Bord

I das; -(e)s, -e (Rand) kənar, yan, rəf II der; -(e)s bort (gəminin, təyyarənin); an ~ gəmidə; təyyarədə; von ~ gehen gəmini tərk etmək; Mann über ~! kömək! bir nəfər gəmidən suya düşdü!; et. über ~ werfen fig. bir şeydən əl çəkmək, vaz keçmək
Bootsvermietung
Bordell
OBASTAN VİKİ
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Bordeaux
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Borden adası
Borden adası (ing. Borden Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Borden adası Kraliça Yelezaveta adalarının ən qərbində yerləşən Praym Minister Qrupu kimi tanınan üç adadan ibarət qrupun ən şimalıdır. Uilkins boğazında, 18 km cənubda bu qrupun ən böyüyü olan Makkenzi-Kral adası və 34 km cənub-qərbdə ən kiçiyi olan Brok adası yerləşir. Daha böyük qonşusu 100 km şərqdə yerləşən Ellef-Rinqnes adasıdır. Adanın şimal-qərb sahili Şimal Buzlu okean tərəfindən yuyulur. Sahəsi 2794 km² olan ada ərazisinə görə dünyada 172-ci, Kanadada isə 30-cu yerdədir. Ada inzibati cəhətdən Şimal-Qərb əraziləri (ən çox) və Nunavut arasında bölünür. Sərhəd 110-cu qərb meridianı boyunca keçir.
Borden yarımadası
Borden yarımadası — Baffin Torpağının şimalında yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Lankaster boğazının cənubunda qərarlaşır. Yarımadanın şimal-şərq ərazisində Sirmilik Milli Parkı təşkil olunmuşdur. == Coğrafiya == Yarımada 225 km şimala, 169 km şərqə uzanır. Şimala rayonu, o cümlədən Hras dağları kövrək qayalardan ibarətdir. Burada hündürlük 914 mertrə çatır. Admiraliti buxtası yarımadanın qərb sahillərini, Admiraliti Soveti buxtası isə onun şərq sahillərini təşkil edir. Şərqdən Baylot adasından buxta ilə ayrılır. == Əhalisi == Yarımadanın qərb sahillərində inuitlərə aid Arktik-Bey adlı kənd vardır (823 nəf.
Borderea
Dioskoreya (lat. Dioscorea) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinə aid bitki cinsi.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Bordo (dəqiqləşdirmə)
Bordo
Bordo (rayon)
Bordo (fr. Bordeaux) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Jironda. Suprefektura — Bordo. Rayonun əhalisi 2006-cı ildə 933 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 212 nəf / km² . Rayon ərazisi — 4397 km².
Bordo FK
FC Girondins de Bordeaux — Fransız futbol klubu. Oyunlarını Bordodakı 35.200 nəfərlik Stade Chaban Delmas oynayan klub, 6 dəfə Liqa 1 çempionluğu qazanma müvəffəqiyyəti göstərmişdir. 1995-96 mövsümündə UEFA Intertoto Kubokunu qazanıb UEFA Kubokunda seçmələrə qalmış və daha sonra final oynamış ancaq Bayern Münhenə 2-0 və 3-1 məğlub edərək çempion olmağı bacarmışdır.
Borduriya
Borduriya — Erjenin "Tintin macəraları"nda adı çəkilən uydurma dövlət. Balkan yarımadasında, Sloveniyanın qərbində yerləşdiyi güman olunur. Ölkə əvvəl nasist, daha sonra kommunist dövlətin parodiyası kimi təqdim olunmuşdur. Borduriya qapalı dövlət kimi təsvir edilir, paytaxtı Sohoddur. Ölkənin dili isə bordur dilidir, latın və ya macar dilinə yaxın olduğu güman olunur. Doğrudan da Macarıstanda Seqed adında şəhər var və Sohod adının buradan yaranması mümkündür. == Daxili siyasət == === Nasist === 1939-cu ildə ölkə "yaradılarkən" nasist dövlət kimi təsvir olunmuşdu. Qonşu olan digər utopik dövlət olan Sildaviyanı işğal etmək cəhdi isə baş tutmamışdır (Bu, Almaniyanın Avstriyanı işğal etməsinə bənzəyir). Maraqlıdır ki, Borduriya təyyarələri almanların istifadə etdiyi "Messerschmitt Bf 109"ə olduqca oxşayır. === Kommunist === 1956-cı ildə bu utopik dövlətin gizli polis xidməti (ZEP) adını bıyığından və ideyalogiyasından aldığı lideri Kurvi-Taş Borduriyanı kommunist ölkəyə çevirdi.
Jül Borde
Jül Borde (fr. Jules-Jean-Baptiste-Vincent Bordet; 13 iyun 1870[…] – 6 aprel 1961[…], Brüssel) – Belçikalı immunoloq və mikrobioloq. Bordetella bakteriya cinsi onun adını daşıyır. 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanmışdır. Jül Borde 1870-ci ildə Belçikanın Suan şəhərində anadan olmuşdur. 1892-ci ildə Brüssel Universitetini bitirmişdir. 1894–1901-ci illərdə Parisdəki Paster İnstitutunda işləyirdi. Burada bir neçə ilini İlya Meçnikovun laboratoriyasında keçirdi. 1900-cü ildə Belçikaya qayıtdı və Paster İnstitutuna rəhbərlik etdi. 1907–1935-ci illərdə Brüssel Universitetində Bakteriologiya və Parazitologiya şöbəsinə də rəhbərlik etmişdir; 1935-ci ildən həmin üniversitetin fəxri professoru olmuşdur.
Lev Bordukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
María del Karmen Martínez-Bordiú y Franko
Bu ad İspaniyanın adqoyma ənənələrinə uyğun olaraq istifadə olunur: ilk və ya ata soyadı Martínez-Bordiú, ikinci, yəni ana soyadı isə Franko-dur. Maríadel Karmen Martínez-Bordiú y Franko (26 Fevral, 1951-ci ildə İspaniyanın Madrid şəhərində anadan olmuşdur) İspaniyanın əsilzadəsi və ictimai xadimi hesab olunur. İspaniyanın qanunvericiliyinə uyğun olaraq, o, 2006-cı ildən etibarən qardaşından əvvəl varis kimi, anasının hersoq titulunu əldə edir və hakimiyyətini övladlarına təhvil vermək və ya ötürmək hüququna malik olur . O, Madrid şəhərinin El Pardo Kral sarayında anadan olmuşdur və Villaverdenin10-cu Markizi olan Kristóbal Martínez Bordiú, və Frankonun 1-ci Hersoginyası, İspaniya qrandı olan Karmen Franko Polo-nun qızıdır. Onun ana tərəfdən babası İspaniya diktatoru, İspaniya Dövlətinin Başçısı Francisko Franko, nənəsi İspaniyanın 1-ci Xanımı və Qrandı Karmen Polo y Martínez-Valdés olmuşdur. Ata tərəfdən babası José María Martínez y Ortega (1890–1970), nənəsi Argillonun 7-ci Qrafinyası María de la O Bordiú y Bascarán (1896–1980) olmuşdur. İspaniya Kral Ailəsinin qədim El Pardo sarayında anadan olan Karmen General Frankonun ilk nəvəsi olmuşdur. 1940-cı ildə İspaniya Vətəndaş Müharibəsi başa çatdıqdan və General Franko İspaniya Dövlətinin Başçısı seçildikdən sonra, saray onların ailə iqamətgahına çevrilmişdir. Ondan əlavə: María de Aránzazu, Fransisko (Francis), María del Mar (Merry), José Kristóbal (Cristóbal), María de Aránzazu (Arantxa) və Jaime Felipe (Jaime) adlı 6 bacı və qardaşının olmasına baxmayaraq, o, ailənin ən sevimli nəvəsi hesab olunurdu. Karmen 8 Mart, 1972-ci ildə, 21 yaşı olarkən Madrid şəhərində, El Pardo Sarayının Kilsəsində, Seqoviya Hersoqu, İspaniyalı İnfante Jaime-nin oğlu və İspaniyanın XIII Kralı Alfonsonun nəvəsi olan Anju və Kadis Hersoqu Alfonso ilə ailə qurmuşdur.
Odessa - Bordı neft kəməri
Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər. İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir. Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi. Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.
Proprioseiopsis bordjelaini
Proprioseiopsis bordjelaini (lat. Proprioseiopsis bordjelaini) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis bordjelaini Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Roberto Bordin
Roberto Bordin (it. Roberto Bordin; 10 yanvar 1965, Zəviyyə) — Liviyada anadan olmuş italiyalı keçmiş futbolçu və məşqçi. Azərbaycanın Neftçi futbol klubunun keçmiş baş məşqçisi. Liviyada bir italyan ailəsində anadan olmuşdur. Futbolçu karyerasına İtaliyanın şimal-qərbində yerləşən San-Remo təmsilçisi "Sanremense" komandasında başlamışdır. Bu komandadan ayrıldıqdan sonra "Taranto" və "Parma" klublarında İtaliyanın aşağı liqalarında çıxış etmişdir. Daha sonra İtaliya A Seriyasında mübarizə aparan "Çezena" və "Atalanta" klublarının heyətində oynamışdır. Ardınca müxtəlif illər ərzində "Napoli", "Pyaçenza", "Triestina", "Spezia" və "Viçentsa" klublarında çıxış etmişdir. Bir müddət Marçelo Lippinin də rəhbərlik etdiyi "Napoli"də futbolçu karyerasının ən yaxşı illərini keçirmişdir. Məhz bu klubun heyətində 1996-97 mövsümü İtaliya Kubokunun gümüş mükafatçısı olmuşdur.
Session Border Controller
Session Border Controller (SBC; azərb. Sessiya sərhəd nəzarətçisi‎) — internet protokolu (VoIP) şəbəkələri üzərindən SIP əsaslı səsi qorumaq üçün yerləşdirilən şəbəkə elementi. SBC-lərin ilkin yerləşdirilməsi bir baxış mühitində iki xidmət təminatçısı şəbəkəsi arasındakı sərhədlərə yönəldilmişdir. Bu rol indi yaşayış və/və ya müəssisə müştərilərinə xidmət göstərmək üçün xidmət təminatçısının giriş şəbəkəsi ilə magistral şəbəkə arasında əhəmiyyətli yerləşdirmələri əhatə etmək üçün genişlənmişdir. "Sessiya" termini iki və ya daha çox tərəf arasında ünsiyyətə aid edilir. Bu, telefoniya kontekstində zəng deməkdir. Hər bir zəng zəngə nəzarət edən bir və ya bir neçə zəng siqnalı mesajı mübadiləsindən, zəng statistikası və keyfiyyəti ilə bağlı məlumatla birlikdə zəngin audio, video və ya digər məlumatlarını daşıyan bir və ya bir neçə zəng media axınından ibarətdir. Bu axınlar birlikdə seans təşkil edir. Seansların məlumat axınına təsir göstərmək sessiya sərhəd nəzarətçisinin işidir. "Sərhəd" termini şəbəkənin bir hissəsi ilə digəri arasındakı sərhəd nöqtəsinə aid edilir.
Reporters Without Borders
Sərhədsiz reportyorlar (fr. Reporters Sans Frontières) — Fransanın Paris şəhərində yerləşən beynəlxalq qeyri-hökumət təşkilatıdır.
Polygonum bordzilowskii
Polygonum patulum (lat. Polygonum patulum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin qırxbuğum cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi düz, adətən əsasında möhkəm budaqlarla budaqlanan, 60 sm-ə qədər hündürlükdədir; budaqları çəpinə yuxarı yönələn, nazikdir. Yarpaqları oturaq və ya qısa saplaqlı, yuxarı yarpaqlar lansetvari və ya xətvaridir. Çiçəkləri qırmızımtıl rənglidir. Çiçəkyanlığı demək olar ki, boruvari, bölümləri qırmızıtəhər, bel hissəsi yaşıldır. Toxumcaları 2 mm uzunluqda, yumurtavari, sivri, üçtinli, nöqtəlidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Çayların kənarlarında, kolluqların arasında, işıqlı meşə talalarında bitir.

Digər lüğətlərdə