Bax: bac. (“Koroğlu” dastanının lüğəti)
Qıratın üstündə dili təng olan,
Paşalar varına talanlar salan,
İskəndərtək sudan bac-xərac alan,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Çəmlibeldə hamı Koroğlunun adını eşidib hər tərəfdən ona hədiyyə, pul, qənimət, bac-xərac gətirirdi. (Paris nüsxəsi, 2-ci məclis)