BAZARÇA

сущ. гъвечӀи базар.
BAZARBAŞI
BAZARÇI
OBASTAN VİKİ
Bazarçay
Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir. Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35%) və yağış (10%) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Orta illik su sərfi 19,0 m³/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/m³-dir.
Bazarçay (Sisyan)
Bazarçay — Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 24 km şimal-şərqdə, Bazarçayın yuxarı axarında, düzənlikdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim bazar türk tayfasının adı ilə çay sözünün birləşməsindən əmələ gəlib. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildən sonra xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilərək azərbaycanlılar deportasiya olunmuşdur. 1926-cı ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı da yaşamışdır. 1929-cu ildə onlar da qovulmuşdur.
Bazarçayı nahiyəsi
Bazarçayı nahiyəsi — Naxçıvan ölkəsinin Səfəvilərin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu zamanlarda onun tərkibinə daxil olan inzibati vahidlərdən biri idi. XVI əsrin əvvəllərdin Bazarçayı nahiyəsinin ərazisinə gəldikdə isə bu ərazi,təqribən, 460 kvadratkilometrə yaxın olmuşdur. Bu mahal şimaldan Çuxursəd bəylərbəyliyi, şərqdən Sisəcan, cənubdan Şahbuz, qərbdən isə Dərələyəz nahiyəsi ilə həmsərhəd olmuşdur. == Səfəvilər dövründə == == Osmanlı dövründə == 1590 cu ildə Bazarçayı kəndi. Başqa adı Yaylaqdır. Qalacıq kəndi. Başqa adı Pürnadikdir.(başqa adı Pürnadik) Türküt kəndi. Qızılcakilsə kəndi.Qızılca (başqa adı Karqərib) Ağcadamal kəndi. Kələdək kəndi. Pur (Pul-?)kəndi Şiqad kəndi.Şaqad Tülkütəpəsi kəndi Yenicə kəndi.

Digər lüğətlərdə