Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vətər
Vətər - çevrənin iki müxtəlif nöqtəsini birləşdirən düz xətt parçası adlanır. Çevrənin mərkəzindən keçən vətərə diametr deyilir. Başqa sözlə ən uzun vətər elə diametrin özüdür. Vətər başqa adla xorda da adlanır. Vətərlə ayrılan çevrənin hissələrinə qövs deyilir. Eyni çevrənin qövsləri bərabərdirsə uyğun vətərlər də bərabərdir. Vətərə perpendikuliyar olan çevrə diametri onun əmələ gətirdiyi qövsləri və və vətərin özünü tən yarıya bölür. Bir çevrə daxilində istənilən kəsişən vətərlərin ikiyə bölünmüş hissələrinin hasilləri bir-birilərinə bərabərdir. Dairənin vətər və onun ayırdığı qövs arasında qalan sahəyə seqment (şətri işarəsi: ⌓)) deyilir.
Vətər (anatomiya)
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Axilles vətəri
Axill vətəri və ya daban vətəri (lat. tendo calcaneus, tendo Achillis) — insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə (lat. m. soleus) keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. Troya müharibəsi qəhrəmanı Axill şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.
Patella vətəri
Patella vətəri və ya diz vətəri (lat. ligamentum patellae) — diz qapağından başlayıb budun dördbaşlı əzələsinin qamış sümüyündə (tibia) sonlanan vətər. Bəzən diz bağı də adlanır, çünki tam sümükləşdikdə sümük-sümüyə əlaqə yaradır. == Strukturu == Diz vətəri bərk, yastı bağdır, o, dizin yuxarı hissəsindən distal və bitişik kənarları və arxa səthində kobud çökəklikdən başlayır; aşağıda, tibia sümüyün üzərinə daxil olur. Onun səthi lifləri budun dördbaşlı əzələsi vətərinin lifləri ilə patellanın ön hissəsində davamlıdır. Yetkinlərdə təxminən 4,5 sm uzunluqdadır (3 ilə 6 sm arasında dəyişir). Budun dördbaşlı vətərinin medial və yan hissələri, yumruların hər iki tərəfində tibiyanın yuxarı ətrafına daxil edilmək üçün patellanın hər iki tərəfindən aşağı keçir. Bu hissələr yuxarıda qeyd edildiyi kimi kapsula birləşərək medial və lateral patella retinakulasını əmələ gətirir. Patellar vətərinin arxa səthi oynağın sinovial membranından böyük infrapatellar piy qatı ilə, qamış sümüyündən (tibia) isə sinovial bursa ilə ayrılır. == Klinik əhəmiyyəti == Diz vətəri yırtığı zamanı zədələnə bilər.
Axill vətəri
Axill vətəri və ya daban vətəri (lat. tendo calcaneus, tendo Achillis) — insan bədənində mövcud olan ən qüvvətli əzələ (400 kq-a qədər yükə davamlıdır) vətəridir. Vətərin proksimal hissəsi başlanğıcını baldırın ikibaşlı əzələsinin üçbaşlı əzələnin bir hissəsi olan kambalayabənzər əzələyə (lat. m. soleus) keçdiyi yerdən götürür. Vətərin distal ucu isə daban sümüyünün arxa səthindəki qabarcığa bağlanır. Troya müharibəsi qəhrəmanı Axill şahzadə Paris tərəfindən təsadüfən, sol dabanından zəhərli oxla vurularaq öldürülmüşdür. Buna görə ayaq dabanındakı müvafiq vətərə "Axilles vətəri" adı verilmişdir.
Patella vətərinin qopması
Patella vətərinin qopması — patellanı (diz qapağı) tibia ilə birləşdirən vətərin yırtığı. Çox vaxt qəfil ağrı və yeriməkdə çətinlik yaradır. Əgər yırtıq tam olarsa, dizini uzatma qabiliyyəti azalır. Patella vətərinin zədələnməsi, ümumiyyətlə, birbaşa dizə düşmə və ya hündürlükdən tullanma kimi əhəmiyyətli bir qüvvə tələb edir. Risk faktorlarına patellar tendinit, böyrək çatışmazlığı, diabet və steroid və ya ftorxinolon istifadəsi daxildir. Qırılmaların iki əsas növü var: qismən və tam. Əksər hallarda diz qapağına yapışdığı zaman patellar vətər yırtılır. Diaqnoz simptomlar, müayinə və tibbi görüntüləmə əsasında qoyulur. == Simptomları == Patella tendon yırtığının əlaməti, patellanın budun dördbaşlı əzələsindən daha da yuxarı hərəkət etməsidir. Yırtıq əmələ gəldikdə, patella tibia dəstəyini itirir və bud sümüyünə doğru hərəkət edir və ayağın uzanmasına mane olur.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Qətər Dövləti
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Qətər Fondu
== İstinadlar ==
Qətər bayrağı
Qətər bayrağı — Qətərin Dövlət bayrağı
Qətər coğrafiyası
== Sahəsi və sərhədləri == Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir. Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85 km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl- Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir. Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi məlumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80 km-dir.
Qətər gerbi
Qətər gerbi (ərəb. شعار قطر‎‎; ing. State of Qatar) — Qətərin dövlət rəmzlərindən biri. == Haqqında == Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan Qətər şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı və şərqdə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatə olunub Bu ölkənin dövlət rəmzləri: Qətər bayrağı, Qətər gerbi və Qətər himnidir. Çevrə (və ya dairə) formasında olan Qətər gerbindəki sarı dairədə iki iç-içə keçmiş ağ əyri qılınc vardır. Qılıncların arasında iki xurma ağacı olan bir adanın yanında mavi və ağ dalğalarda üzən bir gəmi var. Dairə üfüqi olaraq bölünən yuvarlaq bir obyektlə əhatə olunmuşdur. Ağ bölmədə Qətər dövlətinin adı qara kufi xətti ilə yazılmış, tünd qırmızı rəngli bölməsində isə ingiliscə Qətər dövləti sözü ("ing. State of Qatar") yazılmışdır.
Qətər himni
"Əmirə səlam" (ərəb. السلام الأميري‎‎) — Qətər dövlət himni.
Qətər iqtisadiyyatı
== Ümumi iqisadi göstəricilər == Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin "neft erasından" bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin "taleyini" əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır. XXI əsrin əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə ən yeni texnika və avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların çıxarılması və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. "Neft dolları" adlanan bu vəsait ilk növbədə sənaye obyektlərinin tikintisinə və dövlətin digər ehtiyaclarına istiqamətləndirilir.
Qətər rialı
Qətər rialı — 100 dirhəmə bərabər olan Qətər əmirliyinin pul vahididir. Rialın məzənnəsi ABŞ dolları ilə əlaqədədir. 1 ABŞ dolları 3,64 Qətər rialına bərabərdir. == Tarixi == 28 aprel 1959-cu ilə qədər ölkədə Hindistan rupisi dövriyyədə idi. Daha sonra Fars körfəzinin ölkələri üçün buraxılmış Fars körfəzi rupisi onu əvəz etdi. Fars körfəzi rupisi Hindistan rupisi ilə əlaqədar idi. Hindistan rupisi 1965-ci ildə qiymətdən düşəndə Fars körfəzi rupisi də dəyərdən düşdü və Fars körfəzinin başqa ölkələriylə yanaşı Qətər də öz şəxsi pul vahidini buraxmağa qərar verdi. Bu hadisədən əvvəl 1966-cı ildə ölkə Səudiyyə rialına keçdi. 1 rial o vaxt ki məzənnəyə görə 1,065 rupiyə bərabər idi. Sentyabrda Qətər və Dubay mübadiləyə ümumi valyutanı daxil etdi və onu Qətər və Dubay rialı adlandırdı.
Qətər şəhərləri
== Həmçinin bax ==
Qətər Əmirliyi
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Vətən (dəqiqləşdirmə)
Vətən — ana yurd. Vətən (opera) — Qara Qarayev və Cövdət Hacıyevin Böyük Vətən müharibəsinə həsr etdikləri opera. Vətən (kinoteatr) — Vətən (qəzet) — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik qəzet.
Vətən (kinoteatr)
"Vətən" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. Kinoteatr Nizami küçəsi 77-də yerləşirdi.
Vətən (opera)
"Vətən" operası — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və İkinci Dünya müharibəsinə həsr etdikləri dörd pərdəli opera . Dövlət mükafatına layiq görülüblər. == Tarixçə == Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdiyi "Vətən" operası 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Operaya quruluş verən rejissor İsmayıl Hidayətzadə, rəssamı İzzətxan Səidov idi. Dirijor Maestro Niyazi idi. Müəlliflərə bu operaya görə Stalin mükafatı verildi. == Məzmun == Hadisələr alman-faşist işğalçılarının SSRİ torpaqlarından qovulmağa başlandığı dövrdə baş verir. Əsərdə çoxmillətli sovet xalqının apardığı ümumi azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. İkinci Dünya müharibəsində rəşadət göstərən Azərbaycan xalqının qəhrəman oğulları "Vətən" operasında bədii surətlərdə əbədiləşdirilmişdir. Surətlər: Aslan, Mərdan, Dilbər, Baxşı, Aşıq Səlim, alman zabiti və b.
Vətən (qəzet)
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı. == Tarixi == Rusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur. “Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir. Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir. Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır. Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
Vətən Hüseynli
Vətən Hüseynli (13 iyul 1992, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Vətən dili
Vətən dili, I hissə (1882, tərtibçi: Aleksey Osipoviç Çernyayevski) Vətən dili, II hissə (1888, tərtibçilər: Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov) Azərbaycanda ilk əsaslı dərs vəsaitinin, dərsliyin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır. Bir çox demokrat düşüncəli, tərəqqipərvər pedaqoqların dərs dedikləri bu seminariyada azərbaycanlı, gürcü, rus və digər xalqların övladları Avropa dilləri və ədəbiyyatını, rus dilini, ədəbiyyatını və pedaqogikasını, təbiət, coğrafiya, hesab və başqa fənləri öyrənmişlər. Seminariyada Qərb, xüsusilə, rus dili və ədəbiyyatının tədrisinə geniş yer verilmiş, dünya klassiklərinin əsərləri tədris edilmiş, nəzdində Qərbi Avropa və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxana fəaliyyət göstərirdi. Azərbaycan dilində tədris kitabının yaranması tarixi də həmin dövrlə bağlıdır. Məlumdur ki, 1852-ci ildə Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Mirzə Kazım bəyin Moskvadaki tələbələrindən olan İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatı "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir. Lakin XIX əsrin 60–70-ci illərində həmin dərs vəsaiti mənən bir qədər köhnəldiyinə və təkrar çap olunmadığına görə uzunömürlüyü ilə seçilməmişdir. Beləliklə, həm azərbaycanlı məktəbliləri dərs öyrənmək, həm də azərbaycanlı müəllimləri Ana dilində dərs demək üçün sərəncamlarında dərsliyin olmaması problemi ilə üzləşirdilər. 1881 ilin yanvar ayının 26-da Qafqaz canişini nin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqaz da yaşayan xalqların nümayəndələri dərslərini ilk tədris ilində öz Ana dillərində almalı idilər . Lakin, deyildiyi kimi, Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. == Tarixi == Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. === Trendə çevrilməsi === Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Vətən Şaşmaz
Vətən Şaşmaz (8 yanvar 1975 və ya 8 yanvar 1974, İstanbul – 27 avqust 2017, İstanbul, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == 8 yanvar 1975-ci ildə İstanbulda doğulub. 27 avqust 2017-ci ildə İstanbulda vəfat edib.
Veter xətti
Veter xətti, veter cizgisi və ya kord xətti, aerofoilin hücum kənarı və stabilizatorun arxa tərəfindən keçən xəttdir. Hücum kənarı və stabilizatorun arxa tərəfi arasındakı məsafəyə veter uzunluğu deyilir. Aerofoildən asılı olaraq veter xəttinin bir hissəsi qanadda olmaya bilər. Aerodinamik mərkəzin yerləşdiyi nöqtəni özündə cəmləşdirən veterə orta veter deyilir. Orta veter uzunluğu bir çox hesablamada bir komponent olduğundan, təyyarələrin dizaynında və/və ya uçuş mexanikasının təhlilində böyük əhəmiyyət daşıyır.
Veber
Veber – Beynəlxalq vahidlər sistemində maqnit seli vahidi. Veber alman fiziki Vilhelm Eduard Veberin adı ilə adlandırılmış və ya ilə işarə olunur. Elə maqnit seli 1 Veber adlanır ki, həmin sel sıfradək azaldıqda, müqaviməti 1 olan konturda onun yaratdığı qısa müddətli cərəyan zamanı bu konturdan keçən elektrik yükü 1 kulon olsun. İnduksiyası 1 tesla olan bircinsli maqnit sahəsinə perpendikulyar qoyulmuş 1 müstəvi səthindən keçən maqnit seli də 1 Veberdir.
Peter
Peter — ad. Peter Bartşi — İsveçrəli keçmiş üzgüçü. Peter Pokornı — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi Peter Qutyan — Slovakiyalı üzgüçü. Peter Stormare — isveçli aktrisa. Peter Farmer — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Şmeyxel — Danimarkalı qapıçı.
Henrix Veber
Henrix Veber (ing. Heinrich Martin Weber; 1842 – 1913) — Alman riyaziyyatçısı, cəbri ədədlər, cəbri funksiyalar nəzəriyyələri, cəbri həndəsə və riyazi fizika üzrə əsərlərin müəllifidir, 1898-ci ildə qrupun aksiomatik tərifini vermişdir.
Maks Veber
Maks Veber (alm. Max Weber‎; 21 aprel 1864[…], Erfurt, Saksoniya[d], Prussiya – 14 iyun 1920[…], Münxen, Veymar Respublikası) — alman sosioloqu, tarixçisi. Maks Veberin ən böyük və populyarlıq qazanmış əsərləri "Protestant işçi etikası" və "Kapitalizm ruhu və iqtisadiyyat və cəmiyyət", həmçinin sosioloji metodologiya, idarəçilik və din haqqındakı olan işləridir. Bütün bu işlərinin nəticəsi olaraq Maks Veber sosiologiya və sosial elmlərin inkişafında müstəsna xidmətlər göstərib və buna görə də Karl Marks və Emil Durkhaym ilə birgə sosial elmlərin təməlini qoyan şəxslərdən biri sayılır. == Həyatı == Cəmiyyət haqqında müasir elmlər içərisində alman mütəfəkkiri Maks Veberin (1864- 1920) ideyaları geniş surətdə yayılmışdır. Onun fikrincə, hansı prinsiplərə əsaslanmasından asılı olmayaraq heç bir konsepsiya gələcəyimizi əvvəlcədən bildirməyə, yaxud proqnozlar verməyə qadir deyildir. Toplanmış empirik materialı ümumiləşdirmək və dünya tarixini izah etmək üçün Veber ideal tiplər adlanan konsepsiyanı işləyib hazırlamışdır. Həmin konsepsiya bəşər sivilizasiya tarixinin müxtəlif dövrlərinin modelini, yaxud sxemini vermək üçün əlverişli sayılır. Ona müvafiq olaraq bəşəriyyət tarixində bu cür dövrlər, antik biliklər, feodalizm və kapitalizm kimi başa düşülən ənənəvi cəmiyyətlər özünə determinə edilən əsas, yaxud ikinci dərəcəli prinsiplərə obyektiv olaraq daxil etmir. Onlar öz adlarını sırf şərti olaraq, ancaq praktiki məqsədlər üçün tarixin sxematik tipləşdirilməsi məqsədi xatirinə daşımışdır.
Maykl Ceter
Michael Jeter (26 avqust 1952[…] – 30 mart 2003[…], Los-Anceles, Kaliforniya) Green Road, Water World (Su dünyası) və Number King Buddy (Rəqəmlər kralı Buddi) kimi filmlərdəki rolları ilə tanınan bir Amerikalı aktyor və səsləndirmə aktyorudur.
Peter Akinlabi
Peter Akinlabi (28 avqust 1973) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Akinlabi Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Peter Akinlabi Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Peter Bartşi
Peter Bartşi (d. 23 dekabr 1935) — İsveçrəli keçmiş üzgüçü. Peter Bartşi İsveçrəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Peter Bartşi birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.9 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Peter Bence
Peter Bence (macar dili: Péter Bence; 5 sentyabr 1991, Debretsen) — macar pianoçusu, bəstəkar və musiqi istehsalçısıdır. 500 milyondan çox video hit toplayan "Despacito" (Fonsi / Yankee / Ender), Maykl Cekson , Queen və Sianın fortepiano aranjımanları ilə çox populyarlıq qazandı. Onun hər zaman ən çox izlədiyi videosu "Despacito" nun canlı ifasıdır. == Həyatı == Peter Bence, pianoda erkən yaşlarında ifaya başladı və Motsart, Şopenin musiqisindən güclü təsirlənərək ilk dəfə 7 yaşındak kompozisiyasını bəstələdi. 2002-ci ildə, 11 yaşında ilk musiqisini "Yaşıl musiqi" adlandıran ilk solo fortepiano albomunu nəşr etdi. 2008-ci ildə "Nightfall" adlı ikinci albomunu buraxdı. 2009-cu ildə səsləndirilən Fibonacci Sequence əsasında hazırlanmış "Piano Piece" kompozisiyası üçün vərəq musiqisi bir çox pianoçu tərəfindən tələb edildi. Müəllimlər və həmyaşıdları tərəfindən musiqili bir prodigy hesab edildi və hələ ibtidai məktəbdə oxuyarkən Debreçendəki Franz Liszt Musiqi Universitetində qəbul edildi. Yeniyetməlik illərində Peter kino musiqisinə, xüsusən onun üçün yeni bir dünya açan və özünü musiqi ilə daha da araşdırmağa vadar edən Con Willyamsın musiqisinə böyük maraq göstərməyə başladı. Macarıstanda klassik fortepiano və kompozisiya təhsili aldıqdan sonra, ABŞ-da Berkli Musiqi Kollecində bir film rejissoru və fortepiano ixtisası üzrə bir magistr kimi təhsilini davam etdirdi.
Peter Cekson
Peter Cekson (22 oktyabr 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Cekson Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub. Daha sonra Peter Cakson Yeni Zelandiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Peter Cakson Yeni Zelandiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Peter Eyzin
Peter Eyzin (çuvaşca: Петĕр Эйзин, pasportda: Pyotr Yeqoroviç Dmitriyev, 1 sentyabr 1943 və ya 1 avqust 1943, Enexmet[d]) — çuvaş şairi, tərcüməçisi, Rusiya Yazıçılar Birliyinin üzvü. == Həyatı == Peter Eyzen 1 sentyabr 1943-cü ildə Çuvaşıstan Respublikasının Alikovsk rayonu, Enexmet kəndində anadan olmuşdur. 1965-ci ildə İ.Y.Yakovlev adına Çuvaşiya Dövlət Pedaqoji İnstitutunun (indiki Çuvaşiya Dövlət Pedaqoji Universitetinin) tarix-filologiya fakültəsini bitirmişdir. 1967-1968-ci illərdə Krasnoarmeysk rayon qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor vəzifələrində çalışmışdır. 1968-2005-ci illərdə Çuvaşiya Kitab Nəşriyyatında korrektor, redaktor,şöbə müdiri, baş redaktor vəzifələrində işləmişdir. 2005-2008-ci illərdə “Doğma Volqa” («Тӑван Атӑл») dərgisində poeziya bölməsinin müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. Hazırda Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Fəaliyyəti == === Yaradıcılığı === Peter Eyzen bədii yaradıcılığa 1962-ci ildə başlamışdır. İndiyədək onun on kitabı nəşr olunmuşdur.
Peter Farmer
Peter Farmer (1941–2017) — Britaniyanın səhnə tərtibatçısı, teatr rəssamı və kitab illüstrisayıçısı. Peter Farmer 1941-ci ildə Luton şəhərində anadan olmuşdur. Farmer 2010-cu ildə Prix Benois de la Danse Ömürlük Nailiyyət mükafatını qazanmışdır.
Peter Franz
Peter Franz (25 aprel 1971) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Franz Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Peter Franz Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Peter Handke
Peter Handke (6 dekabr 1942[…]) — Avstriyalı Nobel mükafatı laureatı, dramaturq, tərcüməçi, şair, kino rejissoru və ssenaristdir. 2019-cu ildə Handke "linqvistik fərasəti ilə insan təcrübəsinin periferiyasını və spesifikliyini ortaya çıxardan təsirli əsərlərinə görə" Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. 1960-cı illərin sonlarında Publikumsbeschimpfung (Tamaşaçılara narahatlıq ) pyesi və Die Angst des Tormanns beim Elfmeter romanı (Qapıçının penaltı narahatçılığı) kimi əsərlərinə görə tanındı. Anasının 1971-ci ildəki intiharından təsirlənərək onu Wunschloses Unglück (Biganə kədər) adlı əsərində canlandırdı.
Peter Higgs
Peter Ware Higgs (29 may 1929[…], Nyukasl-apon-Tayn, Nortamberlend qraflığı[d] – 8 aprel 2024, Edinburq) — İngilis nəzəri fizikaçı, Edinburq Universitetindən təqaüdçü olmuş professor idi. Hiqqs ən çox özü və bir neçə nəzəri fiziki tərəfindən varlığı qarşıya qoyulan Hiqqs bosonu ilə tanınırdı. 14 mart 2013-cü ildə Tanrı hissəciyi (Hiqqs bosonu) tapdıqdan sonra, 8 oktyabr 2013-cü ildə Alfred Nobel adına verilən Nobel Fizika Mükafatını Fransua Enqler ilə birlikdə qazandı. O, 2024-cü il 8 apreldə öldü.
Peter Karlsson
Peter Karlsson (29 may 1969) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Karlsson İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Peter Karlsson İsveçi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Peter Karlsson İsveçi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Peter Kremer
Peter Kremer (18 fevral 1958) — Almaniya aktyoru.
Peter Kürten
Peter Kürten (26 may 1883 – 2 iyul 1931, Köln, Reyn əyaləti[d]) — alman seriyalı qatil. Onun cinayətləri arasında — 9 halda adam öldürmə, 32 halda adam öldürməyə cəhd, 3 halda basqın, bir işdə zorlamaya cəhd, o cümlədən 27 yanğın törətmə. 1931-ci ildə 9 qətldə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. == Bioqrafiya == O, 1883-cü il mayın 26-da Mülheymdə böyük bir qəlibçi ailəsində anadan olmuşdur. Ata tez-tez içki içirdi, iş materiallarında o, həyat yoldaşını və uşaqlarını mütəmadi olaraq döyən "irsi alkoqolik" kimi qeyd olunur. 1889-cu ildə Peter məktəbə getdi. 1891-ci ildə evdən ilk qaçışını etdi, lakin üç həftə sonra polis tərəfindən tutuldu. 1895-ci ildə ailə Düsseldorfa köçdü, burada Peter orta məktəbi bitirdi. 1897-ci ildə atasının işlədiyi fabrikdə qəlibçi şagirdi olur. Elə həmin il Kürten Sr öz qızına təcavüz etməyə cəhd etdiyi üçün bir il yarım həbs cəzasına məhkum edildi.
Peter Leko
Peter Leko (mac. 'Lékó Péter', 8 sentyabr 1979, Subotiça, Yuqoslaviya Sosialist Federativ Respublikası) — Macar şahmatçısı, qrosmeyster. İlk dəfə 1999-cu ildə FİDE Dünya Çempionatında iştirak edib və dörddə bir finala qədər irəliləyib. 2000-ci ildəki Dünya Çempionatında isə üçünçü raundda Xalifman tərəfindən məğlub edilmişdir. 2002-ci ilin iyununda keçirilən Dortmund Chess Meeting turniri iki hissədən ibarət idi. Hər qrupdan ilk iki yeri şahmatçılar daha sonra ən güclünü müəyyən etməli idi.Leko B qrupundan final matçlarına vəsiqə qazandı və daha sonra Aleksey Şirov üzərində qələbə qazanaraq finalda Veselin Topalovla görüşdü. Həmin oyunda 2.5-1.5 hesabı ilə qələbə qazanaraq Vladimir Kramniklə matç oynamaq hüququ əldə etdi. Bu uğur Macar komandasının Olimpiadada gümüş medal qazanması ilı əvəz olundu. 2003-cü ildə keçirilən Linares turnirinin qalibi oldu. Kramniklə Klassik Dünya Çempionatının matçın nəticəsi 7:7 oldu və Kramnik öz titulunun qorumuş oldu.
Peter Maurer
Peter Maurer (20 noyabr 1956, Tun[d]) — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir. == Həyatı == Peter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir. Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir. == Titullar == 2014 – Fəxri doktor, Bazel Universiteti. 2018 – Fəxri doktor, Vaseda Universiteti.