Bienertia cycloptera
Girdəqanad binersiya (lat. Bienertia cycloptera) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin binersiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+ 3c. Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
15-20 sm hündürlükdə, çılpaq, şirəli, birillik ot bitkisidir. Yarpaqları oturaq, növbəli, xətvari, yarımsilindrik, ətli-şirəli, kütdür aşağıda gövdəyə bitişikdir. Çiçəkləri yarpaq qoltuğunda yumaqcıqlara toplanmışdır, sonradan kiçik ayaqcıqlıdır. Erkəkciyi 5-dir, demək olar ki, görünmür. Yumurtalığı 2-3, qısa dişcik ağızcıqlıdır. Meyvələri 5-7 mm diametrindədir.