BOBSLEY

is. \[ing. bobsleigh , bob + to sleigh "xizəklə sürüşmək"\] idm. İdarə olunan xizəklər – boblar üzərində yanpörtü qurulmuş buzlu trasla sürətli sürüşmədən ibarət qış olimpiya idman növü.
BOB
BOBSLEYÇİ
OBASTAN VİKİ
Bobsley
Bobsley(ing.bobsleigh) — sükanı və əyləci olan metal kirşə ilə dağdan sürətlə sürüşmə. Bobsley yarışları xüsusi düzəldilmiş navalça formalı, dolanbac qarlı dağ yolunda (1500-2000 m məsafədə, 5-8 virajdan ibarət buzlu yolda) keçirilir. Eniş vaxtı kirşənin sürəti saatda 100 km-ə çatır. Kirşələr 2 və 4 yerli olur. Bobsley idman növü kimi İsveçrədə yaranmış( XIX əsr) sonralar başqa ölkələrə yayılmışdır. 1924-cü ildən Olimpiya oyunları proqramına daxildir. Beynəlxalq Bobsley və Toboqan Federasiyası (FİBT) 1923-cü ildə yaradılmışdır.

Digər lüğətlərdə