BEYİNCİK

i. anat. cerebellum (pl. -lums / -la)

BEYİN
BEYİNƏBƏNZƏR
OBASTAN VİKİ
Beyincik
Beyincik – hərəkətlərin müvazinətini tənzimləyən mərkəzi orqan. Fəaliyyəti reflektor olaraq əzələ tonusunu, hərəkətlərin tarazlığını, müvazinətini və sinergiyasını saxlamaqdır. Arxa kəllə çuxurunda yerləşir, dördüncü mədəciyin damını təşkil edir; onun yuxarı səthi beyin yarımkürələrinin ənsə payından sərt qişanın bir hissəsi ilə ayrılır, aşağıda beyincik böyük ənsə dəliyinə yaxınlaşır. İki yarımkürədən (hemisferia cerebelli) və ortada yerləşən soxulcandan (vermis) ibarətdir. Ağ maddənin daxilində beyincik nüvələri yerləşir: dişli nüvə (n.dentatus), mantarabənzər nüvə (n.emboliformis), şarabənzər nüvə (n.globosus) və dam nüvəsi (n.fastigii).3 cüt ayaqcıqlar vasitəsilə uzunsov beyinlə (aşağı ayaqcıqlar), varoli körpüsü ilə (orta ayaqcıqlar) və orta beyinlə (yuxarı ayaqcıqlar) əlaqələnir. Beyincik funksiyasının yerinə yetirilməsi beyin qabığından gələn müvazinət impulsları və onurğa beyindən qalxan yolların bədənin mühitdə yerləşməsi haqqında verilən informasiya ilə əmələ gəlir. Arxa kəllə çuxurunda, körpü ilə uzunsov beynin arxasında və beynin ənsə paylarının altında yerləşir. Frontal ölçüsü- 3–5 sm və çəkisi 150 qramdır. Beyincik iki yarım kürədən- hemispheria cerebeli və onların ortasında yerləşən soxulcandan-vermis, ibarətdir. Əsas funksiyası hərəkətin kordinasiyasına nəzarətdir.

Digər lüğətlərdə

вы́вязать нау́живать незамерза́ющий ре́дко термоэлектри́чество шало́нник яса́к за́тепло злопа́мятность командиро́вочный охмуря́ть па́даль попра́вить расхля́банно кантарь channel off ethmoid helmet-shell multistorey spelling bee вздыбить вмиг манёвр омела смежник