etməsi fərdi işləyən xalçaçıların rəqabətinə səbəb oldu. Lakin bu, bədii yaradıcılıqla əlaqəli deyil, xalça satışı ilə əlaqəli rəqabət idi, buna görə də bu rəqabət xalçanın bədii dəyərinə və texnologiyasına mənfi təsirini göstərdi. Şuşada yun ipliklərin kimyəvi boyaq maddələri ilə rənglənməsi də bu dövrə təsadüf edir. Yeni tipli xalçalar yaranmağa başlayır: "Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. == Bədii analiz == Bədii nöqteyi – nəzərdən bu xalçalar əvvəlcə sadə idilər, lakin getdikcə daha da mürəkkəbləşmiş, mükəmməlləşmiş və gündən-günə daha da məşhurlaşmışdır. Bu xalçaların istehsalı Qarabağın bütün xalçaçılıq müəssisələrində yayılmışdı. Deyilənlərə əlavə edək ki, XIX əsrin III rübündən başlayaraq, gül naxışları yalnız kiçik xalçalarda deyil, həm də xalı – gəbə komplektlərində də istifadə olunmağa başladı (bu komplektlər otağın mərkəzi hissəsinə salınmaq üçün əsas xalçadan və onun yanında döşənmək üçün 2 yan xalçadan ibarət olur).
Hevsel bağçaları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Qış bağçası
Qış bağçası (alm. winter garden‎), bəzən solarium və ya günəş otağı kimi qeyd olunur — ekzotik və qışa davamlı, həmçinin qapalı bitkilərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş təbii işıqla qızdırılan otaq. Qış bağçasına adətən metal, alüminium, taxta çərçivəli şüşəli otaq və ya oturma otağının davamı olan verandadan ibarət olur.
Söz bağçası
Söz bağçası və ya Yaponiyada tanınan adı ilə Kotonoha no Niwa (言の葉の庭) — Makoto Şinkayın rejissorluğu və ssenaristliyi CoMix Wave Films studiyası tərəfindən 2013-cü ildə çəkilmiş dram və romantika anime filmi. Əsas personajları Miyu İrino və Kana Hanazava səsləndirmişlər. Şinkayın əvvəlki filmlərinin əksəriyyətində bəstəkar olan Tenmonun əvəzinə Daysuke Kaşiva film üçün musiqi bəstələmişdir. Filmin əsas mahnısı olan "Rain" orijinal olaraq 1988-ci ildə Senri Oe tərəfindən yazılmış və ifa olunmuşdur. Lakin filmin istehsalı prosesində Motohiro Hata tərəfindən yenidən ifa olunmuşdur. Filmin premyerasının baş tutduğu 2013-cü ildə Midori Motohaşi tərəfindən çəkilən manqa adaptasiyası və Şinkay tərəfindən yazılan roman seriyası adaptasiyası nəşr olunmağa başlamışdır. Filmin diqqət mərkəzində olan əsas personajlar 15 yaşlı ayaqqabı dizayneri Takao Akizuki və 27 yaşlı müəmmalı qadın Yukari Yukinodur. Bu iki şəxs yağışlı bir gündə Şincuku Qyoen Milli Bağında qarşılaşırlar və həmin gündən etibarən hər yağışlı gündə bu bağda görüşməyə davam edirlər. Takao hər səhər məktəbə getməyərək bağda ayaqqabı dizaynı ilə məşğul olur. Yukino isə həyatındakı şəxsi problemlərə görə işindən yayınaraq bağa pənah gətirir.
Səmin Bağçaban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. == Həyatı == 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Uşaq Bağçası
1837-ci ildə alman pedaqoqu Fridrix Föbel (Friedrich Fröbel) uşaqlar üçün maarifləndirici-tərbiyələndirici mərkəz açır, harada ki, körpələr həm oynayırlar, oxuyurlar, rəqs edirlər, həm də həyati mühüm vərdişlərə öyrədilirlər. Mərkəzi də "Kindergarten" adlandırır, hansı ki, "uşaq bağçası" mənasını verir. Bu anlayış üzərində Föbel belə bir müəssisə və adət edilmiş bağça ilə analogiya etmək istəyirdi: gərək bitkilərə necə ki, qayğı və qulluq edirlər, körpələrə də eləcə nəvaziş göstərilməlidir. Dünyanın bir çox dillərində, bugünkü günlərdə məktəbəqədərki idarələr uşaq bağçası adlandırılır.
Xan qəbiristanlığı (Bağçasaray)
Xan qəbiristanlığı - Bağçasarayda yerləşən, Krım tatar Xan sarayının qəbiristanlığı. Burada 9 Krım xanı və onların 45 ailə üzvü dəfn edilib. Qəbiristanlığın ərazisində iki türbə də mövcuddur. == Haqqında == Krım tatar Xan sarayının qəbiristanlığı Böyük məscidin cənubunda yerləşir. Bu qəbiristanlıqda 9 Krım xanı və onların 45 ailə üzvü dəfn edilib. Bundan başqa burada XVI əsrə aid içərisində 6 məzar olan I Dövlət Gərayın türbəsi, XVII əsrə aid içərisində 9 məzar olan III İslam Gərayın türbəsi və içərisində II Məngli Gərayın məzarı olan rotunda yerləşir. Hər türbənin daxilində və cığırlar boyunca mərmərdən və ya əhəngdaşından yonulmuş qəbirüstü abidələr yerləşir. Türbələrin kənarında salamat qalmış baş daşları ilə yanaşı bir qismi salamat qalmış məzar daşları da mövcuddur. Onların ümumi sayı 98 ədəddir. Uzun illər boyunca bəzi qəbirlər itib ya da məzar daşları dağılıb.
Çin bağçası
Çin bağçası üç min ildir inkişaf etmiş mənzərəli bağ tərzidir. Buraya həm Çin imperatorlarının və həm də imperator ailəsinin üzvlərinin zövq almaq və təsirləndirmək üçün qurduğu geniş bağları və alimlər, şairlər, keçmiş dövlət məmurları, əsgərlər və tacirlər tərəfindən əks olunmaq və qaçmaq üçün yaradılan bağlar daxildir. İnsanlarla təbiət arasında mövcud olan harmoniyanı ifadə etmək məqsədi daşıyan idealizə olunmuş miniatür mənzərə yaradırdılar. Tipik bir Çin bağçası divarlarla əhatə olunmuşdur və bir və ya daha çox gölməçəni, qaya əsərlərini, ağacları və çiçəkləri və bağ içərisindəki sarma yolları əhatə edir. Quruluşdan quruluşa keçərək ziyarətçilər mənzərə şəkillərinin bir tumurcuğu kimi açaraq diqqətlə tərtib edilmiş bir sıra səhnələrə tamaşa etmək olar. == Tarixi == Ən erkən qeydə alınan Çin bağçaları Şan sülaləsi dövründə (e.ə. 1600–1046) Sarı çay vadisində yaradılmışdır. Bu dövrdən bəri pu, siz və yuan yazıları olan çin simvolu tısbağa qabıqlarında həkk edilmişdir. Şan sülaləsinin məşhur kral bağı, paytaxtı Yinin qərbində Wenwang tərəfdə inşa edilən Teras, Gölet və Ruh Parkı (Lingtai, Lingzhao Lingyou) idi. Başqa bir erkən kral bağı, son Şan hökmdarı Kral Zhou (1075–1046) tərəfindən tikilən Shaqui və ya Kum Təpələri idi.
Əski türbə (Bağçasaray)
Əski türbə (krımtat. eski dürbe) — türbə Bağçasarayda yerləşir. Onun XIV əsrdə inşa edildiyi ehtimal edilir. Bu onun Xan sarayından yüz illər öncə inşa edildiyi anlamına gəlir. Memarlıq abidəsidir. Çürük-Su çayının sol sahilində Xan sarayından 180 km cənub-şərqdə, Zoi Kosmodemyan küçəsində yerləşir. == Tarixi == Əski türbə arxitektur və tarixi abidə olaraq Qızıl Orda dönəmində inşa edilmişdir. Abidə olduqca zəif araşdırılmışdır. Hətta onun daxilində kimin dəfn edildiyi belə bilinir. Bağçasaray tarix-mədəniyyət və arxeologiya muzey-qoruğunun direktoru Emil Seydəliyevin sözlərinə görə: Əvvəllər Əski türbə qəbrlərlə əhatəli idi.
Bağçalı (Amasiya)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd. == Tarixi == Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == 1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır. == Toponimi == Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.

Значение слова в других словарях