baydarka

is. canoë m, kayak m, périssoire f

baybak
bayğın
OBASTAN VİKİ
Baydarka
Baydarka🚣🏽‍♂️ — avar yeri olmayan, ensiz, yüngül, üstüqapalı idman və turizm qayığıdır Avarçəkənlərin sayına görə (1; 2 və 4 yerli) qayığın üstündə xüsusi oturaçaq yerləri — oyuqları var. İdmançı, üzü qayıqın hərəkəti istiqamətində oturaraq, hər iki başında kürək olan avarla sağdan və soldan növbə ilə avar çəkir. Sükanı ayaqları👣 ilə idarə edir. Baydarka yelkənli və asma motorlu da olur. Baydarka taxta, metal, yaxud plastik kütlədən hazırlanır, üzərinə su keçirməyən material çəkilir. İdman baydarkası nazik fanerdən hazırlanır. Baydarkanın kütləsi, uzunluğu və eni müfaviq olaraq, biryerli baydarkada 12 kq, 5,2 m, 51 sm; ikiyerlidə 18 kq, 6,5 m, 55 sm, üçyerlidə isə 30 kq, 11 m, 60 sm olur. Baydarkada idman🥇🥈🥉 yarışları qadınlar arasında yalnız 1 və 2 yerli qayıqlarda, kişilər arasında 1, 2 və 4 yerli qayıqlarda 500 m, 1000 m və 10000 m məsafəyə keçirilir.

Digər lüğətlərdə

взбра́сываться мите́нки мотиви́ровать оббега́ние патриа́ршествование пры́гаться фильтрова́ть хинка́ли доло́тный паромоби́ль тми́нный Cesar custom Elzevir emotionalize imide triturate viscountcy биться вливание голосовать двудольный нецелесообразно позабыть струсить