Banal milliyətçilik
Banal millətçilik — insanlar arasında milli aidiyyat hissini paylaşan millətin günlük təsvirləri.
== Mahiyyəti ==
Termin, Maykl Billigin 1995-ci ildəki yayımlanan eyni adlı kitabından törədilmişdir və məqsəd tənqid olaraq qəbul edilməsi idi. Konsepsiya, xüsusilə siyasi coğrafiya nizamı daxilində, 1990-ci illərdə yayımlanmasında bu tərəfə elmi fikirlərin davam etməsi ilə son dərəcə təsir edici olmuşdur. Günümüzdə bu termin əvvəla kimlik formalaşması və geopolitik-akademik mübahsələrdə istifadə olunmaqdadır.
== Nümunələri ==
Banal millətçilik nümunələri günlük həyatımızda bayraqlar, idman qarşılaşmaları, milli mahnılar, pul simvolları, populyar ifadələr və zərb-məsəllər, vətənpərvər klublar, milli mətbuatda söz vurulan birliklərin qurulması, yəni hava xəbərləri, qrup və bölünmələr kimi hadisələrin "yerli" və "xarici" xəbərlər adı ilə verilməsi kimi hadisələrdə özünü göstərir. Bu simvolların çoxu davamlı təkrarlanan olduqları və demək olar ki, şüraltında yerləri olmadıqları üçün daha təsirlidirlər. Banal millətçilik daha çox məktəblər kimi dövlət qurumları vasitəsilə yaradılmaqda və yayılmaqdadır.