BASAR

сущ. диал. долина реки. Gəncə basar долина реки Гянджи
BASALAQ
BASARAQ
OBASTAN VİKİ
Musa pələngi basar dərəsi nekropolu
Musa pələngi basar dərəsi nekropolu —Еl аrаsındа Musа аdlı bir gəncin igidliyi bаrədə mаrаqlı bir rəvаyət dоlаşır. Əhvаlаt Ахurаçаyın yuхаrı ахаrındа hər tərəfdən qаyаlıqlаrlа əhаtələnmiş dаrısqаl bir dərədə bаş vеrmişdir. Pələnglə əlbəyаха оlmuş Musа оnu bоğub öldürmüş və Ахurа kəndinə dоğru qаçmışdır. Yоldа bеlindəki şаlın bir ucu аçılаrаq tоz-dumаn qаldırmış və hələ həddi buluğа çаtmаmış gənc Musа vаhimələnərək həlаk оlmuşdur. Nеkrоpоl dərədən bir qədər kənаrdа оlаn təpəlikdə yеrləşir. Nеkrоpоl müsəlmаn qəbirlərindən ibаrətdir. Qəbirlər qərb-şərq istiqаmətindədir. Nеkrоpоl təхminən 13-17 əsrlərə аiddir.
Basarab sülaləsi
Basarab sülaləsi— Valaxiya knyazlığınin Qıpçaq kökənli ilk xanədanı. 1330-cü illərdə ortaya çıxan ilk Rumın dövləti olan Valaxiyanın qurulmasında və idarə olunmasında Qıpçaqlar təsirli rol oynamışdılar. == Tarixi == Basaraba sülaləsi bugünkü Rumıniyanın Valaxiya bölgəsində qurulmuş ilk knyazliqdir. Valaxiya dövlətinin təməlini təşkil edən knyazliqdır. Qurucusu və ilk sülalə Basarab adında Qıpçaqlar soyundan gələn biridir. Son hökmdar isə Aleksandru Coconuldur. 1310-cu illərdə qurulan bu knyazliq, etnik olaraq Qıpçaqlara dayanmaqdadır və bu üzdən Türki xanədanlıqlar içərisində göstərilməkdədir. == Valaxiya dövlətinin qurulması == Valaxiya (ya da Wallachia; Rumıncada: Ţara Românească or "Thə Romanian Land") Rumıniyanın tarixi və coğrafi bir bölgəsidir. Bölgə, Dunay çayının şimalı ilə Karpat dağının cənubu arasında yerləşir. Valaxiya ilk dəfə bir knyazliq olaraq 1330-cu ildə Basarab tərəfindən Macar kralı I Charlesa qarşı bir ayaqlanma, üsyan sonucu quruldu.
Basaral
Basaral — Balxaş gölünün cənub-qərbində yerləşən ada. Mınaral kəndindən 2,5 km aralıda qərarlaşır. İnzibati cəhətdən Jambıl vilayəti Moyumqum rayonu ərazisinə daxildir. Adanın uzunluğu 12 km, eni 8 km təşkil edir. Maksimal hünfürlüyü 393 metrdir. Sahilləri daşlı, sıldırımlıdır. Şimalı olduqca parçalıdır. Daş kömür dönəmində formalaşmışdır. Ərazisində bitən əsas bitkilər: Anabasis salsa, Xostək və s.
Basarkeçər
Basarkeçər, Vardenis — Ermənistan Respublikasında şəhər. Basarkeçər rayonunun mərkəzi. == Tarixi == Basarkeçər İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Göyçə gölünün yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. 1969-cu ildən şəhər tipli qəsəbə və eyni adlı rayonun mərkəzi olmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdıır. 1831-ci il əhalinin siyahıya alınmasında burada 178 nəfər yalnız azərbaycanlının yaşadığı göstərilir. 1831-ci ildən sonra Türkiyədən köçürülən 1296 nəfər (1873-cü il siyahıya alınmasına əsasın) erməni burada yerləşdirilmiş, azərbaycanlılar sıxışdırılmağa başlanmışdır. 1897-ci ildə burada 85 nəfər azərbaycanlı, 2108 erməni yaşamışdır.
Basarkeçər rayonu
Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir. == Tarixi == Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir. Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
Dərə (Basarkeçər)
Dərə — Ermənistan Respublikasının Geğarkunik vilayətinin Vardenis bələdiyyəsində kənd. Vaxtilə İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sonralar isə Basarkeçər rayonuna daxil olmuşdur. Dəniz səviyyəsindən təqribən 1980 m hündürlükdə yerləşir. == Etimologiyası == Kəndin ərazisi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd "Səmədağa dərəsi" adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent "Səmədağa" ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində "iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən "dərə" sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 3 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Daranak" adlandırılmışdır.
Günəşli (Basarkeçər)
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Kəsəmən (Basarkeçər)
Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Nərimanlı (Basarkeçər)
Nərimanlı — (tarixi adı: Hüseynquluağalı) Göyçə mahalının Basarkeçər rayonunda kənd. Hüseynquluağalı bu kəndin əvvəlki adıdır. Nərimanlı kəndinin sakinlərinin dediyinə görə kəndin adı yarandığı ilk gündən XIV əsrin axırı (1387–1388), XV əsrin əvvələrindən (1410–1415) 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilmişdir. Hüseynquluağalı — 1387–1388–1926-cı ilə qədər Nərimanlı — 1926–1988-ci ilin dekabrına qədər olmuşdur. Kəndin Çuxurlu, Çamırlı, və Ortakənd adlarının yaranma tarixləri dəqiq olmadığı üçün yazılmamışdır. Kəndin Hüseynquluağalı və Nərimanlı adlarının yaranma tarixi dəqiqdir. Hüseynquluağalı Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Quluağa (Böyük Məzrə), Vəliağa(Zod) Qaraiman (Oğruca), Hüseynquluağa (Nərinmanlı) kəndin himini salmış və onun adı ilə bağlıdır. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında kəndin adı yaranmışdır. Antropotoponimdir. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır.
Qızılvəng (Basarkeçər)
Qızılvəng — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kənd rayon mərkəzi Basarkeçərdən 17 km məsafədə yerləşir. 27 aprel 1946-cı ildə isə Çiçəkli adlandırılmışdır. 1978-ci ildə kənd ermənicə Makenis adlandırılmışdır. Qızılvəng İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 15 km cənub-şərqdə, Alagöz çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qırmızı mənasında işlənən qızıl və kilsə sözünün sinonimi olan vəng sözlərinin birləşməsindən əmələ gəlmişdir. Kənddə albanlara məxsus qırmızı rəngdə kilsə olduğu üçün Qızılvəng (Qızılkilsə) adlandırılmışdır. Quruluşca mürəkkəb toponimdir.

Digər lüğətlərdə