blind

adj.1. kor, gözsüz, korgöz; (halbblind) koruş ~ werden kor olmaq, gözü tutulmaq; 2. (Spiegel) qaralmış, tutqun; 3. (Schuss) boş, yalan; ~er Passagier biletsiz (qaçaq) sərnişin; ~ darauf losschlagen hara gəldi vurmaq; auf e-m Auge ~ bir gözlü; ~es Vertrauen həddən artıq etibar etmə; ~e Wut həddən artıq nifrət; unter den Blinden ist der Einäugige König korlar içində bir gözlü padşahdır; adv. j-m ~ vertrauen bir kəsə kor-koranə güvənmək (gözüyumulu inanmaq)
blies
Blinddarm
OBASTAN VİKİ
Blind Channel
Blind Channel — Fin rok qrupu. Finlandiyanı 2021 Avroviziya Mahnı Müsabiqəsində Dark Side mahnısı ilə təmsil edəcək.
Blind Guardian
Blind Guardian, 1984-cü ildə Almaniya'nın Krefeld şəhərinde qurulmuş bir power metal grupudur. Power metal və speed metal subjanrlarının ən yaradıcı ve təsirli grupları arasında göstərilir. Grubun karyerasında doqquz musiqiçi yer almışdır.2005-ci ildən beri grupun heyəti, vokalist Hansi Kürsch, gitarist André Olbrich və Marcus Siepen ilə zərb alətində ifa edən Frederik Ehmke'dən ibarətdir. == Grup tarixçəsi == Grup, Blind Guardian adını almazdan əvvəl, 1986 və 1987-ci illərdə Lucifer's Heritage adı altında iki demo paylaşmışdır. İlk albomlarından başlayaraq , qalan bütün albomlarında J.R.R. Tolkien və digər fantastik edebiyat yazıçılarının təsiri görünməkdədir. Bununla birliktə mahnı sözlərində mifik ünsürlər və əfsanələrə də çoxca rastlanılır. İlk albomları Battalions of Fear ilə Follow the Blind daha çox speed metal ikən, 1992-ci ildə çıxan Somewhere Far Beyond albomları ilə birlikdə power metal tərzinə keçmişlərdir. Beşinci albomları Imaginations From The Other Side ilə birlikdə musiqiləri daha qarışıq bir hal almışdır. Bunda da şüphəsiz mahnılarında geniş yer verdikləri orkestr ünsüerlərinin payı böyükdür. Grupun dünya səviyyəsində məşhurlaşması isə, Avropa və Yaponiya turnelərinden sonra olmuştur.
Deyli Blind
Deyli Blind (d. 9 mart 1990, Amsterdam, Niderland) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Niderland milli yığmasında müdafiəçi və yarımmüdafiəçi mövqeyində çıxış edən holland futbolçu. == Həyatı == Ayaks klubunun keçmiş futbolçusu və Niderland milli yığmasının futbolçusu və baş məşqçisi olmuş Danni Blindin oğludur. Ayaks klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra əsas komandaya yüksəlmiş, Qroningen klubunda bir il icarə əsasında çıxış etdikdən sonra isə əsas heyət üzvünə çevrilmiş və klubu ilə dörd dəfə Erediviziya çempionu olmuşdur. 2014-cü ilin sentyabr ayında 13.8 milyon funt-sterlinq qarşılığında İngiltərə təmsilçisi Mançester Yunayted klubuna transfer olmuşdur. 2013-cü ildən bəri milli komandanın əsas heyət üzvlərindən biri hesab olunur. 2014 FİFA Dünya Kubokunda bürünc medal qazanan Niderland milli yığmasının heyətində Deyli Blind də olmuşdur.
Blindaj
Blindaj (fr. blindage,fr. blinder) − artilleriya, mina, pulemyot atəşindən, o cümlədən kütləvi qırğın silahlarından qorunmaq üçün, həmçinin şəxsi heyətin istirahəti üçün nəzərdə tutulan müvəqqəti və ya daimi yeraltı istehkam tikilisi. Blindaj, düşmən tərəfindən görünməyən və ətrafı istehkam divarları ilə əhatələnmiş yerlərdə tikilməlidir. Müharibə dövrlərində blindajlardan qərargah, tibb məntəqəsi və s. kimi istifadə edilir. Həm Birinci Dünya müharibəsində, həm də İkinci dünya müharibəsində praktik olaraq bütün müdafiə rayonlarında blindajlardan istifadə olunurdu. Blindaj adətən səngər sisteminin tərkibində tikilir və müşahidə mövqeyinə malik olmur. Blindaj taxta, dəmir-beton, daş və ya metal konstruksiyadan tikilir. == Xarici keçidlər == Blindaj // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.
Peaky Blinders
Peaky Blinders — Birinci Dünya Müharibəsindən sonra İngiltərənin Birminhem şəhərində fəaliyyət göstərən "Peaky Blinders" adlı dəstə haqqında cinayət-dram televiziya serialıdır. Ssenari rejissoru Stiven Nayt, prodüseri Kerin Mandabah və Tiger Aspect Prodakşındır. Serial əsasən dəstə lideri Tommi Şelbi ilə Killian Mörfinin canlandırdığı yeni təyin olunmuş detektiv arasındakı hadisələrə diqqət çəkir.
Peaky Blinders (teleserial, 2014)
Peaky Blinders — Birinci Dünya Müharibəsindən sonra İngiltərənin Birminhem şəhərində fəaliyyət göstərən "Peaky Blinders" adlı dəstə haqqında cinayət-dram televiziya serialıdır. Ssenari rejissoru Stiven Nayt, prodüseri Kerin Mandabah və Tiger Aspect Prodakşındır. Serial əsasən dəstə lideri Tommi Şelbi ilə Killian Mörfinin canlandırdığı yeni təyin olunmuş detektiv arasındakı hadisələrə diqqət çəkir.
Alan Blinder
Alan Stüart Blinder (/ˈblaɪndər/, 14 oktyabr 1945, Bruklin, Nyu-York ştatı) — Prinston Universitetində amerikalı iqtisadiyyat professoru, Federal Ehtiyat Sisteminin 15-ci sədr müavini. IDEAS/RePEc-ə görə dünyanın ən nüfuzlu iqtisadçıları sırasındadır. Aparıcı makro iqtisadçı, siyasi liberal və Keynsçi iqtisadiyyat və siyasətlərin müdafiəçisidir. Binder 1993-cü ilin yanvarından 1994-cü ilin iyununadək Prezident Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasında və 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarınadək FED sədrinin müavini vəzifələrində çalışıb. Onun akademik fəaliyyəti xüsusilə pul siyasəti və mərkəzi bankçılıq və iş yerlərinin "offşorinqi" üzərində cəmlənmişdir. Onun yazıları The Wall Street Journal, həmçinin The New York Times və The Washington Post-da aylıq köşə yazılarında dərc olunub. 2007–2008-ci illərin maliyyə böhranı ilə bağlı Blinder iqtisadçı həmkarları üçün "Bu, burada baş verə bilər" və "Fırıldaqçılıq və fırıldağa yaxın hadisələr makroiqtisadi əhəmiyyət qazana bilər" daxil olmaqla on dərs çəkdi.

Digər lüğətlərdə