Boyakarlıq
Rəngkarlıq - Təsviri sənətin bir qoludur.
Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir.
== Azərbaycan rəngkarlıq sənəti ==
Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır.
Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikçə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq bura da gəlmişdir.
Azərbaycan rəngkarlarından dövr etibarı ilə Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Tahir Salahov, Fərman Qulamov və bir çox rəssamın adını çəkmək olar. Adlarını sadaladığımız rəssamlar rəngkarlığın əsasən klassik dəzgah, monumental janrlarında əsərlər yaratmışlar.