Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xədicə
Xədicə binti Xüveylid (556, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Dərincə Bələdiyəspor
Həzrəti Xədicə

Xədicə (ad)
Xədicə — qadın adı. Ərəb mənşəyi addır. Mənası vaxtından qabaq doğulmuş qız deməkdir. == Etimologiya == Xədicə — Məhəmməd peyğəmbərin həyat yoldaşı. Fatimənin anası. Xədicə Sultan xanım — Azərbaycan şairəsi Xədicə Abbasova — Müğənni. Filmlərdə mahnı ifa edən. Xədicə Qayıbova — ilk azərbaycanlı pianoçulardan biri. Xədicə Qazıyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti. Xədicə Əlibəyova — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor.
Xədicə Abbasova
Xədicə Abbasova (oktyabr 1957) — Azərbaycan müğənnisi. == Həyatı == Xədicə Abbasova 1957-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Mahnı teatrına solist kimi dəvət olunub. 1994-cü ildən Türkiyədə yaşayır. Bəstəkar Emin Sabitoğlunun həyat yoldaşıdır. == Filmoqrafiya == Evləri köndələn yar (film, 1982) Bəyin oğurlanması (film, 1985) Emin Sabitoğlu (film, 2002) == Mahnıları == "Güllər" – (musiqisi E. Sabitoğlunun, sözləri N. Rəfibəylinin) "Qatar", "Gecə", "Leyla", "Alagözlüm", "İllər", "Bu gecə".
Xədicə Aslan
Xədicə Aslan (20 fevral 1962, Sivas) — Türkiyə aktrisası. == Həyatı == Hatice Aslan 20 fevral 1962-ci ildə Sivasda doğulmuşdur. Uşaqlığı Sivasdakı Qazı Burhanəddin məhəlləsində keçmişdir. 9 uşağın altıncısıdır. Sivas liseyində oxuyub. Atası Xəlifə Aslan dövlət dəmir yollarında işləyirdi, əslən Malatyanın Kuluncak qəzasına bağlı Darılı (Çörmü) kəndindəndir. Anası Rəhmə Aslan isə Sivasın Hambal kəndindəndir. 1979–1983-cü illərdə Ankara Dövlət Konservatoriyasında təhsil alıb. Konservatoriyasından məzun olduğu il Dövlət teatrına daxil olub. 1986-cı ildə İzmir dövlət teatrına köçürülüb.
Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı == Həyatı == Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə, Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində anadan olmuşdur. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir.. Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır. Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir. == Fəaliyyəti == Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad.
Xədicə Qayıbova
Xədicə Osman bəy qızı Qayıbova (24 may 1893, Tbilisi, Rusiya imperiyası – 27 oktyabr 1938, Bakı, SSRİ) — incəsənət xadimi və Azərbaycanın ilk qadın pianoçularından biri. == Həyatı == Xədicə Qayıbova 24 may 1893-cü ildə ailəsinin altıncı uşağı olaraq Tbilisidə dünyaya gəlmişdir. Atası torpaq idarəsində çalışan və Tbilisinin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar məktəbinə daxil olmasına nail oldu. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də aldı. 1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurmuş, eyni zamanda professor N. Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülmüşdür. Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım Nadir Qayıbovla ailə həyatı qurdu. Onu da qeyd etmək lazımdır ki, Hüseyn Əfəndi Qayıbov həmçinin bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub.
Xədicə Qazıyeva
Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan – 7 iyun 1991) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı. O, 200-dən çox obrazla qarşılaşmışdır. Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib. Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.
Xədicə Sultan
Xədicə Sultan xanım — XVII əsr Azərbaycan şairəsi. Xədicə Sultan (d.1465 - ö. 1500) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. Xədicə Sultan (d. 1495 - ö. 1538) — 9. Osmanlı sultanı I Səlimin qızı. Xədicə Sultan (d. 1608 - ö.
Xədicə İsmayıl
Xədicə İsmayıl, bəzən Xədicə İsmayılova (tam adı: Xədicə Rövşən qızı İsmayılova; 27 may 1976, Bakı) — Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə İsmayılova 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləmişdir. == Fəaliyyəti == "Exo", "Caspian Business News", "Eurasinaet.org", "Washington Times", "The New York Times", "BBC", "Deutsche Welle", "Voice of America" (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazmışdır. Xədicə İsmayılova həm də İranda və Azərbaycanda insan hüquqları, eləcə də neft, iqtisadiyyat, daxili və regional siyasət barəsində materialların müəllifidir. Öz yazılarına görə 2001-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi mükafatına layiq görülmüşdür. Eyni zamanda Xədicə İsmayılova jurnalistika sahəsində təlimçi kimi kifayət qədər tanınır. == Həbs olunması == Xədicə İsmayıl 2014 ilin dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə ittihamı irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə — cinayyət məcəlləsinin (CM) 179.3.2 (mənimsəmə və israf etmə — külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.
Xədicə İsmayılova

Xədicə Əlibəyova
Xədicə Əlibəyova (1884, Tiflis – 1961, Bakı) — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor. == Həyatı == Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. == Fəaliyyəti == Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" qəzəti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzətin (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran "İşıq" qəzətində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar "İşıq"ın ətrafında böyük bir ümidlə birləşmişdilər.
Xədicə gülü
Xədicəgülü (lat. Galanthus) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Mahfiruz Xədicə Sultan
Mahfiruz Xədicə Sultan (təq. 1590 – 1620, Konstantinopol) — Sultan I Əhmədin baş hasəkisi və Osmanlı sultanı II Osmanın anası. == Həyatı == 1590-cı ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Atası çərkəz kabardinlərinin kral xanədanına mənsub olan Əmir Əlqas Çerkasski idi. Böyük babası Əmir Bitu Mustafa Paşa Çerkasski, Sultan Süleymanın xanımı Mahidövran Sultanın qohumlarından idi. Bacısı Şahincan Xatun sonralar Abaza Mehmed Paşa ilə evləndirilmişdir. Hələ uşaq yaşlarında ikən, 1601-ci ildə sarayın eşikağası Sərvazad Xatun tərəfindən saraya alınaraq xüsusi təlim-tərbiyə almışdır. Özü də əslən çərkəz olan qaynanası Handan Sultanın gözünə girən Mahfiruz 1604-cü ildə Sultan I Əhmədə təqdim olunur. 3 noyabr 1604-cü ildə I Əhmədin ən böyük oğlu olan II Osmanı dünyaya gətirərək sarayda Validə sultandan sonra ən güclü ikinci qadın olmuşdur. I Əhmədin nənəsi Safiyə Sultanın köhnə saraya göndərilməsi və Handan Sultanın gənc yaşda vəfatı ilə sarayı idarə etməyə başlamışdır.
Turhan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. == Həyatı == Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
Turxan Xədicə Sultan

Xədicə Həlimə Xatun
Tacünisa Xədicə Həlimə Xatun (d. 1415, Kastamonu - ö. 1500, Bursa) - 6. Osmanlı padşahı II Muradın hərəmi və Candaroğlu II Tacəddin İbrahiminin qızıdır. == Həyatı == Xədicə Həlimə Xatun Candaroğlu II İbrahim bəyin qızı idi. 1425-ci ildə Ədirnədə böyük bir mərasimlə II Muradla evləndirildi. Eyni mərasimdə II Muradın bacıları Səlcuq Xatun və Sultan Xatun da Candaroğulları bəyliyindən olan şəxslərlə evləndirildi. Bu evliliklər tamamilə siyasi məqsədlər daşıyırdı. Nəticədə Osmanlı dövlətinin şərq sərhədlərinin təhlükəsizliyi təmin edildi. Bu münasibətlər gələcəkdə sultan olan II Mehmed dönəmində də davam etdirildi.
Xədicə Müəzzəz Sultan
Xədicə Müəzzəz Sultan (v. 12 sentyabr 1687, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Əhmədin anası. Oğlunun səltənətini görə bilmədiyi üçün Validə sultan ola bilməmişdir. == Həyatı == Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 1642-ci ilin yanvarında ilk övladı Ümmügülsüm Sultanı, 25 fevral 1643-cü ildə isə oğlu Şahzadə Əhmədin dünyaya gəlməsiylə Sultan İbrahimin üçüncü hasəkisi oldu. Bu dövrdə 1000 axca günlük məvacib alan Müəzzəz Sultan, bir çox tarixi mənbədə Sultan İbrahimin hərəmindəki ən gözəl qadın olduğu qeyd olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Xədicə Sultan xanım
Xədicə Sultan xanım — Azərbaycan şairəsi == Həyatı == Xədicə Sultan xanım Həsənəli xan Dağıstaninin qızı, "Riyazüş-şüəra"nın müəllifi Əliqulu xan Valehin əmisi qızıdır. Əmisi oğlu ilə sevişmiş, onunla eyni bir mədrəsədə təhsil almışdır. Şairə Nadir Şahın hakimiyyəti dövründə İsfahanda yaşamışdır. == Şeirləri == Mən saqiyəm-şərab hazır, Təşnə aşiq, bax ab hazır. Ləl dodağım sudur sənə, Buyur mənim ləllərimə. Gözəlliyin qarşısında, Günəş özü nə karədir. Buyur mənəm, ömür gedir, Buyur mənəm, günəş hazır.
Xədicə binti Xüveylid
Xədicə binti Xüveylid (556, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Xədicə Şükriyə Sultan
Xədicə Şükriyə Sultan (24 fevral 1906, Konstantinopol – 1 aprel 1972, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Şükriyə Sultan 24 fevral 1906-cı ildə atasına məxsus Çamlıca köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 10 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacısı Mihrişah Sultan və qardaşı Nizaməddin Əfəndiylə birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Şükriyə Sultan hələ 17 yaşında ikən Sultan Əbdülməcidin nəvəsi (Süleyman Əfəndinin oğlu) Şərafəddin Əfəndiylə nigahlandı. Cütlüyün toy mərasimi 14 noyabr 1923-cü ildə Nişantaşı köşkündə baş tutdu. Ancaq cəmi bir neçə ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şükriyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri oldu.
Qar xədicə gülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Integrated access device
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Enhanced Small Device Interface
ESDI (Enhanced Small Device Interface) – yüksək tutumlu sərt disklərin, yumşaq disklərin disksürənlərinin və lent qurğularının verilənləri kompüterlə yüksək sürətlə mübadilə etmələri üçün 20-ci əsrin 80-cı illərində məşhur olan standart. ESDI sinifli qurğular, adətən, verilənləri təxminən 10 Mbit/san sürətlə ötürürdü, ancaq onlar iki dəfə tez də işləyə bilərdi. İndi ESDI, praktiki olaraq, istifadədən çıxarılıb.