Tural Bakuvi
Tural Bakuvi (12 yanvar 1984, Bakı) — Azərbaycanlı bəstəkar və söz yazarı. Bir çox sevilən mahnı və instrumental kompozisiyaların müəllifi.
Tural Bakuvi 1984-cü ilin 12 yanvar tarixində Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə 1 saylı musiqi məktəbini, 2004-cü ildə isə ali təhsilini başa vurmuşdur. 2012-ci ildə YAP-ın Xəzər Rayon Təşkilatı tərəfindən ilin bəstəkarı adına layiq görülmüşdür.
Hələ uşaq yaşlarından musiqi və şerlə məşğul olan Tural Bakuvi 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra bu işə daha peşəkar şəkildə yanaşmış və bu günə qədər bir çox sevilən mahnı və instrumental musiqilər müəllifi olmuşdur.
Azərbaycan musiqisi tarixində ilk dəfə xarici ölkə başçısının seçki kampaniyasının musiqisini bəstələmişdir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdaoğanın 2018-ci ildə aparılan seçki kampaniyasi videosunun (Biz Birlikte Güçlüyüz) musiqisi Tural Bakuviyə aiddir. Bir çox xalq artistləri və əməkdar incəsənət xadimləri, o cümlədən Flora Kərimova, Alim Qasımov, Gülyaz Məmmədova, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Rafiq Seyidzadə kimi sənətçilərlə işləyən Bakuvi, eyni zamanda Almaz Ələsgərova, Nadir Qafarzadə, Sədaqət Ulduz, Zaur Əmiraslanov, Günay İbrahimli, Rəmal Rəsul, Qismət Qrupu, Yaşar Yusub, Elvin Mirzəzadə, Rövşən Civişov, Xəyyam Zeynalov, Şəhriyar İmanov, Anar Yusub və sair bu kimi onlarla ifaçı və musiqiçlərlə də iş birliyi etməkdədir.
Müxtəlif verilişlərin ("Dəyişirəm"/ATV/, "Əslində mən"/ANS/ və s), teleserialların, bədii və sənədli filmlərin ("Canavar qoxusu" bədii filmi, "Sonun Başlanğıcı", "Bağlı qapı", "Səadət" və s.