Banknot

dövlət və ya özəl emissiya banklarının bank biletidir (faizsiz öhdəlik); veksel və malların girov altında ssuda əməliyyatları qaydasında buraxılan və ssuda müddəti qurtardıqda banka qaytarılan əsas kredit növüdür.
Bankların Trast Əməliyyatları
Banko
OBASTAN VİKİ
Banknot
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.

Digər lüğətlərdə