BAHARİYYƏ

сущ. лит. стихотворение, воспевающее весну
BAHARISTAN
BAHARLIQ
OBASTAN VİKİ
Bahariyyə
Bahariyyə — klassik Şərq ədəbiyyatında baharı təsvir edən lirik şeirlər, yaxud böyük bir poemanın baharı əks etdirən hissəsi. Bahariyyə qəzəl, qəsidə, məsnəvi formasında və başqa şəkillərdə ola bilər. Bahariyyələr həm də ozan-aşıq yaradıcılığında geniş yer tutur. Ustad aşıqların əksəriyyəti yazın gözəlliklərini vəsf edən incə ruhlu bahariyyələr düzüb-qoşmuşlar. XVI əsr Azərbaycan şairi Şah İsmayıl Xətainin "Dəhnamə" əsərinin başlanğıcındakı 62 beytdən ibarət bahariyyəsi məşhurdur: Şah İsmayıl Xətainin şeirləri daxil edilmiş "Dəhnamə"nin "Bahariyyə" hissəsində faxtə (qumru, çöl göyərçini), durna, laçın, bülbül, turrac, qumru, qu, üqab (qaraquş, qartal), qurqura, qaz, kəklik, bayquş, sığırçın, ötkün quşu, gögərçin (göyərçin), şahbaz, sərçə, tuti kimi quş adları çəkilir. "Bahariyyə"də adı çəkilən bitki adları da həmçinin onun təbiəti sevməsinin ifadəsi kimi qəbul edilə bilər. O, burada təbiəti Bahariyyə Şah İsmayıl Xətainin fəlsəfə (bu sözə şerlərində bir dəfə rast gəlinir), astronomiya, riyaziyyat, musiqi, ədəbiyyatşünaslıq kimi elmləri dərindən yiyələndiyini sübut edir. Şeir üzərində müşahidələr əsərin məzmunu barədə aydın təsəvvür yaradır.

Digər lüğətlərdə