Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fitnə-fəsad
Fitnə Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir. Fitnə sözü bir nəfər və ya bir cəmiyyətdən asayiş və əmin-amanlığın alınması, iki və ya daha çox insanı bir-birinin canına salıb ikitirəlik yaratmaq, həmçinin xalqa əziyyət və işgəncə vermək deməkdir. == Fitnənin növləri == Qurani-Kərimdə müşriklərin törətdiyi fitnənin qətl törətməkdən də ağır günah olduğu qeyd olunur və bu fitnə aradan qalxanacan onlarla vuruşma tövsiyə edilir: "Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!. Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur." "Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır." Peyğəmbəri (s): "Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs." Əli ibn Əbu Talib: "Fitnə üç şeydədir: qadın düşkünü olmaq – bu şeytanın qılıncıdır, şərab içmək – bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadın düşkünü olsa, ömrünün faydasını görməz, kim şərab düşkünü olsa, cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar." Fitnəkarlıq növlərindən biri də zalim hakimlər üçün casusluq etməkdir. Bunun böyük günah sayılıb bir çox ziyan və fəsadlarının adam öldürməkdən böyük olması isə çox aydın bir məsələdir. Çünki bir fitnəkar cəsusun çoxlu qətl və cinayətlərə səbəb olması mümkündür.
COVID-19 pandemiyasının sosial-iqtisadi fəsadları
COVID-19 pandemiyası, dünya miqyasında ciddi sosial-iqtisadi fəsadlara səbəb oldu. Bu fəsadlar bir çox sahədə özünü göstərdi: İqtisadi Geriləmə: Pandemiya səbəbindən bir çox ölkədə iqtisadi fəaliyyətlər dayandı. Qlobal ticarət azaldı, istehsal zəncirləri pozuldu və bir çox müəssisə bağlandı. İşsizlik Artışı: Bir çox sektorda, xüsusən xidmət sahələrində (restoranlar, turizm, qonaqpərvərlik) iş yerləri itirildi. Bu, yüksək işsizlik səviyyələrinə səbəb oldu. Mikro və Kiçik Bizneslərin Bağlanması: Xüsusilə kiçik bizneslər pandemiyanın təsirindən daha çox zərər gördü, bir çoxu fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Sosial Bərabərsizlik: Pandemiya, zəif sosial təbəqələrin daha çox təsirə məruz qaldığını ortaya qoydu. Aşağı gəlirli ailələr, işlərini itirərək, daha çətin şəraitdə yaşamağa başladı. Sağlamlıq Sisteminə Təsir: Sağlamlıq sistemləri, COVID-19-un yayılması ilə mübarizədə yükləndi. Bunun nəticəsində, digər xəstəliklərin müalicəsində gecikmələr oldu.
Fasad
Fasad (fr. façade — üz, sifət) — bina və ya tikilinin ön, xarici tərəfi. Fasad metal çərçivədən və üzərinə çəkilmiş banner torundan ibarət irimiqyaslı konstruksiyadır. Baş fasad, yan fasadlar, küçə fasadları, həyət fasadı və s. fasadlar var. Fasadların mütənasibliyi, detalları və bəzəkləri adətən binanın təyinatı, üslub, fəza və konstruktiv həlli ilə şərtlənir. Müasir memarlıqda, xüsusilə kütləvi sənaye tikilisində geniş fəza ilə əhatə olunan binaların bütün fasadları eyni dərəcədə əhəmiyyətlidir. Fasadlar estetik göz oxşaması ilə yanaşı binanın təyinatını da diktə etməlidir.
Fəsa
Fəsa (fars. فسا‎)— İranın Fars ostanının şəhərlərindən və Fəsa şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 90,251 nəfər və 22,097 ailədən ibarət idi.
Fəsa şəhristanı
Fəsa şəhristanı - İranın Fars ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Fəsa şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 188 189 nəfər və 45 333 ailədən ibarət idi.
Mehmed Əsad Əfəndi
Mehmed Əsad Əfəndi (1847, Konstantinopol – 1931, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Ulema Sicil Dosyaları, nr. 521. BA, Sadrazamlar Dosyası, nr. 60, 62. İlmiyye Salnâmesi, s. 633–635. Danişmend, Kronoloji2, V, 161. Sadık Albayrak, Son Devir Osmanlı Uleması, İstanbul 1980, III, 205–206. Takvîm-i Vekāyi‘, nr.
Vassafzadə Əsad Əfəndi
Vassafzadə Əsad Əfəndi (1685, Konstantinopol, Osmanlı imperiyası – 9 avqust 1753, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. Atası Abdullah Əfəndi Sultan Osman səltənətində şeyxülislam olmuşdur. Dürüst və boyun əyməz biri olan Əsad Əfəndi əsəbi xarakteri səbəbilə xalq arasında Hindi Molla olaraq anılmışdır. Sufizmə meyilli olduğu və xəttat olaraq Katibzadə Rəfi Əfəndidən icazət aldığı bilinir. 1707-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Abdullah Əfəndi Sultan Osman səltənətində şeyxülislam olmuşdur. Təhsilini tamamladıqdan sonra 1730-cu ildə müdərris oldu və bir çox mədrəsələrdə dərslər verdi. Ardından 1750-ci ildə Qalata qazılığına təyin olundu və bir neçə il sonra xidmət müddətinin tamamlanması səbəbilə vəzifədən alındı. Atası Abdullah Əfəndinin 1755-ci ildə şeyxülislamlığa gətirilməsinin ardından öncə Ədirnə, qısa müddət sonra isə Məkkə qazılığına təyin edildi. Ancaq atası 6 ay sonra yaşlılığı səbəb göstərilərək vəzifədən alındı və Bursaya sürgün olundu.
Əbuishaqzadə Əsad Əfəndi
Əbuishaqzadə Əsad Əfəndi (oktyabr 1685, Konstantinopol – 10 avqust 1753, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Əbu İshaq Əfəndi də Sultan Əhməd səltənətində şeyxülislam olmuşdur. 1685-ci ilin oktyabrında İstanbulda dünyaya gəldi. Sultan Əhməd dönəminin şeyxülislamlarından Əbu İshaq İsmayıl Əfəndinin oğlu və Sultan Mahmud dönəminin şeyxülislamlarından İshaq Əfəndinin isə kiçik qardaşı olan Əsad Əfəndi öncə atasının, daha sonra isə dövrün digər mühüm alimlərinin yanında təhsilinə başladı. Hələ 10 yaşında olmasına baxmayaraq şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi tərəfindən məzun edildi. 25 yaşında ikən 1710-cu ildə müdərris olaraq fəaliyyətə başladı. Xüsusilə atasının və Yenişəhərli Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində pillə-pillə yüksələrək İstanbulun müxtəlif mədrəsələrində dərs deməyə davam etdi. Məkkə-Mədinə müfəttişliyi və fətva əminliyi əzifələrini də yürütməyə başlayan Əsad Əfəndi ardından Saloniki qazısı olaraq təyinat aldı. 1733-cü ildə Mədinə, ertəsi il isə Məkkə qazılığına gətirildi. 1736-cı ildə Rusiya və Avstriya ilə başlayan müharibələr əsnasında Məkkədən geri çağrılaraq Anadolu qazəsgəri təyin olundu və ordu qazısı olaraq səfərə göndərildi (14 mart 1737).
Əhməd Əsad Paşa
Əhməd Əsad Paşa (1828, Xios – 1875, İzmir, Aydın vilayəti) — Sultan Əbdüləzizin səltənətində 2 dəfə — ümumlikdə 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Mehmed Əsad Saffət Paşa
Mehmed Əsad Saffət Paşa (1814, Konstantinopol – 1883, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Mehmed Esat Safvet Paşa Osmanlı hökumətində müxtəlif nazirliklərdə vəzifə yerinə yetirmiş və II. O, Əbdülhəmid dövründə 4 iyun 1878-ci il və 4 dekabr 1878-ci il tarixləri arasında altı ay böyük vəzirlik etmiş Osmanlı dövlət xadimidir. O, Tənzimat dövrünün ən mühüm simalarından biridir. O, “Hürriyyət” qəzetinin yaradıcısı Sedat Simavinin babasıdır. == Həyatı == Atası Sürmənə tayfasından Mehmet Hulusi Ağa olan Mehmed Esad Safvet Paşa 1814-cü ildə İstanbulda anadan olmuşdur. Təhsilinə məhəllə məktəblərində başlamış, Bəyazid mədrəsəsində davam etmişdir. O, 1831-ci ildə 17 yaşında ikən Divan-ı Humayun qələminə girərək məmur kimi fəaliyyətə başlamışdır. Burada onun ilkin adına ənənəyə uyğun olaraq Safvet təxəllüsü verilmişdir. O, tarixə vicdanlı və dəyərli dövlət xadimi kimi düşüb. Hazırcavab xasiyyəti var.
Salehzadə Əhməd Əsad Əfəndi
Salehzadə Əhməd Əsad Əfəndi (6 sentyabr 1740, Konstantinopol – 23 dekabr 1814, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Saleh Əfəndi və qardaşı Mehmed Əmin Əfəndi də özü kimi şeyxülislam olmuşdur. 6 sentyabr 1740-cı ildə İstanbulda dünyaya gələn Əhməd Əsad Əfəndi III Mustafanın şeyxülislamlarından Mehmed Saleh Əfəndinin oğlu, I Əbdülhəmidin şeyxülislamlarından Mehmed Əmin Əfəndinin qardaşıdır. Dağıstanlı İbrahim Əfəndi, Seyid Əbdülhəlim Əfəndi və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1755-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1770-ci ildə İzmir qazılığına, 1778-ci ildə isə Bursa qazılığına təyin edildi. 1782-ci ildə payə olaraq Məkkə qazılığını aldı. 1787-ci ildə İstanbul qazısı olmuş, bir il sonra Anadolu başqazılığına gətirilsə də, bu vəzifəsini 1790-cı ildə icra etməyə başlamışdır. 1791-ci ildə vəzifə müddətini tamamladı və bir müddət dövlət vəzifələrindən uzaq qaldı. Bu müddət ərzində Sultan Səlimin hazırlıq gördüyü islahat və reformasiya siyasətini dəstəkləyən proqramlar hazırladı. İslahat hərəkatının ən güclü dəstəkçilərindən olan Əsad Əfəndinin hazırladığı proqram daha çox hərbi sahədəki yeniliklərə əsaslanırdı.
Xocasadəttinzadə Mehmed Əsad Əfəndi
Xocasadəttinzadə Mehmed Əsad Əfəndi (14 iyun 1570, Konstantinopol – 22 may 1625, Konstantinopol) — Osmanlı dövlət xadimi, şair, müdərris, qazı və şeyxülislam. II Osmanın qaynatasıdır. Atası III Mehmed dönəmində şeyxülislam olmuş Xoca Sadəttin Əfəndidir. Uşaqlığından bəri atasından və Molla Tofiq Gilanidən dərslər almış, daha sonra Süleymaniyyə mədrəsəsində təyin olunmuşdur. 1596-cı ildə Ədirnə qazısı, ardından Anadolu başqazısı seçilmişdir. Atasının şeyxülislamlığı dönəmində İstanbul qazısı kimi fəaliyyət göstərmişdir. Böyük qardaşı Xocasadəttinzadə Mehmed Çələbi Əfəndinin şeyxülislam olması ilə Anadolu başqazılığına geri qaytarılsa da, qardaşının vəfatı ilə bu vəzifəsindən azad edildi. Ardından həccə getdi və qayıtdıqdan sonra Rumeli başqazısı seçildi. Qardaşının vəfatının ardından onun yerinə şeyxülislam seçildi. Bu vəzifədə ikən önəmli siyasi hadisələr baş verdi.
Üryanizadə Əhməd Əsad Əfəndi
Üryanizadə Əhməd Əsad Əfəndi (1813, Konstantinopol – 17 yanvar 1899, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Ali el-Murtazâ, İlâveli Mecmûa-i Cedîde, İstanbul 1326–29, s. 4, 9–10, ayrıca bk. tür.yer. İlmiyye Salnâmesi, s. 609–612. Sicill-i Osmânî, I, 344. Abdurrahman Şeref, Târih Musâhabeleri (İstanbul 1339) (haz. Enver Koray), Ankara 1985, s. 249–250.
Fərid Fərcad
Fərid Fərcad (fars. فرید فرجاد‎; 1938, Tehran) — Fars əslli ABŞ vətəndaşı olan skripka virtüözü. "skripkanı ağladan adam" kimi tanınır və dünyanın ən yaxşı skripka virtüözlerinden biri olaraq qəbul edilir. 8 yaşından bəri skripka çalan İranlı bir musiqiçi olan Fərcad, 1938-ci ildə Tehranda doğulmuşdur. 1966-cı ildə, Tehran Musiqi Konservatoriyasının klassik musiqi üzərinə master etmiş, bundan sonrakı addımında Tehran Simfonik Orkestrında əhəmiyyətli vəzifələr boynuna götürmüşdür. Fars Xalq Musiqisi təcrübəsinə sahib olan Fərcad, skripka ilə Klassik Qərb musiqisi üzərində də işləmişdir. Bu işləri Fars musiqisinin inkişafında əhəmiyyətli bir yer tutmuşdur. Fərcad Pəhləvi sülaləsinin dövründə doğulmuş, lakin 1979-cu ildəki İran İslam İnqilabı əvvəlində ölkəsindən ayrılaraq Kaliforniyaya yerləşmişdir. Bu ildən etibarən ABŞ vətəndaşlığına keçmiş və həyatını ABŞ-da davam etdirmişdir, lakin özünü ABŞ-lı deyil, İranlı və Fars olaraq xarakterizə etməkdədir. İnqilabdan sonra İranda musiqinin "haram" elan edilməsi və qadağan edilməsindən sonra Fərcadın və bir çox Fars musiqiçinin ölkəyə girməsi qadağan edilmişdir.
Fərşad Əhmədzadə
Fərşad Əhmədzadə (23 sentyabr 1992, Urmiya) — əslən azərbaycanlı olan İran futbolçusu. Müxtəlif vaxtlarda Traktor Sazi və Persepolis futbol klublarının heyətində çıxış edib. 2012-ci ildə İranın 22 yaşlılardan ibarət milli komandasına çağırılıb. == Kariyerası == Fərşad Əhmədzadə öz karyerasına Tehranın Parseh futbol klubunda başlayıb. 2011–2012-ci il Azadegan liqasında 18 oyunda 2 qol vurub. 2012-ci ilin avqust ayında Persepolis klubu ilə beş illik müqabilə imzalayarıq klubun heyətində çıxış etməyə başlayır. Persepolisin heyətində ilk oyununu 19 dekabr 2012-ci ildə Hazfi kuboku uğrunda klubun Malavan klubunu 6-0 udduğu oyunda edib. Persepolisin heyətində çıxış etdiyi dövrdə iki dəfə İran milli futbol çempionatının və İran Superkubokunun qalibi olub. 2013-cü ilin yayında Əhmədzadə Təbrizin Traktor Sazi futbol klubunda çıxış etməyə başlayır. Bu klubda da çıxış etdiyi vaxt Hazfi kubokunun qalibi olur.
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Abbasov
Rəşad Abdullayev
Rəşad Abdullayev (futbolçu) — azərbaycanlı futbolçu Rəşad Abdullayev (hərbçi) — kapitan, Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Rəşad Abdullin
Rəşad Mukim oğlu Abdullin (tatar. Ришат Мөкыймь улы Абдуллинç rus. Риша́т Мукимович Абду́ллин; 1 (14) mart 1916, Öskemen, Bozqır general-qubernatorluğu – 12 noyabr 1988, Almatı) — Qazaxıstan və SSRİ opera müğənnisi (bariton). SSRİ xalq artisti (1967). 1 mart 1916-cı ildə indiki Qazaxıstanın Öskemen şəhərində, tatar ailəsində anadan olmuşdur. 12 yaşından əkiz qardaşı Müslümlə birlikdə Belousovski mədənində arabaçı işləyərək atasına kömək etmişdir. 1933–1935-ci illərdə Alma-Ata Musiqi və Dram Texnikumunda, 1936–1939-cu illərdə A. İ. Vişnevski adına Moskva Konservatoriyası nəzdində Qazax studiyasında təhsil almışdır. 1939–1985-ci illərdə Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1955-ci ildə Sov.İKP sıralarına daxil olmuşdur. 12 sentyabr 1988-ci ildə Alma-Atada vəfat etmişdir.
Rəşad Amed
Rəşad Amed (d. 24 yanvar 1975, Belaqorsk rayonu Ukrayna – 15 mart 2014, Belaqorsk rayonu Ukrayna) — Krım tatarı əsilli siyasi aktivist və xalq qəhrəmanı. 24 yanvar 1975-ci ildə Ukraynanın Belaqorsk rayonunda dünyaya gəlmişdir. 15 mart 2014-cü ildə Rəşad Amedin cəsədi polislər tərəfindən Krım paytaxtının 60 kilometr şərqində, Belaqorsk rayonunun Zemlianiçne kəndi yaxınlığındakı bir meşədə tapılmışdır. 18 mart 2014-cü ildə Simferopol şəhərindəki Abdalı müsəlman qəbiristanlığında dəfn edilmişdir. Rəşad Amed 3 mart 2014-cü ildə yalnız başına Krımın işğalına görə rus birliklərinə qarşı etiraz nümayişi başlatdı. Simferopol şəhərindəki Lenin meydanında Krım Nazirlər Şurası qarşısında etdiyi etiraz zamanı Krımın özünümüdafiə dəstələrinə aid hərbi geyim daşıyan 3 naməlum şəxs qaçırılmışdır. Ölümündən 3 il sonra 18 may 2017-ci ildə Ukrayna Qəhrəmanı Qızıl Ulduz ordeni verilməsi qərara alındı.
Rəşad Aslanov
Rəşad Fəxrəddin oğlu Aslanov (1977) — Azərbaycanlı diplomat. Azərbaycanın Argentinada, Boliviyada, Uruqvayda (2016–2022), Paraqvayda və Çilidə (2017–2022) olan fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan Respublikasının İtaliyada fövqəladə və səlahiyyətli səfiri. Rəşad Aslanov 1977-ci ildə anadan olub. Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Bir müddət sonra isə Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Uruqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Rəşad Atakişiyev
Rəşad Saləddin oğlu Atakişiyev (7 yanvar 1985, Pravda, Şamxor rayonu – 24 iyul 2019, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu. Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Rəşad Ağayev
Rəşad Babayev
Rəşad Babayev (şahmatçı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster. Rəşad Babayev (gizir) (04.06.1992 – 2020) — Vətən müharibəsi şəhidi. Rəşad Babayev (əsgər) (15.03.1999 – 2020) — Vətən müharibəsi şəhidi.
Rəşad Budaqov
Rəşad Bəxtiyarov
Rəşad Bəxtiyarov (24 dekabr 1978) — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti. Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba. Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ( "Eşq və intiqam" S.S.Axundov ), Müxbir ( "Kəllə" N.Hikmət ), Qəzet satan ( "Hərənin öz payı" X.Qoca ), Kinto,Qarson və Rəssam ( "Brüsseldən məktublar" H.Həsənov ), Silvestr ( "Skapenin kələkləri"J.Molyer ), Bədxəbər ( "Varlı qadın " Ə.Əmirli ), Orxan ( "Afət" H.Cavid ), Ərəb zabiti ( "Dar ağacı" B.Vahabzadə ), Milis ( "Ölüləri qəbristanlıqda basdırın" İ. Şıxlı ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), 1-ci gənc ("Mesenat" Ə.Əmirli ), Abdi ("Qanlı Nigar" S.Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A.Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı). Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Rəşad Cavadov
Rəşad Cəfərzadə
Rəşad Dağlı
Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı. Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb. 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib. 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib. 2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Rəşad Eyvazov
Rəşad Eyyubov
Rəşad Eyyubov (tam adı: Rəşad Elman oğlu Eyyubov; d. 3 dekabr 1992, Sumqayıt, Azərbaycan) — azərbaycanlı futbolçu; "Füzuli" futbol klubunun yarımmüdafiəçisi. Rəşad Eyyubov 3 dekabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2 yaşı olanda ailəsi ilə birgə Ukraynanın Odessa şəhərinə köçüb. Rəşad məşhur azərbaycanlı arxeoloq İsaak Cəfərzadənin nəvəsidi. Azərbaycan, rus, Ukrayna və ingilis dillərində sərbəst danışa bilir. Odessa futbol məktəbinin yetirməsidir. Futbola Odessanın "Çernomorets" komandasının uşaq futbol məktəbində başlayıb. İlk məşqçisi Viktor Zaxaroviç Zubkov olub. 2002-2008-ci illərdə "Çernomorets" (Odessa), 2008-2009-cu illərdə "Metallurq" (Donetsk) və 2009-2011-ci illərdə yenidən "Çernomorets"də çıxış edib.
Rəşad Haşımov
Rəşad Mirhaşım oğlu Haşımov 5 iyun 1971-ci ildə Bakıda anadan olmuşdur. A. Zeynallı adına Musiqi Texnikumunda oxumuşdur. 1990-cı ildə Bakı Musiqi Akademiyasının yetirməsidir. 1990-cı ildə "Aypara" qrupunun tərkibində Almatı şəhərində keçirilən "Asiyanın səsi" müsabiqəsində iştirak etmişdir. Həmin illərdə "AzKonsert" Dövlət qastrol birliyində pianoçu kimi işləmişdir. 1993-cü ildə "Rast" qrupunu yaratmış və hal-hazıradək həmin kollektivin bədii rəhbəridir. 1994-cü ildə Xalq Artisti Siyavuş Kəriminin rəhbərliyi altında studiyada çalışmış, bir neçə musiqi layihələrində yaxından iştirak etmişdir. "Rast" qrupu 1996-cı ildə Fransada keçirilən "Radio France İnternational" müsabiqəsində iştirak edərək 360 qrupdan 10 ən güclü qrupların sırasına düşərək müsabiqənin finalçısı olmuşdur. 2005-ci ildə Azərbaycan incəsənət ustalarının nümayəndə heyəti tərkibində R. Haşımov "Rast" qrupu ilə birgə Dövlət Kreml Sarayında keçirilən Rusiyada Azərbaycan ilinin təntənəli açılış mərasimində çıxış etmişdir. Həmin ildə Parisdə keçirilən görkəmli akademik Yusif Məmmədəliyevin 100 illiyinə həsr olunmuş tədbirin musiqi rəhbəri olmuşdur.
Rəşad Həsənli
Rəşad Həsənov
Həsənov Rəşad Zeynalabdin oğlu — NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin (2012 Sentyabr - 2013 Sentyabr) üzvü, 2013-2016 illərdə siyasi və vicdan məhbusu. Rəşad Həsənov 2 may 1985-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran Özəl Türk Liseyində alan Rəşad, bu illərdə Fənn olimpiadalarının respublika turunda iştirak edərək riyaziyyat üzrə qızıl medal və fəxri mükafat alıb, liseyi fərqlənmə diplomu (qırmızı) ilə bitirib. Universitet təhsilini Türkiyənin məşhur Orta Doğu Teknik Universitetində (ODTÜ) alan Rəşad Həsənov təhsil aldığı illərdə universitetdə azərbaycanlılardan ibarət futbol komandası qurub. Rəhbərlik etdiyi komanda qurulduğu ilk tədris ilində (2008-2009) bürünc medal, növbəti ildə isə qızıl medala layiq görülüb. Bundan əlavə Rəşad Həsənov 2008-2009-cu illərdə 100-dən çox üzvü olan ODTÜ Azərbaycanlı tələbələr cəmiyyətinə rəhbərlik edib, 2009-2010-cu illərdə 300-dən çox üzvü olan Azərbaycanlı Tələbələr və Məzunlar Assosiasiyasının vitse-prezidenti olub. 2010-cu ilin avqustunda ODTÜ-dən məzun olarkən Rəşad Nottinqham universitetinin “Beynəlxalq təhlükəsizlik və terrorizm” üzrə magistratura proqramına qəbul olmuş, lakin Azərbaycan Təhsil Nazirliyi “Azərbaycan gənclərinin xaricdə təhsili- 2007-2015-ci illər” dövlət proqramı üzrə onun təhsilini maliyyələşdirməkdən imtina edib. 2010-cu il Azərbaycanda Parlament seçkiləri keçirilərkən Rəşad Həsənov seçkilərdə gənc namizədlərdən Bəxtiyar Hacıyevin seçki kampaniyasında aktiv iştirak edərək seçki kampaniyasının 100-dən çox könüllüsünü koordinasiya edib. 2010-cu il noyabrın 10-da 35-dən çox könüllünün Müsbət Dəyişiklik gənclər hərəkatın təsis olunub, Rəşad Həsənov 2011-ci ilin mart ayından və 2012-ci ilin mayına qədər 2(iki) dəfə hərəkatın idarə heyətinə seçilib və hərəkatın üzvü olan siyasi məhbus Bəxtiyar Hacıyev üçün yaradılan “Bəxtiyara dəstək” kampaniyasında aktiv iştirak edib. Rəşad Həsənov 2011-ci ildə 9 təşkilatın təmsil olunduğu “Gənclərin Hüquqlarını Müdafiə Komitəsi”nin (GHMK) idarə heyətində təmsil olmuş, 5 ay ərzində GHMK-nın mülkiyyət hüquqları ilə bağlı “Maddə 13- mülkiyyət” alt komitəsinin rəhbəri olub.
Rəşad Kazımov
Rəşad Kərimov
Rəşad Kərimov (2 aprel 1986-cı ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Sumqayıt klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Kərimov 2006–07 Azərbaycan Kuboku mövsümündə Xəzər-Lənkəran klubu ilə MKT Araz klubuna qarşı oyunda 90-cı dəqiqədə qələbə qolunun müəllifi olmuşdur.
Fulad
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. Fulad FK — İranın Əhvaz şəhərinin futbol klubu. Zaqe Fulad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Fusan
Fusan (çin. ənən. 扶桑, sadə. Fúsāng) — Çin ədəbiyyatında ölkənin və Çin hibiskusunun adıdır. Fusanq ölkəsinin dəqiq olaraq hansı ölkə olduğu bilinmir. Tarixçilərin bəziləri Fusanı Yaponiya, digərləri isə Amerika hesab edir. Çin ədəbiyyatında Fusanq ölkəsini ilk dəfə tayvanlı bütpərəst kahin olan Xuey Şen təsvir etmişdir və bu ölkəni kəşf etdiyini demişdir (499-cu il) == İstinadlar == == Əlavə ədəbiyyat == Leyland, Charles Godfrey (1875) Fusang; Or, The Discovery of America by Chinese Buddhist Priests in the Fifth Century, New York: Barnes & Noble, 1973. Reprint: Forgotten Books (2010), ISBN 978-1-4400-7044-0. Vining, Edward P. (1885) Inglorious Columbus; or, Evidence that Hwui Shan and a Party of Buddhist Monks from Afghanistan Discovered America in the Fifth Century, A.D.. New York: D. Appleton and Company, ISBN 978-0-217-68056-1 Williams, S. Wells (1881): Notices of Fu-sang, and Other Countries Lying East of China, in the Pacific Ocean.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fərhad
Fərhad - Nizami Gəncəvinin "Xəmsə"sinin ikinci məsnəvisi olan "Xosrov və Şirin" poemasının qəhrəmanlarından biridir. Poemada Şirinə aşiq olan Fərhadın sevgisi cavabsız qalır və o, faciəvi şəkildə ölür. == Tarixi mənbələrdə == XII əsrin mötəbər tarixi sənədi, 520 (1126)-ci ildə qələmə alınan “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərində (müəllifi naməlumdur) Xosrovun cəh-cəlalından, Şirin haqqında verilən maraqlı məlumatdan əlavə, Xosrovun Bəhramdoxt adlanan digər bir məşuqəsinin də adı çəkilmiş, həmçinin Fərhad haqqında bəhs olunmuşdur. Fərhadın tarixi bir şəxsiyyət olduğuna işarə edən müəllif burada onu həm mühəndis-memar, həm də sepəhbod adlandırır. Əli Əkbər Şəhabi isə qeyd edir [3] ki, bu məsələ ağlabatandır, çünki, keçmişdə Fərhad adını ancaq Əşkanilərin şahları, şahzadələri, sərkərdələri və digər dövlət xadimləri daşıyarmış. Firdovsinin “Şahnamə”sində də Xosrovun sərkərdələri arasında Fərhad adlı bir qoşun başçısı qeyd edilir. “Kitabi-mücmələt-təvarix v-əl-qisəs” əsərinin müəllifi bu haqqda öz fikrini belə ifadə edir: “...onun (Xosrovun) hərəmxanasında on iki min nəfər qadın yaşayırdı. Rum qeysərinin qızı Məryəm, Bəhramdoxt, Gurduyə və dünya gözəli olan Şirin onlardan idi. Sipəhbod Fərhad ona aşiq olur...Nəticədə, izləri indi də Bisütun dağında qalan işlər görməyə məcbur edilir.” [4] Q.Y.Əliyevə görə, Fərhad tarixi yox, əfsanəvi bir şəxsiyyətdir ki, Nizami onun obrazını sabitləşdirmişdir. == Nizaminin "Xosrov və Şirin" poemasında == Nizami Fərhadı kübar nəsildən yox, zəhmətkeş ailədən götürmüş, eşq aləmində şah ilə zəhmətkeşi qarşı-qarşıya qoymuş, bununla da “Xosrov və Şirin” poemasında maraqlı bir ziddiyyət yaratmışdır.
Fərid
Fərid — kişi adı.
Fəryad
Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: == Əsər haqqında == Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb? Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir. Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Fuad
Fuad (ərəb. فؤاد‎) — ərəb dilində "ürək" mənasını verən kişi adı. Bu adı olan tanınmış şəxslər Fuad Poladov — Azərbaycan aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcılsənətkarlarından biri Fuad Aslanov — azərbaycanlı boksçu. Fuad Əliyev Fuad Əliyev (siyasətçi) — siyasətçi Fuad Əliyev (akademik) — kimya elmləri doktoru, professor, 2014-cü ildən AMEA-nın həqiqi üzvü (akademik).
Fədai Təbrizi
Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir.
Fəqam Kəsəmənli
Fəqam Kəsəmənli, Fəhəm Kəsəmənli (Fəqam Paşa oğlu Kəsəmənli; 19 aprel 1932) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Politexnik Universitetinin eksperimental fizika kafedrasının professoru., nobelşünas alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". “Əmək veteranı” medalı, “SSRİ ixtiraçısı”, “Əməkdə əla nailiyyətlərə görə” ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub. == Həyatı == Fəqam Kəsəmənli 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu. Əslən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindəndir. Fəqam bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur.
Fəqan Məmmədov