batman-tərəzi
batmanlıq
OBASTAN VİKİ
Kamila Batmanqılınc
Kamilə Batmanqılınc (1 yanvar 1963, Tehran – 1 yanvar 2024, London) — əslən azərbaycanlı olan britaniyalı iş adamı, yazıçı və xeyriyyəçi. O, 11 yaşından bəri İngiltərədə yaşayırdı və iki xeyriyyə qurumu təsis etmişdi: The Place2b və Kida Company. == Həyatı == Kamila Batmanqılınc Tehranda dünyaya gəlib. Onun anası Roma Katolik məzhəbli Belçikalı və atası İranlı və müsəlman, yüksək mübahisəli doktor Firidun Batmanqılınc idi. 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınları siyahısına düşüb.
Nadir Batmanqılınc
Nadir Əbülqasım oğlu Batmanqılınc(1902–1991) — Azərbaycan əsilli İran generalı == Həyatı == Nadir Əbülqasım oğlu Batmanqılınc 1902-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehranda hərbi məktəb bitirmişdi. Sonra İsveçdə oxumuşdu. İrana dönəndən sonra orduda xidmət etmişdi. Ərdəbildə yerləşən hərbi hissənin rəisi olmuşdu. Orduya idman və bədən tərbiyəsini tətbiq etmişdi. Nadir Batmanqılınc 1941-ci ildə İranın bir hissəsini zəbt edən Böyük Britaniya ordusu tərəfindən tutulmuşdu. O zaman polkovnik rütbəsində idi. 1945-ci ildə dustaqlıqdan azad olunmuşdu. Nadir Batmanqılınc sonra yenidən orduda xidmət etmişdi.