BATMIŞ

1. “batmaq”dan f.sif.; 2. сущ. батмиш хьайиди (экъуьгъун, къаргъишун манада).
BATMANLIQ
BAVƏR
OBASTAN VİKİ
Batmış atom sualtı qayıqlarının siyahısı
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. Rənglərin izahı == Siyahı == Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilmişdir. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib.
Batmış şəhərin axtarışında (film, 1987)
Batmış şəhərin axtarışında filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. == Məzmun == Filmdə vaxtilə Xəzər sahilində yerləşmiş Səbayıl yaşayış məskənindən söhbət açılır. Bakı arxeoloqları 1968-ci ildən onun yerində-Bəndəvan burnunun ətrafında tədqiqat aparırlar. Onlar hər il tarix-diyarşünaslıq muzeylərimizin ekspozisiyasını zənginləşdirən maddi mədəniyyət nümunələri aşkara çıxarırlar. Elmi-kütləvi filmdə suyun altında çəkilmiş çoxlu kinokadr vardır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Emil Salmanov, Sara Nəzirova Rejissor: Nicat Bəkirzadə Operator: Yuri Varnovski == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.

Digər lüğətlərdə