Bağçaəli

Bağçalı, BağçaəliAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Bağçaəli kəndində bir təhsil ocağı, bir kitabxana və bir mədəniyyət evi vardır. Kənd meşələr və dağlarla əhatə olunub.

Bağçalı
41°13′ şm. e. 48°37′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 656 (2009) nəfər
Xəritəni göstər/gizlə
Bağçalı xəritədə
Bağçalı
Bağçalı

Toponimikası[redaktə | mənbəni redaktə et]

Bağçalı oyk., düz. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Keçmiş adı Bağçalı Qışlaq olmuşdur. Kəndin ərazisi Rustov kəndinin keçmiş məhəllələrindən biridir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsl adı Bağça Əlidir. XIX əsrin əvvəllərində İsmayıllı r-nunun Lahıc kəndindən gəlmiş Əli adlı şəxsin ailəsinin orada məskunlaşması əsasında yaranmışdır. Lakin aparılan araşdırmalar Bağçalı toponiminin etnotoponim olduğunu söyləyir. 1933-cü ildə r-nun Talabı i.ə.v.-də Bağçaqaraxan, 1917-ci ildə Nuxa qəzasının Qaxmux bölgəsində Bağçalı kəndləri qeydə alınmışdır. Mənbələrdə bu oykonimin Baxşalı variantı da nəzərə çarpır.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]