Seyid Yəhya Bakuvi türbəsi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində yerləşən, keçmişdə Keyqubad məscidinə bitişik olmuş türbə binası. Türbədə Şirvanşah I Xəlilullahın dövründə saray alimi[2] olmuş Seyid Yəhya Bakuvi dəfn edilmişdir. Bakuvi sufi olduğuna görə türbə elmi ədəbiyyatda tez-tez "Dərviş məqbərəsi" də adlandırılır.[2]
Seyid Yəhya Bakuvinin türbəsi | |
---|---|
40°21′57″ şm. e. 49°50′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Qala döngəsi 76 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XV əsrin II yarısı |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi[1] |
Vəziyyəti | muzey |
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 3.4 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu binada türbənin gümbəz və divarlarını örtən və hələlik saray kompleksinin tikililəri içərisində daxili boyaların salamat qalmış yeganə nümunəsi olan sqrafitto tipli rəngli mala diqqət cəlb edir.
Mütəxəssislərin bir çoxu bu türbəni Seyid Yəhya Bakuviyə aid etsələr də, bəzi tədqiqatçılar sarayın orta və aşağı həyətindəki bütün abidələrin Xanəgah kompleksi olmasını qeyd edirlər.[3]
Tarixçilərin məlumatına[4] görə, Seyid Yəhya Bakuvi I Xəlilullahın dövründə saray alimlərindən biri olub. O, Şamaxı şəhərində doğulmuşdur. Gəncliyində Şeyx Sədrəddin təriqətinin davamçısı olmuşdur. Şeyx Sədrəddinin ölümündən sonra Bakıya gələrək ömrünün sonuna kimi burada yaşamışdır. Bəzi müəlliflərin yazdığına görə, o, hicri təqvimlə 862-ci ildə vəfat etmişdir.[4] Dövrümüzə Bakuvinin 30 əsəri çatmışdır ki, onlar da əsasən təsəvvüfi xüsusiyyət daşıyır. Alimin əsərlərinin əksər əlyazmaları Türkiyənin Manisa şəhərindəki Muradiyyə kitabxanasında saxlanılır.[4]
A.Bakıxanovun verdiyi məlumata görə, o, bu şəhərin ruhaniməktəbinin baş müəllimi olmuş, onun adı sirli elmlərlə tanınmışdır. Bakuvi sufizmlə məşğul olurdu ki, bu elmin davamçılar da dərviş adlandırılırdılar. Türbənin xalq arasında Dərviş məqbərəsi adı ilə tanınmasının səbəbi də budur.[4]
Türbə üzərində onun kimə aid olduğunu və ya memarın kimliyini göstərən kitabə yoxdur.[5] M. Nemət qeyd edir ki, "Şirvanşahlar saray kompleksində bu günə kimi xalq arasında Dərviş türbəsi adlanan yerdə dəfn olunmuş dərvişin Şirvanşah I İbrahim zamanında (1382–1417) hicri tarixi ilə 805-ci ildə (1402–1403) Mərəzə yaxınlığındakı Diri baba türbəsinin kitabəsini yazmış şəxs olmasını inkar etmək olmaz."[6]
Dərviş türbəsi piramidaya oxşar gümbəzlə örtülmüş balaca bir binadır. Bu gümbəz Bakı yaxınlığında, Şamaxı rayonunda və Azərbaycanın başqa rayonlarında olan türbələrin gümbəzinə oxşasa da, Abşeron abidələri içərisində yeganə sayılır; çünki Abşeronun başqa türbələrinin gümbəzi adi formadadır.[2]
Türbənin divarları və tağı yaxşı yonulmuş daşdan tikilmişdir; pəncərənin taxta çərçivəni əvəz edən şəbəkələri də daşdan yonulmuşdur. Bu binada türbənin gümbəz və divarlarını örtən və hələlik saray kompleksinin tikililəri içərisində daxili boyaların salamat qalmış yeganə nümunəsi olan sqrafitto tipli rəngli mala diqqət cəlb edir.[2]
Türbə orta həyətdə mərkəzi yer tutur.[7] Türbə, həcmdə piramida şəkilli alaçıq kimi tamamlanmış, planda səkkizüzlü formaya malikdir. Türbənin daxili məkanı yeraltı sərdabaya və uzadılmış formada yuxarı kameraya bölünür. Yuxarı kameranın səkkizüzlü fiquru, kürəşəkilli günbəzlə tamamlanmış kiçik künc tromplarla (üçbucaqlı oyuqşəkilli tağtavan) barabana çevrilir.[8]
Üzərilərindən o qədər də mürəkkəb olmayan haşiyə keçən yuxarı kamera, şaquli dərəcələrlə xüsusi olaraq nəzərə çarpdırılmışdır. Günbəzin bütöv dairəsi kainatın sonsuzluğunun özünəməxsus obrazını yaradan bəzəkli naxışlarla örtülmüşdür, dünyanın cəhətlərinə yönəlmiş və şəbəkə üslublu daş məhəccərlərlə örtülmüş kiçik pəncərə yerləri pəncərənin yuxarı kamerasını işıqlandırır. Çatma şəkilli iri giriş qapısı yerli iri daş bloklardan düzəldilmişdir. Məqbərənin divarlarına rəngin və hündürlüyün şaquli əvəzlənməsi yolu ilə təmiz yonulmuş daşla üz çəkilmişdir.[9]
İçərisindən üzü daşla çəkilmiş piramida şəkilli alaçığa keçən haşiyə hissəsi mürəkkəb olmayan profilin dartıcıları ilə xüsusi olaraq nəzərə çatdırılmışdır. Məqbərənin mürəkkəb olmayan, lakin mənalı kompozisiyası, həcmli kütlələrin yeni stilistika üsullarını əks etdirir, məqbərə ayrılmaz surətdə Keyqubad məscidinin strukturuna daxil olur və onunla vahid bütövlük təşkil edir.[9]
Orijinal mətn (rus.)В отличие от нахичеванской ширвано-апшеронская архитектура использовала камень, а не кирпич. Особое развитие она получила в XV в., когда государство Ширван распространилось на весь северный Азербайджан. Для этого стиля характерны каменная резьба и асимметрия. Выдающимся произведением этого стиля является дворец Ширваншахов.