Frontend və backend
Frontend və bekend — proqram təminatı mühəndisliyində proqram təminatının və ya fiziki infrastrukturun və ya aparatın təqdimat təbəqəsi (frontend) və məlumata çıxış təbəqəsi (bekend) arasında işlərin ayrılması. Müştəri-server arxitekturasında hətta bəzi təqdimat işləri həqiqətən serverin özündə görülsə belə, müştəri adətən frontend, server isə bekend hesab olunur. Proqram arxitekturasında avadanlıq və son istifadəçi arasında çoxlu təbəqələr ola bilər. Ön tərəf (front) mücərrəddir, istifadəçi dostu interfeysi təmin etməklə əsas komponenti sadələşdirir, arxa tərəf (bekend) isə adətən məlumatların saxlanması və iş məntiqini idarə edir.
== Müxtəlif təriflər ==
Telekommunikasiyada ön tərəf cihaz və ya xidmət, arxa tərəf isə xidmətin göstərilməsini dəstəkləyən infrastrukturdur. Əsas qayda ondan ibarətdir ki, müştəri tərəf (və ya "ön tərəf") istifadəçi tərəfindən dəyişdirilə bilən hər hansı bir komponentdir. Server tərəfinin (və ya "bekend") kodu adətən serverdə yerləşir, çox vaxt fiziki olaraq istifadəçidən uzaqdadır.
Məzmun idarəetmə sistemlərində frontend son istifadəçinin gördüyü hissələr, bekend isə saytın sahibinin görə bildiyi hissələrə deyilir.
Nitqin sintezində frontend daxil edilən mətni simvolik fonetik təsvirə, bekend isə simvolik fonetik təsviri faktiki səslərə çevirən sintez sisteminin hissəsinə aiddir.
=== API ===
Frontend API vasitəsilə bekend ilə əlaqə qurur.