BIA

Business Impact Analysis Fəaliyyətə təsirin analizi
Between-the-lines entry
BIND
OBASTAN VİKİ
Bia
Biansa Miquela Landrau (ing. Bianca Miquela Landrau; 16 avqust 1991, Medford[d], Massaçusets) — əsasən Bia ləqəbi ilə tanınan ABŞ musiqiçisi. == Həyatı == Bia 16 avqust 1991-ci ildə Massaçusets ştatının Medford şəhərində anadan olmuşdur. Əslən Porto-Rikalı və italyandır. Qısa müddət kollecdə oxusa da, buranı tərk edib musiqi karyerasına addım atmışdır. 2017-ci ildə Los-Ancelesə köçdü.
Biab (Zəncan)
Biab — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən cənubdadır.
Biafadalar
Biafadalar, biafarlar - tendalar qrupundan xalq. == Haqqında == Biafadalar Qvineya-Bisaunun cənub-şərqində və Bijaqos adalarında, həmçinin Qvineyanın şimal-şərqində yaşayırlar. Sayları 80 min nəfərdir (1995). Bidyoqolara, balantelərə, bolalara, mankanyalara, papellərə və başqa xalqlara qohumdurlar. Biafada dilində danışırlar, portuqal dilinin kreol variantı da yayılmışdır. Ənənəvi dini etiqadlarını saxlayırlar, xristianlar da var. Əsas məşğuliyyətləri adalarda balıqçılıq, kontinental bölgələrdə talalarda toxa əkinçiliyi (çəltik, qarğıdalı, kökümeyvəlilər, tərəvəz, meyvə) və yığıcılıqdır (yabanı yağlı palmanın meyvələri və s.). Əsasən donuz yetişdirirlər, davar və qaramal da saxlayırlar. Dairəvi planlı hörmə, kiçik komalarının konusvari damı ot və yarpaqlarla örtülür. Poligin ailələrdə hər arvadın öz koması var.
Biak adaları
Biak adaları (ind. Kepulauan Biak, ing. Schouten Islands) — İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxil olan, elə də böyük olmayan arxipelaq. Arxipelaq Yeni Qvineyadan şimalında, Çerdravasix körfəzinin daxilində yerləşir. == Coğrafiyası == Üç iri: Biak (1746 km²), Supiori (659 km²), Numfor (335 km²) və bir necə kiçik adadan ibarətdir. Ümumi sahəsi 2602 km²-dir. Adalar ekvatorial iqlim qurşağında yerləşir. İl ərzində orta illik temperatur 27 °C-dir. İllik yağıntının miqdarı 2850 mm-dir. == Əhalisi == Əhalinin əsas etiqad etdiyi din xristianlıqdır.
Biak adası
Biak adası (ind. Pulau Biak) — Biak adalarının ən böyük adası. İnzibati baxımından İndoneziyanın Papua vilayətinə daxildir. Ada Yeni Qvineyadan cənub-şərqdə, Supiori adasından cənub-şərqdə, Çerdravasix körfəzinin daxilində yerləşir. Adanın sahəsi 1904,3 km²; sahil xətdinin uzunluğu 230,8 km-dir. Adanın cənub sahillərində Biak şəhəri yerləşir. Əhalisinin əksəriyyətini melayneziyalılar təşkil edir. Əhali xristian dininə etiqat edir. Adada Frans Kaisiepo hava limanından Cayapura və Cakartaya bir başa reyslər təşkil edilir. == Tanınmış şəxsləri == Frans Kaisiepo (1921–1979) — indoneziyalı dövlət və siyasi xadim.
Culian Biankone
Culian Biankone (31 mart 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Biankone Monako akademiyası vasitəsilə inkişaf etmişdir. Biankone peşəkar karyerasında debütünü 28 noyabr 2018-ci ildə Atletiko Madrid klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə Monako rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. Biankone karyerasında ilk qolunu 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda vurmuşdur. O, 70-ci dəqiqədə qolla yadda qalmış və komandası Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. Biankone Fransada anadan olmuşdur. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Emilia bianoensis
Emilia bianoensis (lat. Emilia bianoensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü.
Euphorbia biaculeata
Euphorbia biaculeata (lat. Euphorbia biaculeata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Falco biarmicus
Bığlı qızılquş (lat. Falco biarmicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçindən iridir. Başının üstü kürəndir. “Bığları” zəifdir. Bel tərəfi qonur, qarın tərəfi isə ağımtıldır və üzərində naxışlar uzanır. Quyruğu tünd bənövşəyi rənglidir və köndələn qonur zolaqlar var. Afrikada, Aralıq dənizi ətrafında, Kiçik Asiyada, İraqda və Cənubi Qafqazda yayılıb. Azərbaycanda Qobustanda və Naxçıvan MR-də Şahbuz rayonu Dərəboğaz və Qızılqışlaq qayalığında nəsil verməsi göstərilib.
Hermione biancae
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Hyalosema biantennatum
Bulbophyllum biantennatum (lat. Bulbophyllum biantennatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Papua-Yeni Qvineya üçün endemik növdür.
Miron Bialoşevski
Miron Bialoşevski (1922–1983) — Polşa şairi, nasir, dramaturq, aktyor və rejissor. O, müharibə illərində gizli universitetdə oxuyur, amma təhsilini başa vura bilmir. Varşava üsyanı yatılıdıqdan sonra almanlar tərəfindən həbs edilir və atası ilə birlikdə Almaniyaya işlədilməyə aparılır. Ordan qaça bilir. Sonralar kiçik bir teatr (Teatr Osobny) yaradır və orda aktyor və resijjor kimi çıxış edir. Miron Bialoşevskinin yaradıcılığında məşhur Varşava üsyanı xüsusi yer tutur. O, həyatın boz günlərində də işıq və ümid arayırdı. Danışıq dilininpoetik istifadə ustası sayılan Miron Bialoşevski, həm də aktyor və rejissor idi. Miron Bialoşevskinin avtobioqrafik "Varşava üsyanının gündəliyi" kitabı böyük rezonansa səbə olur və 1970-ci ildə Polşanın Mədəniyyət və Mədəni İrs nazirliyi tərəfindən mükafatlandırılır. Miron Bialoşevski (1922–1983) (Polşa).
Oliver Bias
Oliver Bias (15 iyun 2001-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Bias Erzgebirge Aue akademiyası vasitəsilə inkişaf etmişdir. Bias öz peşəkar karyerasında debütünü 2 avqust 2018-ci ildə Allsvenskan təmsilçisi olan Hakken klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə İbrahima Konateni əvəz etmişdir. UEFA Avropa Liqasının təsnifat mərhələsi görüşündə Leypziq rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 2 avqust 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Prienli Bias
Prienli Biant (eləcə də Viant, Bias, Vias, Priendən olan Biant, q.yun. Βίας ο Πριηνεὺς; təq. e.ə. 600 – təq. e.ə. 530) — Qədim Yunanıstan müdriki və ictimai xadim, Yeddi müdrikdən biri.
Suzanna Bianco
Suzanna Bianco (15 mart 1973; San-Xose, ABŞ) — Birləşmiş Ştatları təmsil edən bədii üzgüçü. Suzanna Bianco Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Suzanna Bianco Olimpiadanın qalibi olub.
Trichospira biarista
Trichospira (lat. Trichospira) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Trichospira verticillata (L.) S.F.Blake Sinonim Bidens verticillata L. Rolandra reptans Willd. ex Less. Rolandra septans Willd. ex Less. [Illegitimate] Salmea verticillata (L.) Druce Trichospira biarista Less. [Illegitimate] Trichospira biaristata DC. [Illegitimate] Trichospira biaristata Less. Trichospira menthoides Kunth Trichospira prieurei DC. Trichospira pulegium Mart.
Trichospira biaristata
Trichospira (lat. Trichospira) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Trichospira verticillata (L.) S.F.Blake Sinonim Bidens verticillata L. Rolandra reptans Willd. ex Less. Rolandra septans Willd. ex Less. [Illegitimate] Salmea verticillata (L.) Druce Trichospira biarista Less. [Illegitimate] Trichospira biaristata DC. [Illegitimate] Trichospira biaristata Less. Trichospira menthoides Kunth Trichospira prieurei DC. Trichospira pulegium Mart.
Valeriya Biançi
Valeriya Biançi (d. 16 sentyabr 1985; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Valeriya Biançi Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Biancaea
Biancaea (lat. Biancaea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Biancaea decapetala
Biancaea decapetala (lat. Biancaea decapetala) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü. Təbii halda Yaponiyada, mədəni halda Cənubi Avropada, Qafqazın Qara dəniz sahillərində əkilib, becərilir. Yarpağı tökülən, qollu-budaqlı, çox tez böyüyən koldur. Budaqları uzun, nazik olub, aşağıya doğru əyilir, üzərində möhkəm tikanları yerləşir. Yarpaqları mürəkkəb lələkvaridir. Əsas yarpaq oxu tikanlı, 3-8 cüt budaqlıdır. Hər yarpaq saplağının üzərində 10-20 ədəd yarpaqcıqlar düzülmüşdür. Yarpaqcıqlar 1,5-2 sm uzunluğunda, uzunsov, ucu küt, qaidədən dəyirmi, üstdən çılpaq, aşağıdan isə tüklüdür. Yarpaqaltlığı xırda, töküləndir.
Biancaea sappan
Biancaea sappan (lat. Biancaea sappan) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biancaea cinsinə aid bitki növü.
Biafra körfəzi
Biafra (ing. Bight of Biafra; fr. Golfe du Biafra; Bonni, ing. Bight of Bonny; fr. Golfe de Bonny) — Atlantik okeanında yerləşən Qvineya körfəzinin bir hissəsi olan körfəzdir. Niger çayının mənsəbindən Lopez burnuna (Qabon) qədər uzanır. Körfəzin suları Nigeriya, Kamerun, Ekvatorial Qvineya və Qabon sahillərini yuyur. Böyük Bioko adasının yerləşdiyi körfəzə Kamerun, Vuri, Munqo və Munqazi çayları axır. Körfəzin adı avropalılar tərəfindən “mafra” etnoniminin təhrif edilməsindən yaranmışdır. 1972-ci ildə Biafra əyalətinin ayrılması naminə başlanmış olan Nigeriya vətəndaş müharibəsindən sonra körfəzin adı separatçı yer adı olduğu əsas gətirilərək Nigeriya hökuməti tərəfindən dəyişdirilmiş və Bonni körfəzi (buxtanın sahilində yerləşən Bonni şəhərinin adı ilə) adlandırılmışdır.
Bianka Mariya Vizkonti (Milan hersoqinası)
Bianka Mariya Vizkonti (it. Bianca Maria Visconti; 31 mart 1425, Bornasko[d], Paviya əyaləti – 23 oktyabr 1468, Kremona, Kremona əyaləti) — Milan hersoqu Filippo Mariya Vizkontinin qızı və I Françesko Sforzanın ikinci xanımı, Milan hersoqinası. Bueno de Mesquita, D. M. (Daniel Meredith) (2011) [1941]. Giangaleazzo Visconti, Duke of Milan (1351-1402): A Study in the Political Career of an Italian Despot (reprint ed.). Cambridge, UK: Cambridge University Press. ISBN 9780521234559 Tuchman, Barbara Wertheim (1978). A distant mirror : the calamitous 14th century. New York: Knopf. p. 240.
Biafra
Biafra Respublikası (ing. Republic of Biafra) — Nigeriyanın cənub-şərq hissəsində 30 may 1967-ci ildən 15 yanvar 1970-ci ilə qədər mövcud olan qismən tanınan dövlət. Dövlət Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasa da, Qabon, Haiti, Fil Dişi Sahili, Tanzaniya və Zambiya kimi dövlətlər tərəfindən tanınmışdı.
Devid Bial
Devid Bial (ing. David Biale; 25 iyul 1949[…] – 28 iyul 2024, Berkli, Kaliforniya) — yəhudi tarixi üzrə ixtisaslaşmış ABŞ tarixçisi. Bial 1971-ci ildə Berklidə Kaliforniya Universitetində tarix üzrə dərəcə qazanmış və 1972-ci ildə müasir Avropa tarixi üzrə magistr dərəcəsini tamamlamaq üçün universitetdə qalmışdır. Doktorluq təhsili zamanı Bial yəhudi tarixi üzrə ixtisaslaşmış və 1977-ci ildə Los-Anceles Kaliforniya Universitetindən fəlsəfə doktoru dərəcəsi almışdır. 1977-ci ildən 1986-cı ilə qədər SUNY Binhemtonda tarix fakültəsində dərs demiş və Yəhudi Tədqiqatları Proqramına rəhbərlik etmişdir. 1986–1999-cu illərdə Bial Yəhudi Tarixi üzrə Koret Professoru və Aspirant Teoloji İttifaqında Yəhudi Araşdırmaları Mərkəzinin direktoru olmuşdur. Daha sonra Emanuel Ringelblum Yəhudi Tarixi üzrə Görkəmli Professor kimi Deyvis Kaliforniya Universitetində çalışmışdır. Bial 1999-cu ildə Guggenhem təqaüdü almışdır. 28 iyul 2024-cü ildə Bial 75 yaşında prostat xərçəngindən vəfat etmişdir.