BAYRAMİLİK

Türkiyə və Balkan ölkələrində yaşayan müsəlmanlar arasında yayılan sufi təriqətlərindən biridir. Bu təriqətin adı Hacı Bayram Vəli (833/1429 ildə vəfat etmişdir) ilə bağlıdır. O, Ankaranın Zülfədl kəndində doğulmuşdur. Dini elmləri dərindən mənimsədikdən sonra Zülfədl mədrəsələrində müdərris kimi fəaliyyət göstərmişdir. Sonra o, müdərrislikdən uzaqlaşaraq, tanınmış sufi Əbu Hamidəddin Ağsarayinin (815/1412 ildə vəfat etmişdir) başçılığı altında mənəviyyat yolçuluğuna başlamışdır. Onun ölümündən sonra Hacı Bayram Vəli Ankarada sufi təkkəsi yaradaraq dövrünün ən hörmətli sufi şeyxlərindən biri olmuşdur. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə gedib orada ölkənin tanınmış alimləri ilə tanış olmuşdur. Onun davamçısı (xəlifəsi) olmuş Ağ Şəmsəddin İstanbulu fəth etmiş sultan II Məhmət Fatihin müəllimi olmuşdur. Yazıçıoğlu Məhməd, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun ardıcılları olmuşdurlar. Bayramilərin mənəvi yolu nəqşibəndilik və xəlvətiliyin yoluna bənzəməkdədir. Onların irfani dünyagörüşü daha çox İbn Ərəbinin dünyagörüşünə yaxındır. Öz ayinlərində onlar, çox vaxt ucadan deyilən “cəhri”, bəzən isə pıçıltı ilə deyilən “hafi” zikrləri oxuyurlar. Bayramilərin ibadətlərinin əsas məqsədi “Allahın cazibəsi, sevgisi və gizliliyidir”. Bu təriqətin əsas əsərlərini daha çox Ağ Şəmsəddin yazmışdır. Hacı Bayram Vəlidən isə heç bir əsər günümüzə gəlib çatmamışdır.
BATİN
BAYRAMİLİK
OBASTAN VİKİ
Bayramilik
Bayramilik - Sufi İslam təriqətidir. == Yaranması == Təriqətin banisi Hacı Bayram Vəli (vəfatı: 1429-cu il) Ankara şəhərinin yaxınlığındakı Zülfədl kəndində dünyaya gəlmişdir. Dini elmlərlə yiyələndikdən sonra mədrəsədə müəllimlik etmişdir. Lakin sonralar tədrisdən ayrılaraq məşhur sufi Əbu Hamidəd-Din Ağsarayinin (vəfatı: 1412-ci il) başçılığı altında təsəvvüf yoluna qədəm qoymuşdur. Onun ölümündən sonra Hacı Bayram Ankarada təkyə (dərgah) yaradaraq dövrünün ən hörmətli və nüfuzlu sufi şeyxlərindən birinə çevrilmişdir. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə (Adrianopola) gələrək, burada məşhur dövlət və elm xadimləri ilə tanış olmuş, nüfuzu daha da artmışdır. Hacı Bayram Vəlinin davamçısı (xəlifəsi) Ağ Şəmsəd-Din İstanbulu fəth etmiş böyük sultan II Mehmət Fatihin müəllimi olmuşdur. Bundan başqa Yazıcıoğlu Mehmet, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun xəlifələrindəndirlər. Tədqiqatçılar hesab edirlər ki, öz mənəvi varisliklərini göstərən silsilələrə və metodologiyalarına görə Bayrami təriqətinin üsulları Nəqşibəndiliyin və Xəlvətiliyin üsullarını təkrarlayır və özündə birləşdirir. == Dünyagörüşləri == Bayramilərin dünyagörüşü bir çox hallarda İbn Ərəbinin dünyagörüşünə yaxındır.

Digər lüğətlərdə