Bart

der; -(e)s, -¨e 1. (Kinnbart) saqqal; (Schnurrbart) bığ; 2. (Schlüsselbart) açar dili, açar dişi; fig. j-m um den ~ gehen yaltaqlanmaq; sich e-n ~ wachsen lassen saqqal qoymaq; fig. der ~ ist ab! sonuna çatdı!; kifayətdir!
Barschheit
bartlos
OBASTAN VİKİ
Henrix Bart
Henrix Bart (alm. Heinrich Barth‎; d. 16 fevral 1821, Hamburq, Almaniya – ö. 25 noyabr 1865, Berlin, Almaniya) — alman coğrafiyaşünas-səyyahı, etnoloq. 1863-cü ildən Berlin Universitetinin professoru, Berlin Coğrafiya Cəmiyyətinin prezidenti olmuşdur. == Həyatı == 16 fevral 1821-ci ildə Hamburqda anadan olmuşdur. 1844-cü ildə Berlin Universitetindən məzun olaraq, İtaliya və Siciliyanı ziyarət etmiş və Aralıq dənizi ölkələri ilə səyahət etmək üçün bir plan hazırlamışdı. 25 noyabr 1865-ci ildə Berlində vəfat etmişdir. == Səyahətləri == 1850–1855-ci illərdə C. Riçardsonun Afrikaya ekspedisiyasında iştirak etmiş, iki dəfə Böyük Səhranı keçmiş, bir sıra vahəni, Air və Damerqu platolarını, Çad gölü hövzəsini, Niger çayını və onun sol qolu olan Benueni tədqiq etmişdir. 1858–1864-cü illərdə Balkan yarımadasını və Kiçik Asiyanı öyrənmişdir.
Bart Rouvenhorst
Bart Rouvenhorst (nid. Bart Rouwenhorst; d. 30 dekabr 1970, Apeldorn, Niderland) — Hər il Hollandiyanın Breda şəhərində keçirilən Kürənsaçlılar festivalının rəssamı, məsləhətçisi və təşkilatçısı. == Kürənsaçlılar festivalı == Bart Rouvenhorst Kürənsaçlılar festivalının yaradıcısıdır. Belə ki, o, 2005-ci ildə 15 kürənsaçlının şəklini çəkmək istəyib. Bunun üçün o, kürənsaçlı model axtarışına çıxıb. Onun müraciətinə 150 nəfər müsbət cavab verib. Tədricən bu ənənə festival halını alaraq, 5 minədək kürən insanı bir araya gətirib.
Bart Simpson
Bartolomyu Jo-Jo «Bart» Simpson (ing. Bartholomew Jo-Jo «Bart» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri və Simpsonlar ailəsinin üzvü. Aktrisa Kartrayt Nensi tərəfindən səsləndirilən Bart xarakteri televiziyada ilk dəfə 1987-ci il 19 aprel tarixində "The Tracey Ullman Show"da (1987-1990-cı illər arasında həftəlik ekranlara çıxan Amerika televiziya şousu) yayımlanan "Simpsonlar qısası"nın birinci bölümü olan "Good Night"da göründü. Bart animasiyası cizgi film rəssamı Mett Qreyninq tərəfindən Bruks Ceymsin ofisinin gözləmə salonunda gözləyərkən hazırlandı və yaradıldı. Qreyninq "Life in Hell"ə (Qreyninq tərəfindən çəkilən həftəlik karikatura seriyası) əsaslanan animasiya hazırlaması üçün çağırılsa da, bunun əvəzinə yeni bir qrup obraz yaratmağa qərar verdi. Digər obrazlara Qreyninqin ailə üzvlərinin adları verilsə də, Bartın adı brat (yaramaz uşaq) sözünə uyğunlaşdırılmışdır. "The Tracey Ullman Show"da üç il yayımlandıqdan sonra Simpson ailəsi 1989-cu ilin 17 dekabr tarixində Fox telekanalında ayrıca serial kimi yayımlanmağa başladı. == Təkrarlanan frazalar == Ay caramba! Eat my shorts! (Mənim şortumu ye!) Don`t have a cow man!
Cessika Bart
Cessika Bart (ing. Jessica Barth; 13 iyul 1980, Filadelfiya, Pensilvaniya) — ABŞ aktrisası.
Arnoşt Bart
Arnoşt Bart (y.sorb Arnošt Bart, Brězynčanski; 29 avqust 1870, Litten[d] – 15 fevral 1956, Brizinq[d]) — Sorbialı siyasətçi və ictimai xadim. Sorbia mədəni-ictimai "Domovina" cəmiyyətinin yaradıcılarından biri və onun ilk sədri (1912-1927). == Bioqrafiya == 29 avqust 1870-ci ildə Kubşuts kommunasının Letonun kəndində serb kəndli ailəsində anadan olub. 1885-1888-ci illərdə Bautzendəki peşə məktəbində təhsil alıb. Təhsildən sonra o, tək Avropanı yox həm də Fransa, Rusiya və Avstriya-Macarıstanı səyahət edir. 1890-cı ildə vətənə qayıdır və həmin il Sorb təhsil təşkilatı "Matitsa Serbian"a qoşulur. Sorb kəndliləri arasında mədəni və ictimai tədbirlərdə iştirak etmişdir. Eyni zamanda o, sakson mühafizəkarlarının fikirlərini dəstəkləyərək siyasi fəaliyyətlərdə iştirak edirdi. 1912-ci ildə "Domovina" sorb ictimai təşkilatının yaradıcılarından biri idi. 1918-ci ildə Saksoniyada baş verən Noyabr inqilabı zamanı o, Milli Sorb Komitəsinin qurucusu olur.
Rolan Bart
Rolan Jerar Bart (fr. Roland Gérard Barthes, fransız: [ʁɔlɑ̃ baʁt]; 12 noyabr 1915[…], Şerburq[d] – 26 mart 1980[…], XIII arondisman (Paris) və ya Paris) — Fransa ədəbiyyat nəzəriyyəçisi, esseisti, filosofy, tənqidçisi və semiotiki. Onun işi əsasən Qərbin populyar mədəniyyətindən qaynaqlanan müxtəlif işarə sistemlərinin təhlili ilə məşğul olmuşdur. Onun ideyaları müxtəlif sahələri araşdırmış, strukturalizm, antropologiya, ədəbiyyat nəzəriyyəsi və poststrukturalizm də daxil olmaqla bir çox nəzəriyyə məktəblərinin inkişafına təsir göstərmişdir. Bart 1957-ci ildə populyar mədəniyyət haqqında düşüncələri özündə əks etdirən "Mifologiyalar" esse toplusu və 1967-ci ildə ədəbi tənqiddə ənənəvi yanaşmaları tənqid edən "Müəllifin ölümü" essesi ilə məşhurdur. O, akademik karyerası ərzində ilk növbədə Sosial Elmlər Ali Məktəbi və Sosial Elmlər Ali Məktəbi ilə əlaqələndirilmişdir. Réda Bensmaïa, The Barthes Effect: The Essay as Reflective Text, trans. Pat Fedkiew, Minneapolis: University of Minnesota Press, 1987. Luca Cian, "A comparative analysis of print advertising applying the two main plastic semiotics schools: Barthes' and Greimas'", Semiotica 190: 57–79, 2012. Paul de Man, "Roland Barthes and the Limits of Structuralism", in Romanticism and Contemporary Criticism, ed.
Roland Bart
Rolan Jerar Bart (fr. Roland Gérard Barthes, fransız: [ʁɔlɑ̃ baʁt]; 12 noyabr 1915[…], Şerburq[d] – 26 mart 1980[…], XIII arondisman (Paris) və ya Paris) — Fransa ədəbiyyat nəzəriyyəçisi, esseisti, filosofy, tənqidçisi və semiotiki. Onun işi əsasən Qərbin populyar mədəniyyətindən qaynaqlanan müxtəlif işarə sistemlərinin təhlili ilə məşğul olmuşdur. Onun ideyaları müxtəlif sahələri araşdırmış, strukturalizm, antropologiya, ədəbiyyat nəzəriyyəsi və poststrukturalizm də daxil olmaqla bir çox nəzəriyyə məktəblərinin inkişafına təsir göstərmişdir. Bart 1957-ci ildə populyar mədəniyyət haqqında düşüncələri özündə əks etdirən "Mifologiyalar" esse toplusu və 1967-ci ildə ədəbi tənqiddə ənənəvi yanaşmaları tənqid edən "Müəllifin ölümü" essesi ilə məşhurdur. O, akademik karyerası ərzində ilk növbədə Sosial Elmlər Ali Məktəbi və Sosial Elmlər Ali Məktəbi ilə əlaqələndirilmişdir. Réda Bensmaïa, The Barthes Effect: The Essay as Reflective Text, trans. Pat Fedkiew, Minneapolis: University of Minnesota Press, 1987. Luca Cian, "A comparative analysis of print advertising applying the two main plastic semiotics schools: Barthes' and Greimas'", Semiotica 190: 57–79, 2012. Paul de Man, "Roland Barthes and the Limits of Structuralism", in Romanticism and Contemporary Criticism, ed.
Karl Bart
Kart Bart (alm. Karl Barth‎; 10 may 1886[…], Bazel – 10 dekabr 1968[…], Bazel) — isveç kalvinist teoloqu.
Yakub Bart-Çişinski
Yakub Bart-Çişinski (y.sorb Jakub Bart-Ćišinski; 20 avqust 1856, Kukau[d] – 16 oktyabr 1909, Panşitz[d]) — Sorb şairi, dramaturq, romançı və katolik keşişi idi. Xalq poeziyasının obrazlarını özündə cəmləşdirən “Bəy” poemasında (1876, 1926-cı ildə çap olunub), şeirlərində (“Sonetlər kitabı”, 1884, “Formalar”, 1888-ci il məcmuələri) Lusat ədəbiyyatında realist cərəyanı təsdiqləyir. Bundan əlavə, bir çox sonetlərin, balladaların, lirik şeirlərin müəllifidir. Milli-vətənpərvərlik problematikasını onun “Vətənpərvər və Reneqat” (1878-1879) romanında qaldırmışdır. Onun sənəti vətəninin gözəlliyini tərənnüm edir, vətənpərvərlik hissləri ilə doludur. Yakub Bart-Çişinski Lusatian dram və teatrının əsasını qoydu (“Qalada faciə”, 1880). Ədəbi təxəllüsü - Çişinski. O, çex, italyan, polyak və alman ədəbiyyatının əsərlərini yuxarı lusatian dilinə tərcümə etmişdir. Moje serbske wuznaće Narodowc a wotrodźenc (1879) Na hrodźišću (1880) Slubowanje ze zadźěwkami (1881) Słowjanam (1884) Kniha sonetow (1884) Formy (1888) Гугнин А. А. Введение в историю серболужицкой словесности и литературы от истоков до наших дней, Российская академия наук, Институт славяноведения и балканистики, научный центр славяно-германских отношений. — М., 1997.
Bart Gets an F
Bart Gets an F – Simpsonlar cizgi serialının ikinci mövsümünün ilk seriyasıdır. İlk dəfə 11 oktyabr 1990-cı ildə ABŞ-nin FOX televiziyasında yayımlanmışdır.
Feliks Mendelson Bartoldi
Yakob Lüdviq Feliks Mendelson Bartoldi (alm. Jakob Ludwig Felix Mendelssohn Bartholdy‎; 3 fevral 1809, Hamburq - 4 noyabr 1847, Leypsiq) — alman bəstəkarı. Dünyaca məşhur toy marşının müəllifi, pianoçu, dirijor. == Həyatı == 1809-cu ildə fevral ayının 3-də Hamburq şəhərində dünyaya göz açmışdır. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərmiş, özünü həmin məktəbin davamçısı olaraq görmüşdür. Sənətə lap kiçik yaşlarından maraq göstərməsi, onu tezliklə yaradıcılığa sövq etmiş, ilk təcrübələrini yeniyetməlik dövründə sınamışdır. Əsas etibarı ilə, orkestr üçün musiqilər bəstələyirdi. Ən məşhur əsərləri Hark Herald Mələkləri oxuyur və Toy Marşıdır.
Françesko Bartolomeo Rastrelli
Françesko Bartolomeo Rastrelli (it. Francesco Bartolomeo Rastrelli; rus. Растрелли, Бартоломео Франческо; 1700[…], Paris – 29 aprel (10 may) 1771, Sankt-Peterburq) — Rusiya vətəndaşlığını qəbul etmiş italyan memarı. Françesko Sankt-Peterburq şəhərinə gələndən sonra burada erkən Barokko stilində məşhur incəsənət nümunələri yaratmışdır. Sankt-Peterburq şəhərində yerləşən Qış sarayı və Çarskoe selo (rus. Ца́рское Село) kompleksində yerləşən Böyük Yekaterina sarayı memarın ən məşhur işlərindən hesab olunur. == Həyatı == Françesko Bartolomeo Rastrelli 1700-cü ildə Fransanın paytaxtı Paris şəhərində memar ailəsində anadan olmuşdur. 1715-ci ildə atası və digər bir İtaliyalı memar olan Karlo Bartolomeo Rastrelli ilə birlikdə Rusiyaya gəlir. Gənc yaşlarında memarlığa böyük həvəs göstərən Françeskonun ən böyük arzusu İtaliya memarlıq incəsənəti ilə Moskva Barokko üslubunu birləşdirmək və bu iki memarlıq məktəbinin vəhdətindən yeni bir üslub formalaşdırmaq olur. Memarlıq fəaliyyətinin ilk illərində Sankt-Peterburq və ətraf ərazilərdə müxtəlif təyinatları binaların tikintisnə rəhbərlik etməyə başlayır, lakin Françeskoya özünü memar kimi təsdiq etməsi üçün ilk şansı 1721-ci ildə Boqdanın keçmiş qubernatoru Dmitri Kantemir üçün saray tikintisi üçün sifariş almaqla əldə edir.
Frederik Ogüst Bartoldi
Frederik Ogüst Bartoldi (fr. Frédéric Auguste Bartholdi; d. 2 avqust 1834, Kolmar – ö. 4 oktyabr 1904, Paris) — görkəmli fransız heykəltaraşı. Nyu-York limanında yerləşən "Azadlıq heykəli" və Belfor şəhərindəki "Belfort şiri" abidələrinin müəllifidir (Fransa–Prussiya müharibəsi zamanı Belfort şəhərini qəhrəmancasına müdafiə etmiş sakinlərin xatirəsinə ucaldılmışdır). == Bioqrafiya == Bartoldi 1834-cü ilin 2 avqustunda, Fransanın Elzas bölgəsinin Kolmar şəhərində anadan olmuşdur. Atasının ölümündən sonra ailəsi Paris şəhərinə köçmüş, lakin maliyyə vəziyyətinin yaxşı olması Kolmar şəhərindəki evdə də qalmağa imkan verirdi. Həmin ev 1922-ci ildən muzey kimi fəaliyyət göstərir. Parisdə o, Milli incəsənət məktəbində memarlıq ilə bərabər, rəssamlıq dərsləri almışdır. Misirə uzun səyahət etdikdən sonra, Kolmar şəhərində memarlıq karyerasına başladı.
Fritz Bartoloma
Fritz Bartoloma (alm. Fritz Bartholomae‎; d. 29 oktyabr 1886, Krefeld - ö. 12 sentyabr 1915) — 1912 Yay Olimpiya Oyunlarında Almaniya İmperiyasını təmsil etmiş alman avarçəkən. Avarçəkən kimi kişilərin səkkizlik avarçəkmə idmanı üzrə Almaniya İmperiyasına bürünc medal qazandırmışdır. Birinci dünya müharibəsində iştirak edərkən ölmüşdür.
Harri Hovard Barton Allan
Harri Hovard Barton Allan (ing. Harry Howard Barton Allan; 27 aprel 1882 – 29 oktyabr 1957, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Harri Hovard Barton Allan toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Flora of New Zealand, Volume 1 (1961). New Zealand Trees and Shrubs and How to Identify Them (1928). An Introduction to the Grasses of New Zealand (1936). A Handbook of the Naturalized Flora of New Zealand (1940).
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
I Bartholomeos
I Varfolomey (yun. Πατριάρχης Βαρθολομαίος, türk. Patrik Bartholomeos; d. 29 fevral 1940) — Konstantinopol Pravoslav Kilsəsinin hazırkı yepiskopu. == Həyatı == I Varfolomey 12 mart 1940-cı ildə Türkiyənin Gökçeada adasında dünyaya gəlmişdir.1961-1963-cü illərdə Türkiyə ordusunda hərbi xidmətdə olmuşdur. 2 noyabr 1991-ci ildə Konstantinopol Pravoslav Kilsəsinin patriarxı seçilmişdir. Türk, latın, antik yunan, yunan, fransız, ingilis, italyan və alman dillərini bilir.
Kerol Barts
Kerol Barts (ing. Carol Ann Bartz; d. 28 avqust 1948, Uinone, Minnesota, ABŞ) — dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri; "Yahoo!"nun icraçı direktoru (2009–2011). == Həyatı == Kerol Barts 1948-ci ilin avqust ayının 28-də ABŞ-nin Minnesota ştatının Uinone şəhərində anadan olmuşdur. Onun 8 yaşı olarkən anası vəfat etmişdir. Bundan sonra Kerol və kiçik qardaşı Viskonsin ştatının Elma şəhərinə gələrək baba və nənəsinin himayəsi altında yaşayırlar. Kerol orta məktəbi və kolleci bitirdikdən sonra Viskonsin Universitetinə daxil olur və uşaqlıqdan çox sevdiyi riyaziyyat ixtisas istiqaməti üzrə təhsil alır. 1971-ci ildə universiteti bitirərək kompüter elmləri sahəsində bakalavr pilləsinə yiyələnir. == Fəaliyyəti == Hələ kollecdə oxuyarkən maddi imkansızlıq səbəbindən ofisiant işləmişdir. Kerol Barts müxtəlif dövrlərdə "3M" holdinqində, "Digital Equipment Corporation" və "Sun Microsystems" şirkətlərində fəaliyyət göstərmiş, "Cisco Systems" və "İntel" Direktorlar Şurasının üzvü olmuşdur.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Lorenzo Bartolini
Lorenzo Bartolini (it. Lorenzo Bartolini; 7 yanvar 1777[…] – 20 yanvar 1850[…], Florensiya) — neoklassisizmi sentimental dindarlıq yükü və təbii incəliklərdən ilhamlanan italyan heykəltaraşdır. Florensiyalı çağdaşlarından fərqli olaraq Antonio Kanovadan yox İtalyan İntibah dövrü heykəllərindən ilhamlanmışdır. == Həyatı == Lorenzo Bartolini Toskana regionunun Prato şəhəri yaxınlığındakı Vernioda anadan olub. Florensiya Akademiyasında təhsilini başa vurduqdan sonra öz bacarığını inkişaf etdirmək və alebastır modelləşdirmədə nüfuzunu artırmaq məqsədilə 1797-ci ildə Parisə getdi. Parisdə o, Frederik Demaraisdən rəssamlıq daha sonra isə Fransua Frederik Lemotdan heykəltaraşlıq dərsləri almışdır. == Yaradıcılığı == Cleobis və Biton divar qabartması 1803-cü ildə Bartoliniyə Akademiyanın ikincisi mükafatını qazandırdı. Heykəltaraş kimi şöhrətinin artması ona bir çox nüfuzlu havadarlar qazandırdı. Battle of Austerlitz adlı divar qabartması Vendom Ərazisində sütunlarda qurulmuş qabartmalar arasındadır. O həmçinin opera bəstəkarları Etyen Mehul və Kerubini Luidjun büstlərinin yanında Vivan Denon üçün kiçik hissələrlə iş görmüşdür.
Mari Barton
Mary Barton — ingilis yazıçı Elizabet Qaskellin ilk romanı. == Haqqında == 1848-ci ildə nəşr olunub. Hekayə 1830-cu və 1840-cı illər əsnasında İngiltərənin Mançester şəhərində qurulur. Yazıçı o zaman İngiltərədə, Mançesterdə sənaye və çartizmin mərkəzi olan Mançester şəhərində yaşamışdır. O, fəhlələrin ağır həyatının şahidi olmuş, 1940-cı illərdəki aclıq zamanı işsizlərə kömək etmək üçün çox çalışmışdır. Bu romanında o, 1940-cı illərdə Mançester işçilərinin vəziyyətini təsvir etmişdir. Qaskell fəhlələrə yazıq adamlar kimi deyil, hörmətə layiq insanlar kimi davranırdı. İşçilər çətin şəraitdə yaşasalar da, həmişə cəsarətlərini, nikbinliklərini və insan ləyaqətlərini itirmirlər. Məqsədləri uğrunda mübarizə aparmağa, özlərini qurban verməyə həmişə hazırdılar. Onların birliyi ən çətin sınaqlarda möhkəmlənir.
Mark Bartra
Mark Bartra - Borussiya Dortmund FKnın və İspaniya milli futbol komandasının Müdafiəçisi
Mars Di Bartolomeo
Mars Di Bartolomeo (d.
Martina Barta
Martina Barta (çex. Martina Bárta; 1 sentyabr 1988, Praqa) — Çexiyalı caz müğənnisi. O, vokalist və eyni zamanda valtorn ifaçısıdır. Martina 4 To The Bar adlı Frankfurt-Mayndan olan caz qrupunda fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayında Çex telekanalı ČT Martina Bartanın Çexiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açıqlamışdır. Müğənninin müsabiqədə ifa edəcəyi mahnı olan "My Turn" mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra Martina 9 may tarxində baş tutan Avroviziyanın birinci yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə isə Martina 83 xalla 13-cü yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. == Həyatı == Martina Barta 1 sentyabr 1988-ci ildə Çexiyanın paytaxtı Praqa şəhərində anadan olmuşdur.
Mateuş Bartel
Mateuş Bartel (pol. Mateusz Bartel; doğ. 3 yanvar 1985) — Polşa şahmatçısı, qrosmeyster (2005). Bartel 2006, 2010, 2011 və 2012-ci illərdə Polşa Çempionatının qalibi adını qazanmışdır. == Şahmat karyerası == Bartel şahmat oynamağı 6 yaşı olan zaman kiçik qardaşı ilə birlikdə suçiçəyi xəstəliyi səbəbindən evdə qalarkən atasından öyrənib. Sonradan onların hər ikisi "Poloniya Varşava" şahmat klubuna üzv yazılıblar. O, 2003-cü ildə 18 yaşadək gənclər arasında Avropa Çempionu olub. 2005-ci ildə isə Zoltan Dimeşi ilə eyni xal toplamış və onunla birlikdə İrlandiyanın Kork şəhərində keçirilən açıq şahmat turnirinin qalibi olmuşdur. Bartel 2007-ci ildə Men adasında keçirilən beynəlxalq turnirdə Vitali Qolod, Zahar Yefimenko, Yuri Yakoviç, Mixail Royz və Mixail Kobaliya ilə 1-6-cı yerləri bölüşdürüb. 2009-cu ildə Prievidzada keçirilən turnirin qalibi olub.
Nectandra bartlettiana
Nectandra bartlettiana (lat. Nectandra bartlettiana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin nectandra cinsinə aid bitki növü.
Peter Bartşi
Peter Bartşi (d. 23 dekabr 1935) — İsveçrəli keçmiş üzgüçü. Peter Bartşi İsveçrəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Peter Bartşi birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.9 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Podocoma bartsiaefolia
Blakiella bartsiifolia (lat. Blakiella bartsiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin blakiella cinsinə aid bitki növü.
Sen-Bartelemi
Sen-Bartelmi (fr. Saint-Barthélemy, ing. Saint Bart's) - Karib hövzəsində Fransaya məxsus ada və kiçik adalar qrupu. Fransaya dəniz adaları icması statusunda daxildir. Paytaxtı Qustaviya. Əhalisi 8,450 nəfərdir (2007). Əsas iqtisadi fəaliyyəti turizmdir. Dəniz limanı və kiçik aeroportu vardır.
Sen-Bartelemi-de-Seşilyen
Sen-Bartelemi-de-Seşilyen (fr. Saint-Barthélemy-de-Séchilienne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Uazan-Romanş kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38364. Kommunanın 1999-cu il üçün əhalisi 530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Sen-Bartelemi (İzer)
Sen-Bartelemi (fr. Saint-Barthélemy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38363. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Sen-Bartelmi
Sen-Bartelmi (fr. Saint-Barthélemy, ing. Saint Bart's) - Karib hövzəsində Fransaya məxsus ada və kiçik adalar qrupu. Fransaya dəniz adaları icması statusunda daxildir. Paytaxtı Qustaviya. Əhalisi 8,450 nəfərdir (2007). Əsas iqtisadi fəaliyyəti turizmdir. Dəniz limanı və kiçik aeroportu vardır.
Sen-Marten-Sen-Bartelemi (rayon)
Sen-Marten-Sen-Bartelemi (fr. Saint-Martin-Saint-Barthélemy) — Fransanın Qvadelupa regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Qvadelupa. Suprefektura — Sen-Marten-Sen-Bartelemi. Rayon əhalisi 2006-cı ildə 35 930 nəfər təşkil edirdi. Rayon sahəsi — 74 km².
Senecio bartlettii
Senecio bartlettii (lat. Senecio bartlettii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.