Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sözlük
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Ekşi Sözlük
Ekşi Sözlük — Türkiyədə qeydiyyatlı yazarların şərhləri olan bir sözlükdür. == Tarixi == 1999-cu ildə "sourtimes.org" saytının bir hissəsi olaraq Sedat Kapanoğlu tərəfindən yaradılmışdır. Şüarı "Müqəddəs məlumat mənbəyi" dir. Girilən ilk başlıq "pena" dır.[mənbə göstərin] daha sonra populyarlığının artması ilə sourtimes.org'un əsas parçasına çevrildi. Sedat Kapanoğlu bir çox çıxışında, "Otostopçu Qalaktika Bələdçisi " kitabının Ekşi Sözlükü qurmaq üçün bir ilham olduğunu bildirdi. 21 fevral 2023-cü ildə, Türkiyədə internet istifadəçilərinin sayta girişi Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən bağlanıb. == Qaydalar == Müəlliflərin yazıları sözlük qaydaları daxilində yoxlanılır və uyğunsuz olduğu məqalələr moderatorlar və gammaz adı verilən könüllü lüğət üzvləri ilə birlikdə silinir. Ancaq on birinci nəsil satınalmalardan sonra gammizm statusu yalnız müəyyən bir müəllif qrupuna deyil, hər bir müəllifə verildi". == "Çaylak" lar == Ekşi Sözlükdə qeydiyyatdan keçdikdən sonra entry yazmaq olur. Çaylak statusuna sahib şəxslər uzun bir marafon ardından - bu 10 il də olabilər 10 ay da - bu şəxs ya yazar olur ya da passiv qalaraq heçnə olmur.
Etimoloji sözlük
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Gözlük
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt linza və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s. Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi.
Hüseyn Sözlü
Hüseyn Sözlü — "Tərəqqi" medalı laueratı == Həyatı və fəaliyyəti == Hüseyn Sözlü 1965-ci ildə Ceyhan şəhərində anadan olmuşdur. 1990-cı ildə DSİACO şirkətində çalışmışdır.1992-ci ildə Ceyhan Ülkü Ocağının sədri olmuşdur. Türkiyənin Milliyyətci Hərəkat Partiyasının fəal üzvlərindəndir. 1999-cu ildə Ceyhan Bələdiyyəsinin sədri secilmişdir. Bələdiyyəyə rəhbərlik etdiyi dövrlərdə həyata kecirdiyi layihələrə görə yerli əhalinin rəğbətini qazanmışdır 2005-ci ildə İsgəndərun, Payas, Ceyhan Sarımazı, Mərsin-Toroslar, Lapseki şəhərlərinin bələdiyyə başcılarını və bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin üzvlərindən ibarət nümayəndə heyətinin tərkibindəAzərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Prezident Sarayında nümayəndə heyətini qəbul etmişdir. Məhz onun dəstəyi ilə 2006-cı il iyulun 13-də Ceyhanda Heydər Əliyevin adını daşıyan "Türkiyə-Azərbaycan qardaşlığı parkı" acılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan parkın təntənəli açılışında iştirak etmişlər.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Hüseyn Sözlü (şair)
Hüseyn Ələkbət oğlu Məmmədov (15 aprel 1946, Noraşen rayonu) — Ömrünün 50 ildən çoxunu dənizə həsr etmiş veteran dənizçi, Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, şair, bəstəkar. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvüdür. Elm və Təhsil Mərkəzinin filologiya üzrə Fəxri Professoru diplomuna layiq görülmüşdür. == Həyatı == 15 aprel 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun Şəhriyar kəndində kolxozçu ailəsində anadan olub. 3 övladı, 6 nəvəsi vardır. == Təhsili == Şəhriyar kənd orta məktəbini 1963-cü ildə bitirib. Tar üzrə musiqi təhsili alıb. Bakı Dəniz Yolları məktəbiniə daxil olub və oranı bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyi idarəsinin gəmilərində çalışıb. Ali təhsilini Odessada alıb. == Yaradıcılığı == Zəngin yaradıcılığa malik Hüseyn Sözlünün 11 şeirlər kitabı var.
Köklük
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Sözlər
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. == Maraqlı faktlar == Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var. Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz.
Bölük
Bölük — quru qüvvələrində inzibati baxımdan ən kiçik hərbi-taktiki vahiddir. Artilleriya qüvvələrində Batareya, sərhəd qüvvələrində Zastava, hava qüvvələrində Eskadrilya, dəniz qüvvələrində isə Eskadron adlanır. Bölüklər, bir bölük qərargahı və ən az iki (ümumiyyətlə üç, dörd) taqımdan ibarətdir. Şərtlərə və ehtiyaclara görə dəyişməklə birlikdə ən az 100 əsgərdən ibarət olan bir hərbi birlikdir. Komandiri Baş leytenant, ya da kapitandır. İkinci dünya müharibəsi ərəfəsində bölüklərin heyətləri genişlənmişdir, üç tüfəngli müharibə batalyonunun yanında yaxın dəstək atəşi təmin edən qrup silahlarını: minaatan, pulemyot, top istifadə edən bir sıra olaraq təşkil edilməyə başlanmışdır. Bu cür bölüklər 6 zabit, 187 əsgərdən meydana gəlir. İndiki vaxtda bölüklər müəyyən funksiyaları yerinə yetirmək üzrə müharibə, istehkam, kəşf kimi, və ya müəyyən bir sinif silahın: tank, minaatan, zenit, topçu təməlində olaraq təşkil edilir.
Gözlü
Gözlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kənd XIX əsrin 30-40-cı illərində Eçmiədzin qəzasının tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1829-1832-cı illərdə Türkiyənin Muş, Alaşkert, Qars vilayətlərindən, Iranın Qəzvin və Xoy vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilmiş, azərbaycanlılar kənddən deportasiya olunmuşdur. Toponim gözlü tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Sözcü
Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı. == Tarixi == 2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur.
Modal sözlər
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. == Məna növləri == === Təsdiq (yəqinlik) bildirən modal sözlər === Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. === " Ehtimal, Güman və şübhə bildirən modal sözlər " === Gərək ki, , görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Predikativ sözlər
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, vacib, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur. Bunlar mənim üçün vacib idi.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Tərcümə sözlüyü
Tərcümə lüğəti — iki və daha artıq dillərin (onların bu və ya digər hissəsinin, yaxud hamısını) lüğət tərkibinin planlı şəkildə müqayisəsini əks etdirən lüğət. == Növləri == Ümumi leksika tərcümə lüğətləri — müəyyən qaydada düzülmüş müvafiq (adətən əlifba üzrə) tərcümə və (yaxud) digər dildə (müəyyən kontekstdə mümkün ekvivalentlərinin) sözlərin şərh edən lüğətlər. Elmi-texniki tərcümə lüğətləri iki cür olur: politexnik (ümumtexnik), ixtisas lüğətləri. Politexnik lüğətlərə elm və texnikanın bütün əsas qollarından terminlər, ixtisas lüğətlərində isə bir sahənin terminləri daxildir. Hər iki növ iki və çoxdilli ola bilər.
Xəzər sözlüyü
Xəzər sözlüyü — serb yazıçısı Milorad Paviçin ilk romanı, bestseller. 1984-cü ildə çap olunub, serb dilindədir, dünyanın bir çox dilinə çevrilib. == Məzmun == Roman üç hissədən ibarətdir: Qırmızı kitab — xəzərlər haqqda xristian qaynaqları, Yaşıl kitab — xəzərlər haqqda islam qaynaqları, Sarı kitab — xəzərlər haqqda yəhudi qaynaqları. Romanın kişi və qadın versiyası var: bir birindən yalnız bir abzasla fərqlənirlər. Paviç əsərində xəzərlərin tarixini bədii şəkildə əks etdirən Yəhuda Halevinin "Kuzari" kitabının da adını çəkir.
Yönlük hal
Yönlük hal və ya ismin yönlük halı. İsmin yönlük halı kimə?, nəyə? və ya haraya? suallarından birinə cavab verir. Yönlük hal fellərdən obyektə verilən sualların yuxarıda verilmiş suallardan birinə uyğun olması və ya; Yönlüyün yönlük hal tələb etməsi nəticəsində işlənilir. Yönlük hal da əsasən digər hallar kimi artikl, yiyəlik əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi və ya digər izləyici sözlərlərin müvafiq olaraq yönlük halda yazılması ilə ifadə edir. Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a, ə, saitlə bitənlərdə isə –ya, yə («y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs.
Çoxmənalı sözlər
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət). Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət) Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər, əsasən, bədii üslubda işlədilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. == Haqqında == Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Sözlər (dəqiqləşdirmə)
Sözlər (Sartr)
Mölük (Kəleybər)
Mölük (fars. ملوك‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (29 ailə).
Sözün tərkibi
Sözün tərkibi kök və şəkilçidən ibarətdir. == Sözün tərkib hissələri == Sözün ayrılıqda işlənə bilən deyil, əsas mənanı ifadə edən hissəsinə kök deyilir. Sözün ayrılıqda işlənə bilməyən, yalnız kökə qoşulmaqla müəyyən leksik və ya qrammatik məna yaradan hissəsi şəkilçi adlanır. Kökün həm leksik həm də qrammatik mənası vardır. Şəkilçinin isə leksik mənası yoxdur, yalnız qrammatik mənası var. Azərbaycan dilində, bir qayda olaraq, kök əvvəl, şəkilçi sonra gəlir. Şəkilçilərdən hər birinin özünə görə müəyyən vəzifəsi olur. Azərbaycan dilində şəkilçilər leksik və qrammatik olmaqla iki yerə ayrılır. Leksik şəkilçilər sözün leksik mənasını dəyişdirir. Qrammatik şəkilçilər sözün formasını dəyişdirir.
Xo-Örlük
Xo-Ürlük, Xo-Örlük (kalm. Хо Өрлөг; 1580 – 4 yanvar 1644) — Kalmıkların birinci baş tayşısı, Kereitlərin qolu olan Turqut soyundan, Van xanın törəməsi, Zülzüqan-Örlükün oğlu və Buyqo-Örlükün nəvəsi. Kalmık dövlətinin yaradıcısı. == Həyatı == XVI əsrin ikinci yarısında kalmıklar, əsasən Oyrot deyilən tayfa ittifaqı (turqutlar, xoşutlar, dörbətlər) qazax torpaqlarına da yerləşmişlər, ancaq daha sonraları o torpaqlardan ya çıxardılmışlar ya da qazaxların basqısı altında yaşamaq məcburiyyətində qalmışdılar. XVI əsrin sonunda öz sınırlarını aşıb qazax torpaqlarına yerləşen kalmıklar, qazaxlara yenilmişlər və basqı altında qalmışdılar. 1604-cü ildə Xo-Örlük İrtış çayının yuxarı axarında köç-düşlə məşğul olurdu. 1606-cı ildə Barabin çölündə turqutların və rusların toqquşması baş verdi. Tar dairəsi tamam boşaldı. 1608-ci ildə Xo-Örlükün elçiləri Tara şəhərinə gəlib rus hakimiyyəti ilə danışıq apardılar. Xo-Örlük 1613-cü ildə öz turqutlarını Yayıkın yuxarı axarına gətirdi..
Suzluq
Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Murovdağ silsiləsinin cənubunda yerləşir. Hündürlüyü 2857 m. Ehtimal olunur ki, Suzluq türk dillərindəki suz/süz sözü ilə əlaqədar olub, "təmiz, aydın yer" deməkdir. Görünür, dağın üstündə bitki örtüyu bəsit olduğundan ona belə ad verilmişdir.
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). == Tarixi == Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.
Bozlu
Bozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Bozlu (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd Bozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd.
Kozlu
Kozlu (türk. Kozlu) — Zonquldak ilinin ilçəsi. Türkiyə Böyük Millət Məclisi tərəfindən 12 noyabr 2012 tarixində qəbul edilən 6360 nömrəli qanunun nəticəsində bir ilçəyə çevrildi. Kömür yataqları olan rayonun ümumi əhalisi 44.376 nəfərdir. Dəniz səviyyəsində qurulan rayonun bütün məskunlaşmaları dağlıq ərazilərdə yerləşir. Bülent Ecevit Universitetinin hazırlıq sinifləri bu bölgədə İncirharmanı şəhərciyindədir. Bir zamanlar 60.000 nəfərlik əhaliyə sahib mədənçi diyarı olan Kozlu, Türkiyə Daş kömür Təşkilatının kiçilməsindən sonra immiqrasiya mərkəzi olmuşdur. Kozlu ilçəsi, Zonquldak şəhər mərkəzindən 5 km məsafədə yerləşir. == Məhəllələri == Mərkəzi məhəllə Fateh məhəlləsi Cənubi məhəllə Taşbaca məhəlləsi İhsaniyyə məhəlləsi 19 May məhəlləsi Qılıç məhəlləsi Əsənköy məhəlləsi Yahma məhəlləsi == Turizm == Kozlu ilçəsində turizm sürətlə inkişaf edir. Kozlu çimərliyi, Dəyirmənağzı və Ilıqsu ilçənin əsas görməli yerləridir.
Qozlu
Azərbaycanda Qozlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Qozlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Qozlu — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq.
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. == Toponimi == Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Soluq
Soluq (Həştrud)
Suluk
Toponimlər
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Soylu
Soylu (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Soylu Atalı — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Süleyman Soylu — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016–2023).