Bişi
Çörək növünün adıdır. Lənkəran, Ağsu, Bakı, Şamaxı bölgələrində bu çörək növünə daha çox üstünlük verilir. Güman ki, mənşəcə “bişirmək” felinfən düzəlmiş isimdir. “Yağ, yumurta, süd və şəkərə qarışdırılmış undan bişirilən çörək” anlamında Bakı, Şamaxı, Ağsu, Lənkəran dialekt və şivələrində işlənir.
Xalamgildən gətirilmiş bişi çox daddı idi.(Lənkəran) (1, 81)
Bişi sözünün sonundakı -i4 şəkilçisi dilimizdə məhsuldar olub, əşya adı bildirən isimlər düzəldir; Məs.: ölü, çəki, qorxu, sürü, yazı, ütü (feillərdən), turşu, şirni (sifətlərdən) və s. Bu şəkilçi -ıq4 şəkilçisi ilə eyni vəzifəli olub, tarixən onun son samitinin itirməsi ilə yaranmışdır. Qeyd etməliyik ki, bu şəkilçini birvariantlı alınma -i, -vi şəkilçisi ilə eyniləşdirmək olmaz. Gəncəvi, Süruri, Şahi kimi sözlərdəki -i, -vi alınmadır və təxəllüslə yanaşı, bir sıra sifətlər də düzəldir: inqilabi, həyati, mənəvi və s. (13, 61)
Azərbaycan dilinin dialektlərində işlənən “tapı” xörək adının sonunda da –ı morfoloji göstəricisindən istifadə edilmişdir.