Mükafat Əliyev
Mükafat Əliyev (5 avqust 1937) — şair-yazıçı, müəllim.
Mükafat Surxay oğlu Əliyev 1937-ci il avqustun 5-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1965-ci ildə M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ilə bitirib. 1993-cü ilədək Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. Mətbuatda məqalələri, bədii tərcümələri dərc olunub.
1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvəlləri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb, bir neçə il pedaqoji fəaliyyətini davam etdirib. 1998-ci ildə təqaüdə çıxıb.
Hekayə və şeirlərdən ibarət "Ömür də bir yoldur" (2007), "Günbatana baxan qəbir" (2009), "Arazım, mənim Arazım" (2010), "Saz şəkilli baş daşı" (2011), "İtmiş çantanın izi ilə" (2012) kitabları işıq üzü görüb. Əsərlərində xeyir və şərin mübarizəsi, dövrün sərt üzünü görmüş insanların həyat hekəyələri, məkr və məhəbbət, yurd itkisinin ağrı-acısı, Vətən, torpaq sevgisi özünəməxsus çalarlarla təsvir olunur.
"Ömür də bir yoldur".