Nərimanlı (Basarkeçər)
Nərimanlı — (tarixi adı: Hüseynquluağalı) Göyçə mahalının Basarkeçər rayonunda kənd. Hüseynquluağalı bu kəndin əvvəlki adıdır.
Nərimanlı kəndinin sakinlərinin dediyinə görə kəndin adı yarandığı ilk gündən XIV əsrin axırı (1387–1388), XV əsrin əvvələrindən (1410–1415) 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilmişdir.
Hüseynquluağalı — 1387–1388–1926-cı ilə qədər
Nərimanlı — 1926–1988-ci ilin dekabrına qədər olmuşdur.
Kəndin Çuxurlu, Çamırlı, və Ortakənd adlarının yaranma tarixləri dəqiq olmadığı üçün yazılmamışdır. Kəndin Hüseynquluağalı və Nərimanlı adlarının yaranma tarixi dəqiqdir. Hüseynquluağalı Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Quluağa (Böyük Məzrə), Vəliağa(Zod) Qaraiman (Oğruca), Hüseynquluağa (Nərinmanlı) kəndin himini salmış və onun adı ilə bağlıdır. Hüseynqulu ağa (ağa titul bildirir) şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması əsasında kəndin adı yaranmışdır.
Antropotoponimdir. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır.