BAYRAMİLİK

Təriqət davamçıları çoxda uca olmayan ağ mahuddan tikilmiş altıguşəli papaq geyinirdilər. Hacı Bayram Vəlinin sağlığında onun davamçıları əsasən Ankara, Bursa və Ədirnədə geniş yayılmışdırlar. Bayramilərin əsas üç başlıca qolu vardır: 1. Ağ Şəmsəddinə bağlı Şəmsiyyə qolu. Bu qol günümüzdə klassik bayramilik təriqətidir; 2. Dədə Ömər Sikkiniyə bağlı Məlamiyyə qolu; 3. Ağbıyığa bağlı xəlvəti qolu. Bu qol isə daha sonralar müstəqil sufi təriqətinə çevrilmişdir. Öz dövrünün elm-irfan ərlərindən biri hesab olunan Əziz Mahmud Hüdai (1038/1628 ildə vəfat etmişdir) Osmanlıda bu təriqətin inkişafında böyük rol oynamışdır. O, otuzdan artıq əsərlərin müəllifi olmuşdur. Onun mürşid kimi yetişdirdiyi minlərlə tələbə və müridləri onun qoyduğu sufi ənənəsini davam etdirmişdirlər. Xəlvətiliyin sonrakı inkişafında isə İsmail Həqqi Bursalının (1137/1724 ildə vəfat etmişdir) rolu böyük olmuşdur.
BAYRAMİLİK
BEYDAVİ ABDULLAH
OBASTAN VİKİ
Bayramilik
Bayramilik - Sufi İslam təriqətidir. == Yaranması == Təriqətin banisi Hacı Bayram Vəli (vəfatı: 1429-cu il) Ankara şəhərinin yaxınlığındakı Zülfədl kəndində dünyaya gəlmişdir. Dini elmlərlə yiyələndikdən sonra mədrəsədə müəllimlik etmişdir. Lakin sonralar tədrisdən ayrılaraq məşhur sufi Əbu Hamidəd-Din Ağsarayinin (vəfatı: 1412-ci il) başçılığı altında təsəvvüf yoluna qədəm qoymuşdur. Onun ölümündən sonra Hacı Bayram Ankarada təkyə (dərgah) yaradaraq dövrünün ən hörmətli və nüfuzlu sufi şeyxlərindən birinə çevrilmişdir. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə (Adrianopola) gələrək, burada məşhur dövlət və elm xadimləri ilə tanış olmuş, nüfuzu daha da artmışdır. Hacı Bayram Vəlinin davamçısı (xəlifəsi) Ağ Şəmsəd-Din İstanbulu fəth etmiş böyük sultan II Mehmət Fatihin müəllimi olmuşdur. Bundan başqa Yazıcıoğlu Mehmet, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun xəlifələrindəndirlər. Tədqiqatçılar hesab edirlər ki, öz mənəvi varisliklərini göstərən silsilələrə və metodologiyalarına görə Bayrami təriqətinin üsulları Nəqşibəndiliyin və Xəlvətiliyin üsullarını təkrarlayır və özündə birləşdirir. == Dünyagörüşləri == Bayramilərin dünyagörüşü bir çox hallarda İbn Ərəbinin dünyagörüşünə yaxındır.

Digər lüğətlərdə