Qızartma, bozartma sözləri rənglə bağlıdır: qızartma (su vurulmur) qırmızıya, bozartma (suda bişir) boza çalır. Bozbaş sözünün ilk hissəsi (boz) bozartma ilə kökdaşdır. Baş sözü isə onunla bağlıdır ki, içinə baş soğan (doğranır), kartof (bütöv halda) və s. salırlar. Küftə isə alınmadır, fars sözüdür. Küftə -bozbaş sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)