BİDƏT

Məhəmməd peyğəmbər və onun səhabələrinin zamanında olmayan, sonra İslam dininə gətirilmiş bütün yeniliklərdir. Bidətin iki tərifi vardır: 1. İslam alimlərindən bəziləri Məhəmməd peyğəmbərdən sonra İslamda ortaya çıxan yeni hər bir şeyi bidət hesab edirlər. Onlara görə, “yenilik” geniş anlayışdır. Onlar bütün yenilikləri iki hissəyə ayırırlar. Birincisi, Quran və peyğəmbərin göstərdiyi yola qarşı olmayan, ikincisi isə bunlara qarşı olan bidətlərdir. Buna görə də, İslam hüququnda bunlar dərəcəsinə görə vacib, mübah, məkruh, haram kimi kateqoriyalarla dəyərləndirilir. İslam əqidəsi ilə təzad təşkil etməyən hər hansı bir elmi yenilik İslam dünyagörüşündə xoş qarşılanır. Məsələn, fiqhdə problemin həlli yolunda hər hansı bir yeniliyin ortaya qoyulması və ya bu qəbildən olan bütün yeniliklər xoş qarşılanan bidətlərdəndir. 2. Digər müsəlman alimləri isə dindəki yenilik probleminə başqa cür yanaşırlar. Onlara görə, Quran və peyğəmbərin peyğəmbərin göstərdiyi yola uyğun olan anlayışları bidət adlandırmaq olmaz. Beləliklə, bu alimlərə görə İslamın ilk qaynaqlarında anılmış başlıca ideyalar, sonra inkişaf etdirilibsə onları bidət kimi dəyərləndirmək doğru deyildir. Məsələn, minarələrin tikilməsi, kitabların yazılmasını göstərmək mümkündür. Bütün bunlar Məhəmməd peyğəmbərin dövründə bizim anladığımız anlayışlarda olmasa da, onlara yaxın formalarda mövcud olmuş, sonralar isə inkişaf etdirilmişdir. Məsələn, peyğəmbərin dövründə minarələr olmasa belə, müsəlmanlar uca yerlərdən azan oxumaqla müsəlmanları Allaha ibadət etməyə dəvət edirdilər. Peyğəmbərin sağlığında müasir məktəblər olmasa belə, peyğəmbər hamını dinin əsaslarını öyrənməyə və öyrətməyə səsləmiş, bu məqsədlə dini bilən müəllimləri müxtəlif qəbilələrə göndərmişdir. Buna görə də, bütün bunlar bidət hesab edilmir. Bu alimlərə görə, Quran və peyğəmbərin hədislərində adı keçməyən müəyyən şeyləri bidət adlandırmaq mümkündür. Misal üçün, Məhəmməd peyğəmbərin adı çəkiləndə salavat çevirmək adəti bəzi hədislərdə qeyd edilir. Ancaq, onun mövludu ilə bağlı hər-hansı bir şənliyin keçirilməsi haqqında Quran və ya hədislərdə hər hansı bir məlumat yoxdur. Ölənləri hörmətlə anmaq adəti hədislərdə vardır, ancaq ölünün qırxıncı gününün qeyd edilməsi barəsində məlumatın orada olmadığına görə bidət sayılmalıdır.
BƏYY
BİLAL HƏBƏŞİ
OBASTAN VİKİ
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
İslamda bidət
Bidət — dində olmayan şeyi qanun kimi dinə daxil etmək - İslam dinində böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara təcavüz kimi baxılır. Müqəddəs İslam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Bu barədə Əli(ə) buyurub: "Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ənənələri götürüb, yerinə yabançı adət-ənənələri gətirən dövlət rəhbəridir". Vəhhabilik və təkfirçilər şiələri bidətçi hesab edirlər. Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir: "Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".

Digər lüğətlərdə