Brazilia

coğ. Brasilia (ville de)

Bratislava
braziliya
OBASTAN VİKİ
Brazilia
Brazilia (port. Brasília) — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir. Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi.
Artur Braziliano Maya
Artur Braziliano Maya (13 Oktyabr 1992 – 28 Noyabr 2016) — Artur Maya kimi də tanınan, Vitoriya klubundan Şapekoense klubuna icarəyə verilən Braziliya futbolçusudur. O, klubda hücuma meylli yarımmüdafiəçi oynayırdı. Ximenez LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. == Ölümü == 28 noyabr 2016-cı ildə Artur Maya Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur.