BELÇİKA

s. Belgian

BELBAĞI
BELÇİKALI
OBASTAN VİKİ
Belçika inqilabı
Belçika inqilabı (fr. Révolution belge, nid. Belgische Revolutie/opstand/omwenteling) — cənubi əyalətlərin (əsasən, keçmiş Cənubi Niderland) Niderland Birləşmiş Krallığından ayrılmasına və müstəqil Belçika Krallığının qurulmasına səbəb olan münaqişə.
Filip (Belçika kralı)
Flip (Fransız dili: Philippe Léopold Louis Marie, Holland dili: Filip(s) Leopold Lodewijk Maria; d. 15 aprel 1960, Belvedere qalası, Laeken yaxınları) — II Albert və Kraliça Paolanın böyük oğlu. VII Belçika kralı. Flip , 1978–1981-ci illərdə Belçika Kral Hərbi Akademiyasında təhsil almışdır. 26 sentyabr 1980-ci ildə ona baş leytenant rütbəsi verilmişdir. Flip bundan sonrakı təhsilini, Oksfordda Triniti Kollecində davam etdirdi vəKaliforniya ştatının Stanford Universitetindəki aspirantura məktəbinə qatıldı və Siyasət elmləri dərəcəsi ilə 1985-ci ildə məzun oldu. 4 dekabr 1999-cu ildə Şahzadə Filipp Mathilde d'Udekem d'Acoz ilə, Brüsseldə Saint Michel kafedralında evləndi. Cütlüyün 4 övladı var. 20 ildir ki, Belçika Kraliyyət taxtında oturan atası Kral II Albert, Belçikanın müstəqillik günündə taxtını oğluna, Şahzadə Filippə verəcəyini açıqladı. Flip, 21 iyul 2013-cü il tarixində Belçikanın Kralı elan edildi.
Boduen (Belçika kralı)
Boduen (fr. Baudouin) və ya Saksen-Koburqlu Boduen Albert Çarlz Leopold Aksel Mari Qustav (fr. Baudouin Albert Charles Léopold Axel Marie Gustave de Saxe-Cobourg) (7 sentyabr 1930[…] – 31 iyul 1993[…]) — V Belçika kralı. == Mənbə == Conway, Martin (2012). The Sorrows of Belgium: Liberation and Political Reconstruction, 1944-1947. Oxford University Press. ISBN 978-0199694341 Wilsford, David, ed. (1995). Political Leaders of Contemporary Western Europe: A Biographical Dictionary. Greenwood Press.
Belçika
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçika Konqosu
Belçika Konqosu (fr. Congo belge; nid. Belgisch-Kongo) - 1908-1960-cı illərdə Mərkəzi Afrikada yerləşmiş Belçika krallığının koloniya dövləti. Belçika kralı II Leopold tərəfindən krallığının müstəmləkəsinə çevirilən ölkənin paytaxtı kralın şərəfinə Leopoldvil adlandırılmışdır. 1960-cı ilin 30 iyun tarixində yerli siyasi xadimlərin rəhbərliyində Konqonun müstəqilliyi elan edilmiş və Yozef Kasavubu prezident, Patris Lumumba isə baş nazir seçilmişdir. Günümüzdə Belçika Konqosunun mövcud olduğu ərazilərdə Konqo Demokratik Respublikası yerləşməkdədir.
Belçika Krallığı
Belçika (nid. België, alm. Belgien‎, fr. Belgique) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür. Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan bölgələrin etnoniminə görə adlandırılmışdır.
Belçika bayrağı
Belçika bayrağı — Belçikanın Dövlət bayrağı Belçika Krallığının dövlət bayrağı düzbucaqlı şəklində olub, üç bərabər şaquli zolaqdan ibarətdir. Zolaqların rəngi ardıcıl olaraq qara, sarı və qırmızıdır. Bayrağın ölçü nisbəti 13:15-dir. Qara rəng gücü təmsil edir. Sarı rəng müdriklik yolu ilə əldə edilən kamilliyin rəmzidir. Qırmızı rəng isə fədakarlıq, cəsurluq və qurbanlar vermək yolu ilə əldə edilən qələbənin tərənnümüdür. Belçikanın dövlət bayrağı rəsmi olaraq 1831-ci ilin sentyabr ayının 13-də qəbul edilmişdir.
Belçika mədəniyyəti
Belçika mədəniyyəti — Belçika ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş mədəni irs. Belçikanın ərazisində qədim kelt və qədim Romaya aid olan incəsənət abidələri mövcud olmuşdur. Ayrı-ayrı feodallıqlara parçalanmış Belçikanın şəhərləri Orta əsrlərdə sürətlə inkişaf etmiş və Avropanın mədəni mərkəzlərindən biri olmuşdur. Belçikanın Turn, Brügge, Gent, Brüssel, Antverpen və Mehelen şəhərlərində XI–XII əsrlərdə roman üslubunda, XIII–XIV əsrlərdə qot üslubunda çox əzəmətli kilsələr tikilmişdir. XIV-XV əsrlərdə Niderland mədəniyyətinin təsiri altında vahid flamand rəssamlıq məktəbi yaranmışdır və bu məktəbin yaradıcısı Yan Van Deyk idi. İntibah dövrü flamand rəssamlığının ən görkəmli nümayəndələri isə P. Bregel (Böyük) və P. Bregel (Kiçik) olmuşdur. XVII əsrdə Flandriyada T. Rombouts, A. Yansens, F. Sneyders, Y. Feyt, Y. İordans, K. Yeqer, L.van Uden, K.de Vos, D. Tenirs və K. Heysmans kimi məşhur rəssamlar olmuşdur. Bütün bunlarla yanaşı Qərbi Avropa rəssamlığının ən görkəmli nümayəndələrindən olan P. P. Rubens və A.van Deyk məhz bu dövr flamand rəssamlıq məktəbinin içərisindən çıxmışdır. XVIII əsrdə flamand ədəbiyyatı elə də inkişaf etməsə də, memarlıq, rəssamlıq və digər incəsənət sahələri xeyli irəli getmişdir. Belçikada yaşayan flamandlar da bir sıra başqa Avropa xalqları kimi azad yaşamaq, müstəqil olmaq arzusu ilə yaşayırdılar.
Belçika mətbəxi
Belçika mətbəxi — Belçika mətbəxi öz yeməkləri, fri kartofu, pivəsi ilə məşhurdur. Belçika mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Belçika mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Tipik belçika ailəsi qidanı gündə üç dəfə qəbul edir: 06:30-un və 09:00-ün arasında səhər yeməyi, 12:00 — 18:00-də nahar, 12:30 — 20:00 şam yeməyidir. Səhər yeməyinə və şam yeməyinə ailə adətən birlikdə yığılırlar. Başqa Avropa ölkələrində ki, kimi Belçikada Avropa xörək cihazlarından istifadə etməyi qəbul edilmişdir. Səhər yeməyi pendirlə buterbrodlardan ibarət olan adi kontinental səhər yeməyini təşkil edir.
Belçika şokoladı
Belçika şokoladı — Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır. Belçika şokalad muzeyləri ilə də məşhurdur. == Ümumi məlumat == 17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi. 19-cu əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər — chocolatier açılır ki, sonradan bir çoxu bu gün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər. 19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır.
Belçika şəhərləri
Belçika şəhərlərinin siyahısı(2006)-cı il.
Belçika ədəbiyyatı
Belçika ədəbiyyatı – Belçika şair və yazıçıların Belçika mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. Belçika Avropanın "kiçik ölkə"lərindən biri olmasına baxmayaraq, bu ölkə dünya ədəbiyyatı və mədəniyyəti tarixinə bir çox görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etmişdir. == Belçika ədəbiyyatı orta əsrlərdə == Hələ Orta əsrlərdən etibarən flamand (əvvəllər bu ölkənin adı Flandriya, oranın əhalisi isə flamandlar adlanırdı) ədəbiyyatı inkişaf etməyə başlamış və dünya ədəbiyyatı xəzinəsini bir sıra qiymətli abidələrlə zənginləşdirmişdir . İlk flamand yazılı ədəbiyyat nümunələri hələ XIII əsrin lap əvvəllərində yaranmağa başlamışdır . XIII-XIV əsrlərdə Belçikada (Flandriyada) tarixi xronikalar, xaç yürüşləri barədə epik-qəhrəmanlıq dastanları yaranmışdır . Müəllifi məlum olmayan "Okassen və Nikolet" dastanı da məhz bu dövrdə Belçikada yazılmışdır . Bunlardan başqa , qədim Flandriyada zəngin şifahi xalq ədəbiyyatı ilə yanaşı , cəngavərlik və şəhər ədəbiyyatının bir sıra nümunələri yaranmışdır. Belə ki, bu dövrdə burada fabliolar (yumoristik xalq hekayələri), xalq nəğmələri və povestləri, eləcə də cəngavərlik romanları yaranmışdır. J. de Konde və V. de Kuven bu dövrün məşhur şairləri olmuş , menestrellər yazmışlar. "Tülkünün tacqoyma mərasimi" anonim satirik-alleqorik əsəri xüsusilə diqqətəlayiqdir.
Azərbaycan-Belçika münasibətləri
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir. === Müasir dövr === 31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur. 1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb. Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
Azərbaycan–Belçika münasibətləri
Azərbaycan–Belçika münasibətləri — Azərbaycan Respublikası ilə Belçika Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == === AXC dövrü === Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Qorçakovskaya küçəsi 19 ünvanında Belçikanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul Ayvazov rəhbərlik etmişdir. === Müasir dövr === 31 dekabr 1991-ci ildə Belçika Azərbaycanın müstəqilliyini tanıyıb. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 17-də qurulmuşdur. 1995-ci ildə isə Azərbaycanın Belçikada səfirliyi açılıb. Heydər Əliyev 3-5 may 1994, 1995 və 22-23 aprel 1996-cı illərdə Belçikada işgüzar səfərdə olub. Səfərin əsas məqsədi NATO və Aİ ilə əməkdaşlıq məsələlərinin müzakirəsi idi. 13-15 aprel 1998-ci ildə Belçikanın baş naziri Jan Lük Deon Azərbaycana rəsmi səfər edib. 17-19 may 2004-cü ildə İlham Əliyev Aİ-nin ümumi məsələlər və xarici əlaqələr şurasının iclasında iştirak etmək və NATO-nun səlahiyyətli nümayəndələri ilə görüşmək üçün Belçika krallığına işgüzar səfər edib. 21-24 noyabr 2004-cü ildə Belçika Krallığı Silahlı Qüvvələrinin komandanı general O.Vandel Azərbaycanda səfərdə olub.
Belçika Futbol Assosiasiyası
Belçika Futbol Assosiasiyası — Belçikanın ali futbol qurumu Belçika Futbol Assosiasiyası 1895-ci ildə yaranıb. 1904-cü ildən FİFA-nın, 1954-cü ildən UEFA-nın üzvüdür.
Belçika Kral Kitabxanası
Belçika Kral Kitabxanası — Belçikanın elmi kitabxanasıdır və Brüssel şəhərində yerləşir. 1559-cu ildə II Filippinin əmri ilə burqund hersoqlarının topladıqları əlyazmalar Kaudenberq sarayına köçürülür. 1731-ci ildə saray yanır və kitabxananın müəyyən hissəsi xilas edilir. 19 iyun 1837-ci ildə Belçika Kral Kitabxanası təsis edilir.
Belçika Krallarının siyahısı
== Belçikanın krallarının siyahısı ==
Belçika Pro Liqası
Belçika Pro Liqası — Belçikanın futbol klubları üçün yüksək liqa yarışması. 2020–21 mövsümündən liqada 18 klub yarışır və 2023–24 mövsümündən etibarən 16 komandaya endirilməsi nəzərdə tutulur. Çempionatın sponsoru olan və InBev pivə şirkəti tərəfindən istehsal olunan "Jupiler" pivəsi brendinə görə rəsmi olaraq Jupiler Pro League adlanır. Mövsümlər avqustun əvvəlindən aprelin sonuna qədər davam edir, komandalar pley-offlara daxil olmamışdan əvvəl adi mövsümdə hər biri 34 oyun keçirirlər. Sonra çempionluq, avrokuboklara vəsiqə və liqada qalmaq uğrunda play off oyunları keçirilir. == Tarixi == Çempionat 1895-ci ildən Belçika Kral Futbol Assosiasiyası tərəfindən keçirilir, ilk çempion "FC Liege" klubu olub. 1974-cü ildə peşəkar klublar assosiasiyası yaradıldı, 2008-ci ildə "Pro Liqa" adını və çempionatı təşkil etmək hüququ qazandı. Çempionatın bütün tarixində yüksək divizionda 74 klub çıxış edib, onlardan 15-i çempion olub. Ən uğurlu klub isə 34 dəfə çempion olmuş Brüsselin "Anderlext"idir.
Belçika Silahlı Qüvvələri
Belçika Silahlı Qüvvələri — Belçikanı qorumaq məsuliyyəti daşıyan ordu. == Orduda din xadimlərinin xidmətindən istifadə == 1952-ci ildə dövlət tərəfindən təşkil olunaraq, protestant və yəhudilərin də iştirakı ilə Roma Katolik Kilsəsi tərəfindən həyata keçirilir. 75 Roma-katolik, 9 protestant və 1 yəhudi təmsilçisi olmaqla generaladək müxtəlif rütbələr daşıyırlar.
Belçika monarxlarının siyahısı
== Belçikanın krallarının siyahısı ==
Belçika universitetlərinin siyahısı
Belçika universitetlərinin siyahısı ― Belçika Krallığının hüdudları daxilində fəaliyyət göstərən və bir sıra göstəricilər üzrə müxtəlif kateqoriyalarda səciyyələnən ali təhsil müəssisələrinin siyahısı. Belçikada dövlətin federal quruluşda olması təhsil sistemində də özünü göstərir. Dövlətin federal subyektlərinin ali məktəblərin təşkili və diplomların tanınması hüquqları vardır. Sözügedən subyektlər flamand, fransız və alman icmalarından formalaşmışdır. Onlar yaşadıqları bölgələrdə müvafiq dillərdə təlim-tədris aparmaq imkanlarına malikdirlər. Aşağıdakı siyahı Belçika Krallığının hüdudları daxilində fəaliyyətləri rəsmən tanınan ali təhsil müəssisələrini ehtiva edir.
Belçika şəhərlərinin siyahısı
Belçika şəhərlərinin siyahısı(2006)-cı il.
Belçika–Qazaxıstan münasibətləri
Qazaxıstan–Belçika münasibətləri — Belçika ilə Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr mövcud olmuşdur. == Tarixi == 31 dekabr 1991-ci ildə Belçika Krallığı Qazaxıstan Respublikasının dövlət suverenliyini tanıdı. Diplomatik əlaqələr 25 avqust 1992-ci ildə qurulmuşdur. 15 aprel 1993-cü ildə Qazaxıstan Respublikasının Belçika Krallığındakı Səfirliyi açıldı. 1996-cı ildən D. Pariss Belçikanın Qazaxıstan Respublikasında fəxri konsulu olmuşdur. 1998-ci ilin sentyabr ayından etibarən, Antverpendə iqamətgahı olan Qazaxıstan Respublikasının Belçikadakı fəxri konsulu J. Stupdur. 2006-cı ilin yanvarında Belçikanın Qazaxıstan Respublikasındakı Səfirliyi (Astana) açıldı. 8 iyun 2012-ci ildə A. Xamzayev Qazaxıstan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi. 2017-ci ilin oktyabr ayından etibarən Belçikanın Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alexi de Krombrüxe de Pikendaeldir. == Siyasi əməkdaşlıq == Diplomatik münasibətlərin qurulmasından bəri Qazaxıstan Respublikasının Prezidenti N. Nazarbayev Belçikaya 8 dəfə səfər etmişdir (1993, 2000, 2002, 2006, iki dəfə 2010, 2014 və 2016-cı illərdə).
Belçika–Türkiyə münasibətləri
Türkiyə–Belçika münasibətləri — Türkiyə Respublikası ilə Belçika Respublikası arasındakı ikitərəfli beynəlxalq münasibətlər. Ölkələr Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Aralıq dənizi İttifaqının üzvləridir. Belçika Avropa İttifaqının üzvüdür, Türkiyə isə bu quruma üzv olmaq üçün namizəddir. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == 1837-ci ildə Osmanlı İmperiyası Belçikanın müstəqilliyini tanıyır. 1848-ci ildə ölkələr arasında rəsmi diplomatik əlaqələr qurulur. 2019-cu ilin mart ayında Türkiyə Xarici İşlər Nazirliyi, Belçika məhkəməsinin Kürdüstan Fəhlə Partiyası ilə əlaqəli olduğu iddia edilən 30 nəfərə qarşı təqibə son verdikdən sonra Belçika səfiri Mişel Malerbeyə narahatlıqlarını ifadə etdi. 2019-cu ildə Belçika, Türkiyənin Suriyanın şimal-şərqindəki Sülh Bulağı əməliyyatını tənqid etdi və Türkiyəni dərhal dayanmağa çağırdı. Sonra Belçika hökuməti Türkiyəyə silah embarqosu tətbiq etmək qərarına gəldi. Hal-hazırda Belçikada təxminən 230.000 türk kökənli vətəndaş yaşayır.
Ukraynanın Belçika səfirliyi
Ukraynanın Belçika səfirliyi (ukr. Посольство України в Королівстві Бельгії) — Ukraynanın Belçikanın Brüssel şəhərində yerləşən səfirliyi. Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1992-ci il martın 10-da Ukrayna və Belçika dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Belçika səfirliyi yaradıldı. Ukraynanın Belçikada olan fövqəldə və səlahiyyətli səfiri Nihola Toçishidir. O, 2016-cı ildən bu vəzifədədir.
İkinci dünya müharibəsində Belçika
Belçika İkinci Dünya müharibəsinin başlanğıcından etibarən, 10 May 1940-cı il tarixində Almaniyanın onun ərazisinə işğalına qədər neytral qaldı. 28 may 1940-cı ildə Belçika silahlı qüvvələri Kral Leopold III əmri ilə həbs edildi. Daha sonra Belçika könüllülərindən iki SS şöbəsi (27-ci Flaman və 28-ci Valon) yaradılmışdır. Belçika komandanlığının planı, Lyej cənubundakı süvari və ovçu bölmələri tərəfindən müdafiə olunmasını təmin etdi. Antverpen-Lyej bölməsində, Albert-kanalı tank əleyhinə bir maneə olaraq istifadə edərək, 12 bölmə yerləşdirildi. Qalan 4 bölmə Antverpen və Löven arasında Dil çayı üzərində müdafiə mövqelərini ələ keçirdi. Lyej və Albert-kanalını davamlı müdafiə etməsi planlaşdırılmamışdı. Belçika müdafiə planları ingiltərə-fransız qoşunlarının əmri ilə əlaqələndirilməmişdir. 9 Britaniya bölmələrinin - Belçika - Fransız sərhəd yerləşən 1-ci ordu qrupu (28 bölmələrinin 2, mexanikləşdirilmiş 3, 5 süvari motorlu o cümlədən 4 qoşunları ibarətdir). Onların arxasında əsas komandanın ehtiyatı - 14 bölmə.
Belçika maliyyə xidmətləri və bazarları idarəsi
Belçika Maliyyə Xidmətləri və Bazarları İdarəsi Belçikada maliyyə tənzimləyicisidir. == Tarixi == Belçika Maliyyə Xidmətləri və Bazarları İdarəsi 1 aprel 2011-ci il tarixində maliyyə bazarları üçün məsuliyyəti bölüşdüyü "Əkiz zirvələr" adlanan model altında Belçikada yeni inteqrasiya olunmuş maliyyə tənzimləyicisi kimi Bank, Maliyyə və Bazarlar Komissiyasını əvəz etməklə Belçika Mərkəzi Bankı yaradılmışdır.
Qarabağ atı abidəsi (Belçika)
Qarabağ atı abidəsi (tam adı:Qarabağ atı abidəsi) — Belçikanın Ham şəhərində Qarabağ atına qoyulan abidə Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib. 26 mart 2017-ci ildə Ham şəhərinin mərkəzi meydanında ucaldılıb. Açılış mərasimində Ham şəhərinin meri Dirk De Vis, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov iştirak ediblər. Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd etmişdir. Eyni zamanda öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirmişdir. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Səfir Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd etmişdir. Fuad İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləmişdir.
Xurşidbanu Natəvanın heykəli (Belçika)
Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl. 18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur. 2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb.
Belçikalı Nobel mükafatçılarının siyahısı
Belçikalı Nobel mükafatçılarının siyahısı məqalədə təqdim olunub.
Avstriyalı Mariya Henretta (Belçika kraliçası)
Avstriyalı Mariya Henretta (fr. Marie-Henriette d'Autriche; 23 avqust 1836, Buda – 19 sentyabr 1902, Spa (şəhər), Valloniya[d]) — Müqəddəs Roma imperatoru II Leopoldun nəvəsi, II Belçika kraliçası. Ömrünün son 7 ilini Spa şəhərində keçirdiyi üçün, Spa kraliçası olaraq anılmışdır. == Həyatı == 23 avqust 1836-cı ildə Buda şəhərində dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru II Leopoldun oğullarından Avstriyalı İosif, anası isə onun üçüncü xanımı Vürttemberqli Mariya Doroteyadır. 22 avqust 1853-cü ildə Belçika kralı I Leopoldun böyük oğlu və varisi Şahzadə Leopoldla evləndirildi. Məqsəd isə yeni yaradılan Belçika krallığının bölgədəki nüfuzunu gücləndirmək və katolik Habsburq sülaləsindən bir qız alaraq ölkədəki katolik-prostestant tarazlığını qorumaq idi. Ancaq cütlük bir-birini heç vaxt sevmədi. Avstriya taxt-tacındakı bütün haqlarından imtina etdikdən sonra Mariya Henretta 8 avqust 1853-cü ildə Vyanada evlilik sazişini imzaladı və öncə 10 avqustda Şönbrunn sarayında, ardından 22 avqustda Brüsseldəki kral iqamətgahında keçirilən mərasimlə cütlük evləndi. Mərasimin ardından cütlük Belçika əyalətlərini dolaşdı və Birləşmiş Krallığa səyahət etdi.
Bavariyalı Yelizaveta (Belçika kraliçası)
Bavariyalı Yelizaveta (fr. Élisabeth en Bavière; 25 iyul 1876[…] – 23 noyabr 1965[…], Brüssel) — Bavariya hersoqu Karl Teodorun qızı, III Belçika kraliçası. == Həyatı == 25 iyul 1876-cı ildə Bavariyadakı Possenxofen qəsrində Bavariya hersoqu Karl Teodorun qızı olaraq dünyaya gəldi. 2 oktyabr 1900-cü ildə Münxendə Belçika kralı II Leopoldun qardaşı oğlu Şahzadə Albertlə evləndirildi. Ərinin 1909-cu ildə taxta çıxmasıyla Belçika kraliçası oldu. Hal-hazırda Konqo Demokratik Respublikası ərazisində yerləşən şəhərlərdən biri onun şərəfinə Yelizavetvil (indiki Lubumbaşi) adlandırıldı. Sələflərindən fərqli olaraq daha sadə həyat tərzi yaşayan Yelizaveta bir çox sosial və xeyriyyə fondlarıyla birgə fəaliyyət göstərdi. Alman əsilli olmasına baxmayaraq Birinci Dünya Müharibəsi illərində xalqının yanında oldu. Əriylə birlikdə tez-tez cəbhələri ziyarət etdi və yaralılarla şəxsən maraqlandı. Müharibənin ardından 23 sentyabr-13 noyabr 1919-cu il tarixləri ərzində baş tutan ərinin ABŞ səyahətində oğlu Şahzadə Leopoldla birlikdə iştirak etdi.
Belçikalı Astrid
Belçikalı Astrid Jozefina-Şarlotta Fabrizya Yelizaveta Paola Mariya (fr. Astrid Joséphine-Charlotte Fabrizia Elisabeth Paola Marie de Belgique; 5 iyun 1962, Brüssel) — Belçika kralı II Albertin qızı, Belçika şahzadəsi. 22 sentyabr 1984-cü ildə Avstriya-Este ailəsindən hersoq Lorenzo ilə evləndi və cütlüyün 5 övladı dünyaya gəldi. Şahzadə Amadey Mari İosif (21 fevral 1986) Şahzadə Mariya Laura Zita (26 avqust 1988) Şahzadə Joakim Karl-Mari (9 dekabr 1991) Şahzadə Luiza Maiya Anna (11 oktyabr 1995) Şahzadə Laetiya Mariya Nora (23 aprel 2003) == Mənbə == Guenther, Rocío (7 December 2016). "City Welcomes Princess Astrid of Belgium to San Antonio". San Antonio Report. Liban, Délégation de l'Union Européenne au (3 October 2019). "Envoyé spécial en visite au Liban pour l'encourager à prendre des mesures concrètes pour adhérer au traité historique de désarmement humanitaire". Libnanews, Le Média Citoyen du Liban (in French) Genealogisches Handbuch des Adels, Furstlicher Hauser Bande XVI, C.A. Starke Verlag, Haus Osterreich, Limburg, 2001, pp.
Belçikalı Jozefina-Şarlotta (Böyük Lüksemburq hersoqinası)
Belçikalı Jozefina-Şarlotta (fr. Joséphine-Charlotte Stéphanie Ingeborg Elisabeth Marie José Marguerite Astrid de Belgique; 11 oktyabr 1927 – 10 yanvar 2005) — Belçika kralı III Leopoldun qızı, Böyük Lüksemburq hersoqinası. == Mənbə == Icelandese Presidency Website Archived 2015-07-17 at the Wayback Machine, Josephine Charlotte; stórhertogafrú; Lúxemborg ; 1986-06-09; Stórkross "Notice biographique de S.A.R. la Grande-Duchesse Joséphine-Charlotte".
Belçikalı Klementina
Belçikalı Klementina Albertina Mariya Leopoldina (fr. Clémentine Albertine Marie Léopoldine de Belgique; 30 iyul 1872, Laken sarayı[d] – 8 mart 1955, Nitsa) — Belçika kralı II Leopoldun qızı, de-yure Fransa kraliçası. == Həyatı == 30 iyul 1872-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı II Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Atasının ən kiçik övladı kimi öz səltənətində dünyaya gəldi və 3 sentyabrda vəftiz edildi. Gənclik illərində əmisi Şahzadə Filippin böyük oğlu Boduenə aşiq olsa da, bu sevgisi qarşılıqlı deyildi. Üstəlik, gənc şahzadə hələ 21 yaşında ikən tutulduğu qrip epidemiyası səbəbilə vəfat etdi. Anasıyla münasibətləri yaxşı deyildi və bu səbəblə, anasının onu 1896-cı ildə Bavariya taxt-tacının vəliəhdi Şahzadə Ruprextlə evləndirmək istəyini qəbul etmədi. Anasının ölümündən sonra Fransa taxt-tacının Bonapartist iddiaçısı və de-yure kralı Şahzadə Napoleon Viktor Bonapartla sevgi yaşamağa başlayan Klementina atasının qarşı çıxması səbəbilə evlənə bilmədi. Yalnız atasının 1909-cu ildəki vəfatından sonra cütlük nişanlandı və 1910-cu ildə evləndilər.
Belçikalı Luiza
Belçikalı Luiza Mariya Amaliya (fr. Louise Marie Amélie de Belgique; 18 fevral 1858, Brüssel – 1 mart 1924, Visbaden, Prussiya[d]) — Belçika kralı II Leopoldun qızı, Saksen-Koburq-Qota şahzadəsi. == Həyatı == === İlk illəri === 18 fevral 1858-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 28 martda vəftiz edildi. Vəftiz anası atasının nənəsi Siciliyalı Mariya Amaliya, vəftiz atası isə anasının əmisi Avstriyalı İohann oldu. Cütlüyün ən böyük övladı idi və özündən sonra bir qardaşı və 2 bacısı daha dünyaya gəldi. 1865-ci ildə babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Qapalı saray həyatı boyunca yalnız qohumu olan bəzi monarx ailələrinin övladlarıyla münasibət saxlaya bildi.
Belçikalı Mariya-Esmeralda (III Leopoldun qızı)
Belçikalı Mariya-Esmeralda Adelayd Lilyan Anna Leopoldina (fr. Marie-Esméralda Adelaide Lilian Anne Léopoldine de Belgique; 30 sentyabr 1956) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir. 30 sentyabr 1956-cı ildə Laykendə dünyaya gəldi. Atası taxtdan əl çəkdirilən keçmiş Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. Vəftiz atası isə ögey qardaşı olan II Albertdir. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Esmeralda kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. 5 aprel 1998-ci ildə Londonda ingilis əsilli farmakoloq Sör Salvador Monkada ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi. Aleksandra Leopoldina Monkada (4 avqust 1998, London) Leopold Danyel Monkada (21 may 2001, London) Jurnalistika üzrə təhsil alan Mariya-Esmeralda yazar və jurnalist olaraq fəaliyyət göstərir.
Belçikalı Mariya-Kristina (III Leopoldun qızı)
Belçikalı Mariya-Kristina Dafne Astrid Yelizaveta Leopoldina (fr. Marie-Christine Daphné Astrid Élisabeth Léopoldine de Belgique; 6 fevral 1951, Laken sarayı[d]) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir. 6 fevral 1951-ci ildə Laykendə dünyaya gəldi. Atası Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. 8 martda keçirilən mərasimlə vəftiz edildi və ögey qardaşı olan Boduen vəftiz atası oldu. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Kristina kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. Ancaq doğulduğu il atası III Leopold taxtdan əl çəkdirildi və ögey qardaşı olan Boduen taxta çıxdı. 1960-cı ilədək ailəsiylə birlikdə Layken sarayında yaşadı. Ardından ailəsiylə birlikdə hökumət tərəfindən onlara təsis edilən bir digər malikanəyə köçürüldülər və Mariya-Kristina ilk təhsilinə burada başladı.
Belçikalı Mariya-Xose (İtaliya kraliçası)
Belçikalı Mariya-Xose (it. Maria José del Belgio; 4 avqust 1906[…], Ostende[d], Qərbi Flandriya – 27 yanvar 2001[…]) — Belçika kralı I Albertin qızı, sonuncu İtaliya kraliçası. 34 günlük qısa səltənəti səbəbilə, "May Kraliçası" adlanır. == Mənbə == Saad719 (2 February 2021). "Funeral of Queen Marie Jose of Italy, 2001". The Royal Watcher Cope, Rebecca (28 January 2021). "The extraordinary life of the beautiful, and radical, last Queen of Italy". Tatler "Mussolini 'had affair with Italy's last queen'". The Guardian.
Belçikalı Stefaniya
Belçikalı Stefaniya Klotilda Luiza Harmoniya Mariya Şarlotta (fr. Stéphanie Clotilde Louise Herminie Marie Charlotte de Belgique; 21 may 1864, Brüssel[d] – 23 avqust 1945, Pannonhalma[d], Dyör-Moşon-Şopron) — Belçika kralı II Leopoldun qızı, Avstriya-Macarıstan taxtının vəliəhd şahzadəsi. 21 may 1864-cü ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 25 iyunda vəftiz edildi. Hələ bir yaşında ikən babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Evlənərək Vyana sarayına gəlin göndərilən böyük bacısı Luizanın vastəçiliyi ilə Avstriya-Macarıstan imperatoru I Frans İosifin yeganə oğlu vəliəhd Şahzadə Rudolfla tanış oldu və 10 may 1881-ci ildə cütlük Vyana sarayında evləndi. Bu nigahdan bir qızı dünyaya gələn cütlük xoşbəxt olmadı. Şahzadə Rudolfun çoxlu sayda məşuqəsi vardı və onlardan qazandığı zöhrəvi xəstəliyi xanımına da keçirmişdi.
Belçikalı Şarlotta (Meksika imperatriçası)
Belçikalı Şarlotta (fr. Charlotte de Belgique; 7 iyun 1840[…], Laken[d], Brabant əyaləti[d] – 19 yanvar 1927[…], Brüssel[d]) — Belçika kralı I Leopoldun qızı, Meksika imperatriçası.
II Albert (Belçika kralı)
II Albert (6 iyun 1934[…], Laken[d]) — VI Belçika kralı. 21 iyul 2013-cü ildə səhhətinin pisləşməsini bəhanə edərək taxtdan çəkildiyini elan etdi. Beləliklə, Roma papası XVI Benedikt, Niderland kraliçası Beatriks və Qətər əmiri Həməd ibn Xəlifə Sanidən sonra 2013-cü ildə səltənətdən çəkilən dördüncü monarx oldu. == Mənbə == Matthew Price (3 July 2013). "Belgium's King Albert II announces abdication". BBC News. White, Sam (3 July 1953). "Europe's Most Slandered Princess". Pittsburgh Press. Bacchi, Umberto (18 June 2013).
I Albert (Belçika kralı)
I Albert (fr. Albert Ier) və ya Saksen-Koburq-Qotalı Albert Leopold Klement Mari Maynred (fr. Albert Léopold Clément Marie Meinrad de Saxe-Cobourg et Gotha) (8 aprel 1875[…] – 17 fevral 1934[…]) — III Belçika kralı. == Həyatı == 8 aprel 1875-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Flandriya qrafı Şahzadə Filipp Belçika kralı I Leopoldun oğlu, o əsnada taxtda oturan II Leopoldun isə kiçik qardaşı idi. Anası Hohensollernli Mariya Luiza Aleksandra isə Almaniya kralı II Vilhelmin qohumu idi və Hohensollern ailəsinin taxtda olmayan katolik qoluna mənsub idi. Doğulduğu əsnada taxt sıralamasında üçüncü yerdə idi. Ancaq 1891-ci ildə qardaşı Şahzadə Boduenin, 1905-ci ildə isə atası Şahzadə Filippin vəfatı ilə əmisi II Leopoldun və Belçika taxtının yeganə varisi oldu. Əmisi II Leopoldun 1909-cu ildə vəfatının ardından taxtın yeganə varisi kimi taxta çıxdı. Keçirilən tacqoyma mərasimində sələflərindən fərqli olaraq fransızca deyil, flamand dilində and içərək yenilik etdi.
I Leopold (Belçika kralı)
I Leopold (fr. Léopold Ier; alm. Leopold I‎) və ya Saksen-Koburq-Zaalfeldli Leopold Corc Kristian Fridrix (fr. Léopold Georges Chrétien Frédéric de Saxe-Cobourg-Saalfeld; alm. Leopold Georg Christian Friedrich von Sachsen-Coburg-Saalfeld‎) (16 dekabr 1790[…], Koburq – 10 dekabr 1865[…], Laken[d], Brüssel) — ilk Belçika kralı. Saksen-Koburq-Zaalfeld hersoqu Fransiskin ən kiçik oğlu olan Leopold Rusiya imperiya ordusunda xidmət etdi və Napoleon müharibələrində Saksen-Koburqu işğal edən fransız qüvvələrinə qarşı döyüşdü. Napoleon Bonapartın məğlubiyyətinin ardından Leopol Birləşmiş Krallığa yollandı və burada 1816-cı ildə naib Şahzadə Corcun qızı Uelsli Şarlotta ilə evləndi. İlk evliliyində xoşbəxt olsa da, çox keçmədən xanımı doğuş əsnasında vəfat etdi. Buna baxmayaraq Leopold Birləşmiş Krallıqdakı nüfuzunu itirmədi. Yunanıstan İstiqlaliyyət Müharibəsinin (1821-1830) ardından toplanan Birinci London konfransında Yunanıstan taxt-tacı Leopolda təklif edilsə də, bölgədəki qeyri-sabitlik səbəbilə bu təklifi qəbul etmədi.
Kalabriyalı Paola (Belçika kraliçası)
Kalabriyalı Paola (it. Paola Ruffo di Calabria; 11 sentyabr 1937[…], Forte-dey-Marmi[d], Toskana) — Belçika kralı II Albertin xanımı, VI Belçika kraliçası. == Mənbə == Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, p. 226. ISBN 0-220-66222-3 de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. Le Petit Gotha. Nouvelle Imprimerie Laballery, Paris 2002, p. 702 (French) ISBN 2-9507974-3-1 Willis, Daniel, The Descendants of Louis XIII, Clearfield Co., Inc., Baltimore, Maryland, 1999, p.
Orleanlı Luiza (Belçika kraliçası)
Orleanlı Luiza (fr. Louise d'Orléans) və ya Orleanlı Luiza Mariya Tereza Şarlotta İzabella (fr. Louise Marie Thérèse Charlotte Isabelle d'Orléans) (3 aprel 1812[…], Palermo – 11 oktyabr 1850[…], Ostende[d], Qərbi Flandriya) — Fransa kralı I Lui-Filippin qızı, I Belçika kraliçası. 3 aprel 1812-ci ildə Palermo, Siciliyada dünyaya gəldi. Atası Orlean hersoqu və gələcək Fransa kralı Lui-Filipp, anası isə Mariya Amaliyadır. 1830-cu ildə atası Fransanın son kralı olaraq taxta çıxdı və kralın böyük qızı olaraq münasib bir namizədlə evlənməsi planlaşdırıldı. Nəticədə, 9 avqust 1832-ci ildə Belçika kralı I Leopoldla evləndirildi və cütlüyün bu nigahdan 4 övladı doğuldu. Lui-Filipp (24 iyul 1833 - 16 may 1834) II Leopold Filipp, Flandriya qrafı Şarlotta, Meksika imperatriçası == Mənbə == Madeleine Lassère (2006). Louise, reine des Belges. 1812-1850.
İsveçli Astrid (Belçika kraliçası)
İsveçli Astrid (isv. Astrid av Sverige; 17 noyabr 1905, Arvfyurstens-palats[d], Stokholm, İsveç – 29 avqust 1935) — İsveç kralı II Oskarın nəvəsi, Karl Bernadotun qızı, IV Belçika kraliçası. 1926-cı ilin sentyabrında Belçika kralı I Albertin oğlu Şahzadə Leopoldla nişanlandı. Cütlük 4 noyabrda Stokholmda, 10 noyabrda isə Brüsseldə keçirilən mərasimlə evləndilər. Bu nigahdan cütlüyün 3 övladı doğuldu. Jozefina-Şarlotta, Böyük Lüksemburq hersoqinası Boduen, Belçika kralı II Albert, Belçika kralı Ərinin 1934-cü ildə taxta çıxmasıyla Belçika kraliçası oldu. Qısa səltənəti əsnasında xeyriyyə işləriylə məşğul olan Astrid 29 avqust 1935-ci ildə əri III Leopoldla düşdüyü avtomobil qəzası nəticəsində həlak oldu. == Mənbə == Lerche, Anna; Mandal, Marcus (2003). A royal family : the story of Christian IX and his European descendants. Copenhagen: Aschehoug.

Значение слова в других словарях