Bayern

bavariya (Süd. : bayern)
Bayer
Bazar
OBASTAN VİKİ
Bayern
Bavariya (alm. Bayern; Freistaat Bayern‎ — Müstəqil Bavariya Dövləti) — Almaniyanın cənub-şərqində yerləşən və ərazisinə görə ölkənin ən böyük vilayəti. Vilayətin tərkibinə yeddi inzibati dairə — əyalət Yuxarı Bavariya, Aşağı Bavariya, Yuxarı Pfalts, Yuxarı Frankoniya, Mərkəzi Frankoniya, Aşağı Frankoniya və Şvabiya daxildir. Vilayətin paytaxtı Münhen şəhəridir. Əhalisi üç əsas etnik tərkibdən: bavarlar, frankonlar və şvablardan ibarətdir. "Müstəqil Bavariya Dövləti" tarixi termini göstərir ki, Bavariya monarxiya əyaləti olmamışdan əvvəl respublika idi. Almaniyadakı ən böyük əyalət (ərazisinə görə) və onun on iki milyon əhalisi özlərinin VI əsrə gedib çıxan tarixləri ilə fəxr edirlər. Adət-ənənələrin gündəlik həyatın ayrılmaz hissəsi olduğu buradan fərqli olaraq, Almaniyanın heç bir yerində ənənələr bu cür möhkəm saxlanılmayıb; insanlar rəngli ənənəvi paltarı hər il Münhendə keçirilən Oktoberfest festivalı kimi əsas xalq musiqisi festivallarından başqa, həm də gündəlik həyatda da geyinirlər. Bavariya özünün həm də mədəni və tarixi irsi, o cümlədən əzəmətli təbiət gözəllyinin cazibəsi ilə turistləri cəlb edir. Almaniyada ən hündür zirvə olan Zugspitze (2 962 metr) dağının yerləşdiyi Alp dağları — Çimsi və Köniqsi kimi heyrətamiz gölləri olan Alp yamacları, milli parkı olan Bavariya meşəsi, Frankonian Jura, Fiçtel təpələri, Steyqervald, Spessart və əyalət ətrafındakı digər mənzərəli yerlər istirahət, əyləncə və təbiətdən həzz almaq üçün turistlərə müqayisə olunmaz dərəcədə xoş imkanlar yaradır.
Bayern 1
Bayern 1 (alm. Bavariya 1‎) — Alman ictimai radiostansiyası. Bavariya radioyayımına daxil olmaqla, buranın ən populyar radiostansiyasıdır. == Tarixi == 1924-cü ildə orta dalğalarda Deutsche Stunde in Bayern adlı xüsusi radiostansiya buraxıldı.1925-ci ildə bu radiostansiya milliləşdirildi, 1931-ci ildə adı "Bayerischer Rundfunk"a dəyişdirildi. 1932-ci ildə isə tamamilə milliləşərək, 1934-cü ildə Reichsrundfunk adlı dövlət radiokompaniyasına daxil olmuş və adı "Reichssender München"ə dəyişdirilmişdi. 1945-ci ildə isə yayım dayandırıldı. 1945-ci ildə Amerika hərbi administrasiyası orta dalğalarla əvvəlcə American Forces Network adlı ingilisdilli radiostansiyasını, daha sonra isə Bavariyada 31 yanvar 1948-ci ildə sonuncu buraxılışı olan Radio München adlı stansiyanı yayımladı. Tarixən Bavariya radiosu "Bavar radioyayımı" və "tam proqram" adlı radioproqramlara bölünürdü. 1 yanvar 1974-cü ildə proqramlar ümumi şəkildə "Bayern 1" radiostansiyanın adı altında birləşdirildi. Auditoriyanın qalan hissəsini isə onlarçün "Oldiebased AC" adlı musiqi proqrammı yayımlanan yaşlı nəslin nümayəndələri təşkil edirdi.
Bayern 2
Bayern 2 — (alm. Bavariya 2‎) — alman ictimai radio-stansiyası. BR-a daxildir. Mədəni və informasiya profil proqramlarından ibarət radio-yayım şəbəkəsi. 18 avqust, 1950-ci ildə Frankoniya ərazisində yayımlanmaqla mərkəzi Nyurnberq olmaqla, UQ dalğalar üzərində Bavariya radio-yayımının ikinci proqramının əsası qoyuldu. 1958-ci ildən Münhendən tam yayıma başladı. 1974-cü ildə islahat zamanı radio-stansiya "Bavariya 2" (alm. Bayern 2) adını aldı və klassik musiqiyə yönəldi, lakin 1979-cu ildə artıq gənc musiqiyə keçdi. 1980-ci ilin oktyabr ayında efirdə klassik musiqi yayımını öhdəsinə götürmüş Bayern 4 radio-stansiyası istifadəyə verildi, Bayern 2-nin adı isə dəyişdirilərək Bayern 2 Wort oldu. 2003-cü ildə yayım şəbəkəsinin növbəti dəyişimindən sonra, radio-stansiya Bayern 2 Radio adını aldı, lakin 8 oktyabr 2007-ci ildən özünün mövcud adı altında yayımlanır.
Bayern (dəqiqləşdirmə)
Bayern
Bayern Münhen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. == Oyunçular == == Arena == Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münhen FK
Bayern Münxen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münxen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. == Tarixi == == Avrokuboklarda iştirak == Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2–0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1–1 bitən maçda penalti zərbələri ilə 4–3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.
Bayern Münxen BK
Bayern Münhen BK Bayern Münhen idman klubunun tərkib hissəsi olan basketbol komandası. Klub öz yerli liqası Basketbol Bundesliqa (BBL) və beynəlxalq miqyasda Avro Kubokda iştirak edir. Komandanın ev oyunlarını Audi Dome arenasında keçirir. 6700 nəfərlik tutumu var. Arena 1972-ci ildən fəaliyyət göstərir.
Bayern Münxen FK
Bayern Münxen — Almaniyanın ən nüfuzlu peşəkar futbol klubu. 2013-cü ildən bu yana 11-i ardıcıl olmaqla, 33 milli çempionluq və çoxsaylı Avropa mükafatları ilə yanaşı 20 ölkə kuboku da daxil olmaqla, Almaniya futbol tarixinin ən uğurlu klubudur. 2020-ci ildə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında Bayern Münxen bütün matçlarda qalib gələrək UEFA Çempionlar Liqasını qazanan ilk komanda olmuşdur. Hazırda Almaniyanın, o cümlədən dünyanın ən güclü klublarından biri sayılır. 2009/10 mövsümündə UEFA Çempionlar Liqasında final mərhələsinə yüksəlmiş, lakin finalda İtaliyanın İnter klubuna Militonun 2 qolu ilə 2–0 məğlub olmuş, kuboku qazana bilməmişlər. Bavariya 2011/2012 mövsümündə də UEFA Çempionlar Liqasında yarımfinalda Real Madridi məyus edərək, finala çıxıb. Bavariyanın finaldakı rəqibi Çelsi oldu. Lakin 1–1 bitən maçda penalti zərbələri ilə 4–3 uduzan Bavariya 5-ci dəfə bu kuboku qazana bilmədi.2012/2013 mövsümündə finalda Borussiya Dortmundu məğlub etdi və sevinən tərəf oldu.