Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Begemot
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur. == Etimologiya == "Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur. "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.
Cırtdan begemot
Cırtdan begemot – Cücə begemodu və ya cırtdan begemot (Choeropsis liberiensis) kiçik bir begemotdur və vətəni Qərbi Afrikanın meşələrində və bataqlıqlarında, ilk növbədə Liberiyada, Syerra Leone, Qvineya və Fil Dişi Sahilində məskunlaşır. Vətəni Nigeriyadır. Cırtda begemot quruya uyğunlaşa bilir, lakin begemot kimi dərisini nəm və bədən istiliyini sərin saxlamaq üçün suda yaşayır. Cütləşmə və doğum suda və ya quruda baş verə bilir. Cırtdan begemot ot yeyəndir. Bu səbəbdən meşələrdə tapdığı qıjılar, enliyarpaqlı bitkilər, otlar və meyvələrlə qidalanır. Cırtdan begemotları 19-cu əsrə qədər Qərbi Afrikadan kənarda tanınmırdı. 20-ci əsrin əvvəllərində zooparklara təqdim edilmişdir. Onlar əsirlikdə yaxşı çoxalırlar və tədqiqatların böyük əksəriyyəti zoopark nümunələrindən əldə edilir. Növlərin əsirlikdə sağ qalması vəhşi təbiətdən daha çox təmin edilir; 2015-ci ildəki qiymətləndirmədə, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının təxminlərinə görə, təbiətdə 2500-dən az cırtdan begemot qalmaqdadır.
Cırtdan Krit begemotu
Cırtdan krit begemotu (lat. Hippopotamus creutzburgi) — tükənmiş növ olaraq müasir Begemotlar cinsinə aiddir. Vaxtı ilə Krit adasında yayılmışdı. Bu növ iki yarımnövə bölünürmüş: Hippopotamus creutzburgi creutzburgi Hippopotamus creutzburgi parvus Cırtdan krit begemotunun sümükləri ilk dəfə Doroteey Beyt tərəfindən 1920-ci ildə Krit adasının şərqində aşkarlanmışdır. Cırtdan krit begemotu çox guman ki, Avropa begemotundan törəmişdir.
Begemotlar
Begemotlar ya da Su atları (lat. Hippopotamus) — Cütdırnaqlılar dəstəsinə, heyvan cinsi. Begemot adı qədim yahudi dilindən götürülmüşdür, lakin Azərbaycan dilinə ruscadan keçib. İkinci ad yəni Hippopatam (q.yun. ἵππος ὁ ποτάμιος) yunan dilində "çay atı" mənasını verir. Cırtdan begemot isə Hexaprotodon cinsinə daxildir. == Növləri == Hippopotamus amphibius — Begemot.
Behemoth
Behemoth — 1991-ci ildə Qdanskda yaradılan Polşa metal musiqi qrupu. == Haqqında == Qrup ilk vaxtlarında blək metal janrında mahnılar ifa edirdi. İlk üzvlərindən indiyə qədər qrupda qalan yeganə musiqiçi "Nergal"dı. Qrup Nergal-Inferno ikilisi olaraq təyin olunur, çünki qrupun musiqisinin ümumi şəklini bu ikili meydana gətirir. Amma bəstələrin hamısı və mahnı sözlərinin böyük qismi "Nergal"a aiddir. Əvvəllər qrup blək/paqan metal üslubunda fəaliyyət göstərən qrup, bir müddət sonra 1999-cu ildə "Satanica" adlı albomların da musiqini daha da sərtləşdirərək üslublarına death metalda artıraraq yeni üslub yaratmışlar.Black metal dövründə paqanizm üzərində yazılan mahnı sözləri daha sonra satanizmvə antixristiyanlıq üzərinə qurulmuşdur.Polşalı qrup üslubunun ən əhəmiyyətli və məşhur qruplarından biridir. Qrup black metal dönəmin də üç albom buraxmışdır bunlar: Sventevith (Storming Near the Baltic) (1995) Grom (1996)və Pandemonic Incantations (1998) albomlarıdır. Qrupun ən mükəmməl və məşhur albomu 2004-cü ildə çıxmış "Demigod" adlı albomlarıdır.Albomdaki "Conquer All" və "Slaves Shall Serve" mahnılarına klip çəkən qrup, həmin ildə Kanadada konsertlər də çıxış etmişdir. 2007-ci ildə "The Apostasy" adlı albomları çıxdıqdan sonra, Napalm Death, Moonspell və Dew-Scented qrupları ilə birgə Avropa ölkələrin də çıxış etmişdir.
Bergamot
Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır.
Hegemon
Hegemon (yun. ἡγεμών, "rəhbər, aparıcı, himayədar") — hegemoniyanı həyata keçirən şəxs, dövlət, ictimai sinif. Tarixən termin rəhbəri qeyd etmək üçün istifadə edilib. İkinci Korinf konqresində Makedoniyalı İsgəndər Korinf ittifaqının hegemonu elan edilmişdi.
Berqamot
Berqamot (lat. Citrus bergamia), sitrus bitkiləri (Rutaceae) ortalama 4 m boyunda bir ağac növü. Əsas vətəni Qərbi Hindistandır. Yarpaqları uzun və tünd yaşıldır. Çiçəkləri ağ rəngli və kiçik olub, meyvələri kürə və ya armud formasında, 5–7 sm diametrində ətli qisimi turş ləzzətli, qabıq qismi limon sarısı rənglidir. Meyvə qabıqlarından sıxma üsulu ilə Berqamot qoxusu əldə edilməkdədir. Yaşıl sarı rəngli, xoş qoxulu və acı ləzzətli bir mayedir. Ətriyyat sənayesində istifadə edilməkdədir. Öz suyundan kalsium sitrat və sitrik turşu əldə edilir. Qoxu verməsi üçün bəzən çaylara da qarışdırılır.
Bəlğəmotu
Bəlğəmotu (lat. Althaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Hündürlüyü 1–1.5 m olan çoxillik ot bitkisidir. Bir neçə gövdə əmələ gətirir. Bütün bitki bozumtul, sıx, xırda tükcüklərlə örtülmüş, yumşaq məxməridir. Yarpaqları saplaqlı, yumurtavari, azacıq barmaqvari-dilimli və diş-dişlidir. Orta ölçülü, çəhrayı çiçəkləri əsasən yarpaqların kənarına sıxılır, gövdənin yuxarısında isə sıx sümbülvari çiçəkqrupu əmələ gətirir. Meyvəsi üzük formasında yığılmış xırda, yumru meyvəciklərdən ibarətdir. Kökünün özünəməxsus zəif iyi, azacıq şirin-şirişli dadı vardır. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir.
Berqamot ağacı
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Dərman bəlğəmotu
Dərman bəlğəmotu (lat. Althaea officinalis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin bəlğəmotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Malva althaea E.H.L.Krause Malva officinalis (L.) K.F.Schimp. & Spenn.
Erməni bəlğəmotu
Erməni bəlğəmotu (lat. Althaea armeniaca) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin bəlğəmotu cinsinə aid bitki növü.