boldur (həmişə var)

there is no end to smth. / lots and lots of them нет перевода (всегда имеется в большом количестве)
boğuşmaq
bolluca (artıqlaması ilə)
OBASTAN VİKİ
Həmişə Axtarışda (1974)
Hücumçu Həmişə İrəlidədir (1968)
Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Həmişə axtarışda (film, 1974)
Həmişə birinci (film, 1992)
Əbədi yumruq (ing. Eternal Fist) — 1992-ci ildə Teddi Peyc tərəfindən döyüş filmi janrında çəkilən film. Bir çox müharibələrdən sonra ordusuz qalmış insanlar özləri vuruşmağa başlayırlar. Filmin qəhrəmanları cəhənnəmdən qaçaraq yeni həata başlamaq istəyirlər. Lakin bu çox çətin olacaqdır. Çünki yeni həyata başlamaq üçün yalnız vuruşmaq lazımdır... Əbədi yumruq — Internet Movie Database saytında.
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün görkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.
Hücumçu həmişə irəlidədir (film, 1968)
Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Sən həmişə bizimləsən (film, 1997)
Sən həmişə bizimləsən (film, 1998)
Kinolent Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı İlyas Əfəndiyevin həyat və yaradıcılığına, ictimai fəaliyyətinə ithaf olumuşdur. Filmdə dramaturqun tamaşalarından parçalar verilmişdir. Professor Yaşar Qarayev, teatr xadimlərindən Həsənağa Turabov, Mərahim Fərzəlibəyov, Amaliya Pənahova, Əliabbas Qədirov görkəmli yazıçı və dramaturq haqqında xatirələrini söyləyirlər. Filmdə teatr sənətimizdə özünəməxsus yer tutan, dünənimizlə bu günümüz arasında körpü yaradan əsərlər haqqında söhbət açılır. Müəllif-rejissor, müəllif-aktyor münasibətlərindəki səmimilik, tələbkarlıq obrazlı dillə, xatirələr vasitəsilə işıqlandırılır. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Mailə Muradxanlı, Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Nizami Abbas Səs operatoru: Əsəd Əsədov Redaktor: Svetlana İsmayılova İcraçı prodüser : Xanlar Cəfərov "Azərkinovideo" İB Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Sən həmişə mənimləsən (film, 1987)
Film-tamaşa ata qayğısından məhrum olan, atalığının (Muxtar Maniyev) təkidi ilə anası (Səfurə İbrahimova) tərəfindən evdən çıxarılan Nargilənin (Məlahət Abbasova) zavod direktoru Həsənzadəyə (Rasim Balayev) olan "qarşılıqsız" məhəbbəti haqqındadır. İki seriyalı film-tamaşa İlyas Əfəndiyevin eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Film-tamaşa ekranda görünəndən sonra xüsusilə aktyor Rasim Balayevin mükəmməl ifası tamaşaçıların rəğbətinə səbəb oldu. Həsənzadə obrazının mükəmməlliyi aktyorun professionallığından xəbər verir. Film-tamaşa aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.
Göy həmişə daha mavi olur
Il cielo è sempre più blu — rejissor Antonello Grimaldinin filmi.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Var
Var (Xoy)
Var.
Müxtəliflik — botaniki adlandırmalarda var. (lat. varietas sözünün qısaldılmış forması) növdən də kikik taksonomik vahidi göstərir və bu zaman həmin taksonomik vahid 3 adın köməyilə yazılır.
Var (Xoy)
Var (fars. وار‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 4.271 nəfər. yaşayır (761 ailə).
Var (departament)
Var (fr. Var, oks. Var) — Fransanın cənub-şərqində yerləşən, Provans-Alp-Kot d'Azür regionun departamentlərindən biri. Sıra nömrəsi — 83. İnzibati mərkəzi — Tulon . Əhalisi — 1,026,222 nəfərdir (departamentlər arasında 22-ci yer, 2010-cu ilin məlumatları). Var departamenti Fransanın cənub-şərqində 5,973 km² olan Aralıq dənizi sahilində (Kot d'Azür) yerləşir. Var — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Provans vilayətinin ərazisində yerləşir. Adı Var çayından gəlir.
Devamı Var (albom)
Devamı Var – Mustafa Sandal-ın 2007-ci ildə çıxardığı albomdur. "Devamı Var" albomu Türkiyəyə məxsus "Seyhan Müzik" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "İndir", "Melek Yüzlüm", "Gönlünü Gün Edeni" və "Dayan" mahnılarına klip çəkilmişdir.
Ehtiyacım var (mahnı)
Emqır var Emreys
Emqır var Emreys (pol. Emhyr var Emreis) – Polşa yazıçısı Andjey Sapkovskinin "Cadugər" romanlar seriyasının personajı, Nilfqaard imperatoru, Sirillanın atasıdır. Emqır var Emreys Nilfqaard imperatoru Ferqus var Emreysin oğludur. Atasının hakimiyyətdən devrilməsindən sonra Emqır qaçaraq xilas ola bilir, lakin caduya tuş gəlir: hər gün o qorxunc kirpiyə çevrilir və yalnız gecələr insan simasına qayıdır. Bundan sonra Erlenvaldda məskunlaşan Emqır Erlenvaldlı Yoj adı ilə tanınır. Emqır Sintra kralı Ryöqneri xilas edir və minnətdarlıq olaraq kralın "evdə qoyduöu, amma haqqında bilmədiyi" şeyi alır. Sonradan bəlli olur ki, bu hədiyyə kralın yeni doğulmuş qızı Pavettadır: on beş il sonra Yoj Sintra şahzadəsi ilə evlənir və beləliklə də cadunun təsiri keçir. Pavetta və Emqırın Sirilla adlı qızı dünyaya gəlir. Sonradan gəmi qəzası nəticəsində Pavetta vəfat edir, onun həyat yoldaşı da itkin düşmüş sayılır. Əslində isə Nilfqaarda qayıdan Emqır imperator hakimiyyətini ələ keçirir.
Hadisə var (roman)
Hadisə var — Orxan Kamalın yazdığı və 1958-ci ildə nəşr olunan roman. Müəllif romanı 1954-cü ildə yazıb. Kitab Xanımın ferması trilogiyasının ilk kitabıdır. Çukurovanın çətin insan münasibətlərindən bəhs edən Xanımın ferması trilogiyasının ilk kitabı olan Hadisə var, dəyişən ictimai münasibətlərin insanların həyatını və şüurunu necə yönləndirdiyini və dəyişdirdiyini izah edən bir romandır. Hadisə var, torpağını itirərək yoxsullaşan kəndlilərlə güclənən mülkədarlar arasındakı gərgin münasibətləri müzakirə edərkən, bu münasibət çərçivəsində kimliklərinin yenidən qurulmasının şahidi olur.
Var (Yuxarı Alplar)
Var (fr. Vars, oks. Vars) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05177. 2008-ci ildə əhalinin sayı 606 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 422 nəfərin (15-64 yaş arasında) 326 nəfəri iqtisadi cəhətdən, 96 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 77.3%, 1999-cu ildə 80.5%). Fəal olan 326 nəfərdən 319 nəfər (171 nəfər və 148 qadın) işləyir, 7 nəfər işsizdir (3 kişi və 4 qadın).
Var olun, qızlar...
Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır. Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir. Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir. Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Geyim üzrə rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Qrim üzrə rəssam: S. Pozdeyeva Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov Geyim üzrə assistent: A. Stepanova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə Rafael Dadaşov — İsa Valentina Aslanova — Solmaz G. Salmanlı — Solmaz (uşaq) Yelena Çuxray — Sona A. Orucova — Sona (uşaq) Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb A. Zeynalova — Zeynəb (uşaq) Həsənağa Turabov — Şəmsi Anar — Murad Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım Sofa Bəsirzadə — Səkinə xanım Ömür Nağıyev — Rüstəm Sadıq Həsənzadə — Rüstəmin atası Sədayə Mustafayeva — Rüstəmin anası Arzu Səfərova — Nigar A. Nağıyeva — şlyapalı qız K. Məlikova A. Nəcəfzadə L. Sarabskaya Tatyana Xaritonova Muxtar Maniyev — kino işçisi Hüseynağa Sadıqov — Qəmbər Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur) Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur) Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur) Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur) Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur) Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur) Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) “Yaşayın, qızlar”.
Kənddən gələn var
Kənddən gələn var — 1997-ci il Azərbaycan istehsalı komediya janrında film. Film-tamaşa kənddən şəhərə qonaq gələn qadının (Xanım Qafarova) başına gələn məzəli əhvalatlardan bəhs edir.
Tue-sür-Var
Tue-sür-Var (fr. Touët-sur-Var) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 14,98 km², əhalisi — 603 nəfərdir (2006) artım tendensiyası ilə: 686 nəfər (2012), əhalinin sıxlığı 45,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 682 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 686 nəfər.
Villar-sür-Var
Villar-sür-Var (fr. Villars-sur-Var) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 25,27 km², əhalisi 646 nəfərdir (2006) artım tendensiyası ilə: 667 nəfər (2012), əhalinin sıxlığı 26,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 671 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.