Spiraea billardii
Billiard topulqası (lat. Spiraea × billardii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Amerika, Şimali Avropa və Asiyanın ərazisində yayılmışdır.
Yarpaqların rəngi zəngin palitraya malikdir: zərif yaşıldan gümüşüyə, payız dövründə isə sarı çalarlardan bənövşəyi və al qırmızıyadək dəyişir. Təbii formaları topulqaya şar, kaskad və ya piramida, sallaq və ya sürünən görünüş verir. Topulqanın çiçəkləri xırda və gözəldir. Onlar çoxsaylı süpürgəvari, qalxanvari, sünbülvari və ya piramidal çiçək qrupları ilə açılır.
Çöl və dağ bitkisi hesab edilir. Qış şəraitinə, tüstüyə, qaza davamlıdır.
Mədəni şəraitdə becərilir.