Bauer

I der; -n, -n 1. kəndli; 2. (Schach) piyada; 3. fig. savadsız adam, kəndli II das u. der; -s, - qəfəs (quş üçün)
bauen
Bauernfänger
OBASTAN VİKİ
Kristina Bauer
Kristina Bauer — fransız qadın voleybolçu. Norveçdə yaşayan fransız ailələrindən birində dünyaya göz açmışdır. Mövqeyi orta blokçudur. Hündürboy voleybolçudur (1.96 m). Fransızca, italyanca, ingiliscə və norveçcə bilməsi ilə, həmçinin də çalışqanlığı ilə öz həmkarlarından seçilir. Fənərbaxça komandasının şərəfini qoruyur. 2007-ci ildən bəri stabil olaraq Fransa milli komandasına dəvət alır. Eyni zamanda Fransa voleybolunun yetişdirdiyi ən güclü voleybolçulardan hesab olunur. Voleybolçunun həvəskar karyerası Fransanın iki fəqli klubunda keçmişdir. 2004-cü ildə (16 yaşında) ASPTT Mulhouse komandası ilə peşəkar karyerasında ilk addımını atan Kristina bu klubda ulduzlaşmağa başlamışdı.
Maksimilian Bauer
Maksimilian Bauer (9 fevral 2000-ci ildə Almaniyada anadan olub) — 2. Bundesliqa təmsilçilərindən olan Qroyter Fürth klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. Bauer Qroyter Fürth akademiyası vasitəsilə inkişaf etmişdir. Bauer öz peşəkar karyerasında debütünü 10 avqust 2018-ci ildə İnqolştadt 04 klubuna qarşı oyunda etmişdir. O, 94-cü dəqiqədə David Atanqanı əvəz etmişdir. 2. Bundesliqa görüşündə Qroyter rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 10 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Yehuda Bauer
Yehuda Bauer (ivr. ‏יהודה באואר‏‎; 6 aprel 1926, Praqa) — İsrail tarixçisi və tədqiqatçısı. O, Holokost tarixi üzrə ixtisaslaşmışdır. Bauer Yerusəlim Yəhudi Universitetində Avraam Harman adına Müasir Yəhudilik İnstitutunun Holokost Tədqiqatları üzrə professorudur. Yehuda Bauer Çexoslovakiyanın Praqa şəhərində anadan olmuşdur və çex, slovak və alman dillərini mükəmməl bilir. O, daha sonra ivrit, yidiş, ingilis, fransız və polyak dillərini öyrənmişdir. Atası güclü sionist əqidəsinə malik idi və 1930-cu illərdə ailəsini Britaniya Fələstininə köçürmək üçün pul toplamağa başlamışdır. Nasist Almaniyasının Çexoslovakiyanı ilhaq etdiyi gün – 15 mart 1939-cu ildə o, ailəsi ilə Fələstinə köçmüşdür. Bio at ADL interview at KQED Forum Arxivləşdirilib 2008-12-05 at the Wayback Machine January 11, 2005 (audio) Address to the Bundestag January 27, 1998 1998 Interview (PDF) 1993 Interview at Yad VaShem at HUJI Lectures at Researchchannel The "Final Solution" — A Bureaucratic Process or an Ideological Genocide? Excerpt from interview with Bauer Yehuda Bauer at Memory of Nation site.
Bauer und Arbeiter
Bauer und Arbeiter (azərb. Kəndli və işçilər‎) — 1924-cü ilin iyun ayından noyabr ayına qədər Bakı şəhərində çap edilmiş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı kimi fəaliyyət göstərmişdir. Qəzet həftədə bir dəfə olmaqla nəşr edilirdi. Alman jurnalist Albert Erfurt Bauer und Arbeiterqəzeti fəaliyyət göstərdiyi müddətdə baş redaktor vəzifəsini tutmuşdur. Qəzetin kollektivi əsasən Bakı şəhərində yaşayan az saylı alman icmasından təşkil edilmişdi. == Tarix == 1924-cü ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən Azərbaycan almanları üçün nəzərdə tutulmuş alman dili qəzetin yaradılması barədə təlimat verildi. Bundan öncə Qafqaz almanları üçün nəzərdə tutulmuş Kaukasische Post adlı qəzet 1906-cı ildə Tbilisi şəhərində çap olunmuşdu. Həmin qəzetdə əsasən qafazşünas kimi tanınan alman jurnalist Artur Leist məşğul olmuşdu. Kaukasische Post təkcə Azərbaycan almanlarına yox bütünlükdə Qafqaz almanlarına xitab etməkdə idi və Bauer und Arbeiterdən fərqli hər hansısa siyasi idelogiyanı özündə daşımırdı.
Adel Blox – Bauerin portreti
Adel Blox – Bauerin portreti I (ing. Portrait of Adele Bloch-Bauer I)) 1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib "Adel Blox – Bauerin portreti I" rəsmi həm də "Qızıl Adel", yaxud "Avstriyanın Mona Lizası" kimi məşhurdur. Əsər Klimtin yaradıcılığının və bütövlükdə Avstriya Yugendstilinin ən əhəmiyyətli yadigarlarından biridir. Həmin rəsm əsəri Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder tərəfindən təsis edilən Yeni qalereya üçün 2006-cı ildə çox baha qiymətə – 135 milyon dollara satın alınmışdır.
Banksia baueri
Banksia baueri (lat. Banksia baueri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Eucalyptus baueriana
Eucalyptus baueriana (lat. Eucalyptus baueriana) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Grevillea baueri
Grevillea baueri (lat. Grevillea baueri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea baueri (R.Br.) Christenh. & Byng Grevillea baueri subsp. asperula McGill. Grevillea baueri subsp.
Protea bauerii
Protea caffra (lat. Protea caffra) — proteyakimilər fəsiləsinin proteya cinsinə aid bitki növü.
Correa bauerlenii
Correa bauerlenii (lat. Correa bauerlenii) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin correa cinsinə aid bitki növü.
Grevillea baueri var. pubescens
Grevillea lanigera (lat. Grevillea lanigera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Grevillea baueri var. pubescens Benth. Grevillea ericifolia R.Br. Grevillea ericifolia var. muelleri Meisn. Grevillea ericifolia var. scabrella (Meisn.) Benth. Grevillea lanigera var.
Hakea baueri
Grevillea baueri (lat. Grevillea baueri) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea baueri (R.Br.) Christenh. & Byng Grevillea baueri subsp. asperula McGill. Grevillea baueri subsp.
Eucalyptus baueriana subsp. deddickensis
Eucalyptus baueriana (lat. Eucalyptus baueriana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus baueriana subsp. deddickensis Rule Eucalyptus baueriana subsp.
Eucalyptus baueriana subsp. thalassina
Eucalyptus baueriana (lat. Eucalyptus baueriana) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Eucalyptus baueriana subsp. deddickensis Rule Eucalyptus baueriana subsp.
Eucalyptus baueriana var. conica
Eucalyptus conica (lat. Eucalyptus conica) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus baueriana var.