Bu, parçanın boz (ağ) rəngdə olan formasıdır. Bəyaz gecələr ifadəsindəki bəyaz sözü ilə eyni kökə malikdir. Бязь formasında rus dilində də işlədilir. Guya əsli ərəb dilinə mənsubdur, amma mən belə hesab edirəm ki, boz sözü bizdən ərəblərə keçib və bir qədər dəyişərək bəyaz şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bezmək və bezikmək feilləri var. Bezikmək sözü gecikmək qəlibi üzrə yaranıb. Deməli, addan düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)