BEGEMOT

I
сущ. зоол. бегемот (крупное млекопитающее пресноводных бассейнов тропической Африки)
II
прил. бегемотовый. Begemot dərisi бегемотовая кожа
BEDAZA
BEH
OBASTAN VİKİ
Begemot
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur. == Etimologiya == "Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır. Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır.
Begemotlar
Begemotlar ya da Su atları (lat. Hippopotamus) — Cütdırnaqlılar dəstəsinə, heyvan cinsi. Begemot adı qədim yahudi dilindən götürülmüşdür, lakin Azərbaycan dilinə ruscadan keçib. İkinci ad yəni Hippopatam (q.yun. ἵππος ὁ ποτάμιος) yunan dilində "çay atı" mənasını verir. Cırtdan begemot isə Hexaprotodon cinsinə daxildir. == Növləri == Hippopotamus amphibius — Begemot.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvus Cırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.

Digər lüğətlərdə